Məhkəmə qərarları › İş №8(103)-584/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-584/2021

18.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-584/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-366/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadından Borclu MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(006)-5727/2021 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-366/2021 saylı, 07 oktyabr 2021-ci il qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-5727/2021 saylı, 13 avqust 2021-ci il tarixli qərardadına və onun əsasında verilmiş icra vərəqəsinə Bakı şəhəri, Nəsimi rayonu, Dağıstani küçəsi, 25 saylı evin birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m olan 2 otaqlı, 6 saylı mənzilin və onun altındakı zirzəminin yeri (koordinatları) binanın texniki sənədləri (plan-eskiz və s.) əsasında müəyyən olunmaqla həmin yerdə tikinti işlərinin aparılmasının Borclu MTK-ya qadağan edilməsi kimi izah verilməsi və qərardadın icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi qaydasında ərizə təmin edilmişdir. Borclu MTK şikayət verərək qərardadın ləğv edilməsi və mütəxəssisləri cəlb etməklə yeni izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-366/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5727/2021 saylı, 13 avqust 2021ci il tarixli icra sənədinə izah verilməsi barədə icra məmurunun ərizəsini təmin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstani küçəsi, 25 saylı evin birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m. olan, 2 otaqlı 6 saylı mənzil və onun altındakı zirzəmi sökülmüşdür. Bununla əlaqədar məhkəmə qeyd edir ki, sözügedən əmlak sökülsə də, həmin əmlakın yeri (koordinatları) binanın texniki sənədlərində (plan-eskiz və s.) öz əksini tapmışdır. Həmin texniki sənədlər əsasında sözügedən əmlakın yeri müəyyən edilə bilər. Nəticədə həmin əmlakın yerləşdiyi yerdə tikinti işlərinin aparılmaması ilə bağlı tədbirlər görülməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanuni qüvvədə olan qərardadın məzmununu dəyişdirmədən ona izah vermişdir. Qeyd olunan bina sökülsə belə, bu hal qərardadın icrasını dayandırmır, icrası dayandırılmayan qərardadın da məzmununu dəyişdirmədən ona izah verilməsi, borclu bunu istəsə də, istəməsə də yolveriləndir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu MTK-nın şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-366/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar