Məhkəmə qərarları › İş №8(103)-582/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-582/2020

24.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-582/2020 24.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-204/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu Bəyəliyeva Gülşən Adil qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Yaqub Qafarov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-94/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Bəyəliyeva Gülşən Adil qızının Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Qeyd olunan icra vərəqəsinə əsasən Bəyəliyev Samir İlyas oğluna xx.xx.2019-cu il tarixdə doğulmuş Bəyəliyev Said Samir oğlu ilə hər həftənin çərşənbə axşamı və şənbə günləri saat 12:00-dan saat 15:00-dək uşağın anası Bəyəliyeva Gülşən Adil qızının iştirakı ilə ünsiyyətdə olmaq hüququ verilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Bəyəliyeva Gülşən Adil qızının ica sənədində göstərilən ünvan 1 saylı ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi tərəfindən borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilərək borclu Bəyəliyeva Gülşən Adil qızının ünvanına göndərilmiş və qərardan şikayət verilməmişdir. Ona görə də borclu Bəyəliyeva Gülşən Adil qızının Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən B Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-204/2020saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Həmin qərardaddan borclu Bəyəliyeva Gülşən Adil qızı şikayət verərək, onun ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir; şikayətini tələbkarın vərəm xəstəliyindən əziyyətçəkməsi ilə əsaslandırmışdır. Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq şikayətçi, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 326.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-cicu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-94/2020 saylı, xx.xx.2020-ci il tarixli icrа sənədinə əsаsən, Bəyəliyev Samir İlyas oğluna xx.xx.2019-cu il tarixdə doğulmuş Bəyəliyev Said Samir oğlu ilə hər həftənin çərşənbə axşamı və şənbə günləri saat 12:00-dan saat 15:00-dək uşağın anası Bəyəliyeva Gülşən Adil qızının iştirakı ilə ünsiyyətdə olmaq hüququ verilməlidir. İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarına əsasən həmin icra sənədi üzrə icraata başlanılmış və qərarın surəti Bəyəliyeva Gülşən Adil qızına göndərilərək borclu, icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar olunmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.3-cü maddəsunə məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Mətnindən göründüyü kimi bu normanın tətbiqi üçün əsas, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-204/2020saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar