Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-576/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə 8(006)- 439/2025 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 avqust 2025-ci il tarixli qərardaddan Tələbkar verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh X1 qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair 2(006)-168/2023 saylı mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2023cü il tarixli qətnaməyə əsasən Ceyhun Rzayevdən 18.000 manat məbləğində pul və 144 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Borclu (cavabdeh) Ceyhun Rzayev ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamənin onun tərəfindən hissə-hissə hissə, yəni hər ay 605 manat ödənilməklə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin qismən təmin edilməsini, xx.xx.2023-cü il tarixli qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin Rzayev Ceyhun tərəfindən 12 ay ərzində ödənilməklə hissə-hissə icra edilməsini qərara almışdır. Tələbkar (iddiaçı) Tələbkar həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu xx.xx.2021ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Lakin Tələbkar xx.xx.2025-ci il tarixli qərardaddan verdiyi şikayətdən görünür ki, şikayət, MPM-in 361.1-ci maddəsində, “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qeyd edilən şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Şikayət qaytarılmalıdır. Çünki MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi şikayəti qaytarmamış, ona mahiyyəti üzrə baxmış və bundan sonra baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263, 264, 363, 402, 405-cı maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 8(006)-439/2025 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 avqust 2025-ci il tarixli qərardaddan Tələbkar verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (yuxarıda şərh edilmiş qaydada, formada və məzmunda) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-576/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-576/2025
16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver