Məhkəmə qərarları › İş №8(103)-579/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-579/2020

21.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-579/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(010)- 261/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(010)- 2415/2015 saylı qətnaməsinə əsasən, cavabdeh X4 xx xxxx 2013-cü il tarixli borc müqaviləsi üzrə 7500 manat məbləğində, xx xxxx 2014-cü il tarixli borc müqaviləsi üzrə 25000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X5 verilməsi, cavabdehlər X3 və X4 xx xxxxxxx 2013-cü il tarixli borc müqaviləsi üzrə 5000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X5 verilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. X2 Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Rauf Hüseynovun hərəkətindən şikayətlə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək həmin icra işi üzrə icraatda nümayəndəyə malik olmaq hüququnun və icra icraatında nümayəndə vasitəsi ilə iştirak etmək huququnun tanınmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qeyd olunan icra işi üzrə o öz nümayəndəsini Suraxanı rayon icra və probasiya şöbəsinə göndərsə də, icra məmuru icra icraatında onun şəxsən iştirakını tələb edib nümayəndə vasitəsilə təmsil olunmaq hüququnu tanımamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(010)- 261/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(010)- 261/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(010)- 261/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icra sənədi üzrə borclunun mübahisələndirdiyi hərəkət və ya hərəkətsizlik Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən borclunun nümayəndə vasitəsilə iştirak etmək hüququnun tanınmaması barədədir. İş materiallarından görünür ki, mübahisələndirilən hərəkətin icra məmuru tərəfindən törədilməsi borclu tərəfindən sübuta yetirilmir. Bundan əlavə, “İcra haqqında” Qanunun 32-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərdər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. Odur ki, şəxsin qanunvericilikdə təsbit olunmuş hüququnun məhkəmə qaydasında tanınması hər hansı məhkəmə baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X6 şikayətini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(010)- 261/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar