Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-59/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-265/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından tələbkarlar Tələbkar1 və Tələbkar2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Borclu MTK Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 106/2022 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan –Tələbkar2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin Tələbkar1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, cavabdeh Borclu MMC (MTK) iləTələbkar2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən Borclu MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan Tələbkar1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli iki otaqlı mənzilin Tələbkar2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi hissəsində icra üsulunun dəyişdirilərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 162.000 manatın cavabdeh Borclu MTK-dan tutularaq iddiaçı Tələbkar1 ödənilməsi və ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 124.000 manatın cavabdeh Borclu MTK-dan tutularaq iddiaçı Tələbkar2 ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bundan sonra tələbkarlar Tələbkar1 və Tələbkar2 da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-106/2022 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan – Tələbkar2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzilin Tələbkar1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi və cavabdeh Borclu MMC (MTK) ilə Tələbkar2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən Borclu MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan Tələbkar1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli iki otaqlı mənzilin Tələbkar2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Borclu MMC (MTK) ilə Tələbkar2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 071 nömrəli müqaviləyə əsasən Borclu MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajların Tələbkar2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyinin Borclu MTK-nın üzərinə qoyulması hissəsində icra üsulunun dəyişdirilərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 81,0 kv. Metr olan təmirli, 3 otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 243.000 manatın cavabdeh Borclu MTK-dan tutularaq, iddiaçı Tələbkar1 ödənilməsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 186.000 manatın, həmçinin, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajların əvəzinə onların bazar qiymətini təşkil edən 80.000 manatın, ümumilikdə 266.000 manatın cavabdeh Borclu MTK-dan tutularaq, iddiaçı Tələbkar2 ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-265/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbkarlar Tələbkar1 və Tələbkar2 və Borclu MTK tərəfindən verilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-106/2022 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair ərizələrin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-106/2022 saylı qətnaməsinin “...cavabdeh Borclu MMC (MTK) ilə Tələbkar1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən Borclu MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan – Tələbkar2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin Tələbkar1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, cavabdeh Borclu MMC (MTK) ilə Tələbkar2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən Borclu MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5ci mərtəbəsindən (orta blokdan Tələbkar1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin Tələbkar2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi...” hissəsində icra üsulunun dəyişdirilərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 172.300 manat (2128x81.0) cavabdeh Borclu MTK-dan tutularaq, iddiaçı Tələbkar1 və ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 132.000 manat (2128x62.0) cavabdeh Borclu MTK-dan tutularaq, iddiaçı Tələbkar2 ödənilməsi, ərizələrin qalan hissədə təmin edilməməsi və iş üzrə keçirilmiş ekspertiza xərcinin 50 (əlli) manat məbləğində vəsaitin Borclu MTK-dan tutularaq, dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkarlar Tələbkar1 və Tələbkar2 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsi və Borclu MTK-nin ərizəsinin təmin edilməməsi, tərəflərindən verilmiş “qətnamənin icra üsulunun dəyişdirilməsinə dair” ərizənin təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli, 2(006)-106/2022 saylı qətnaməsinin “ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan -Tələbkar2 qızma qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin Tələbkar1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi və cavabdeh Borclu MMC (MTK) ilə Tələbkar2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən Borclu MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5ci mərtəbəsindən (orta blokdan Tələbkar1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli, iki otaqlı mənzilin Tələbkar2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin Borclu MMC (MTK) ilə Tələbkar2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 071 nömrəli müqaviləyə əsasən Borclu MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan. 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajların Tələbkar2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyinin Borclu MTK-nin üzərinə qoyulması” hissəsində icra üsulunun dəyişdirilərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 243.000 (iki yüz qırx üç min) manatın cavabdeh Borclu MTK-dan tutularaq, iddiaçı Tələbkar1 ödənilməsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5- ci mərtəbəsindən ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 (iki) otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 186.000 (bir yüz səksən altı min) manatın, həmçinin ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajların əvəzinə onların bazar qiymətini təşkil edən 80.000 (səksən min) manatın, ümumilikdə 266.000 (iki yüz altmış altı min) manatın cavabdeh Borclu MTK-dan tutularaq iddiaçı Tələbkar2 ödənilməsinə dair qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyasına göndərilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən verilmiş ərizəyə əsasən ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 3 otaqlı və 2 otaqlı mənzillərlə yanaşı, həm də həmin binanın 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan. 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajların əvəzinə onların bazar qiymətini təşkil edən 80.000 (səksən min) manatın da cavabdeh Borclu MTK-dan tutularaq, iddiaçı Tələbkar2 ödənilməsi xahiş edilmişdir. Belə olan halda sözügedən qarajların da real bazar qiymətlərinin müəyyənləşdirilməsi zəruri idi. Çünki, bir halda ki, Borclu MTK tərəfindən həmin ünvanda onlara təhvil verilməli olan mənzillər onlara təhvil verilmir və yalnız həmin mənzillərin pulla dəyərinin onlara ödənilməsi xahiş edilmişdir, Onda həmin binadakı qarajlardan onların istifadəsinin hər hansı bir mənası qalmır. Belə olan halda, həmin qarjların pulla dəyəri də onlara ödənilməli idi. Lakin əsassız olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli ekspertiza təyin edilməsi barədə qərardadında qarjların qiymətləndirilməsi ilə bağlı ekspertlər qarşısında ümumiyyətlə sual qoyulmamışdır. Hesab edirlər ki, bir halda ki, tərəflərindən ərizə verilərək, qarajların əvəzinə də onların bazar qiymətini təşkil edən məbləğin onlara ödənilməsi xahiş etmişdilər, onda məhkəmə hər bir halda, ekspertiza təyin edərkən qarjların da bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspert qarşısında sual qoymalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Bundan başqa verilmiş ekspert rəyindəki mənzillərin bazar qiyməti ilə hazırda mövcud olan real bazar qiymətləri kəskin şəkildə ziddiyyət təşkil etmiş, həmçinin ekspert rəyi obyektiv gerçəkliyi əks etdirməməklə, təmamilə əsassız olmuşdur. Verilmiş ekspert rəyi tərəflərindən təqdim edilmiş qiymətləndirmə arayışı ilə də açıq-aşkar şəkildə ziddiyyət təşkil etmişdir. Belə ki, ekspert rəyində mənzilin1 kv.m-nin hazırda mövcud olan bazar qiymətinin təqribən 2.128 (iki min bir yüz iyirmi səkkiz) manat olduğu qeyd edilmişdir. Qiymətləndirmə arayışında isə mənzilin 1 kv.m-nin bazar qiyməti 3.000 (üç min) manat qeyd edilmişdir. Həmçinin, mətbuatda yayılmış məlumatlardan da məlumdur ki, analoji ərazidə, yəni Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşən ərazidəki yaşayış binaları sökülərək, əvəzində vətəndaşlara hər kv.m-nə 4.000 manat kompensasiya ödənilir (müvafiq məqalə birinci instansiya məhkəməsinə təqdim edilmişdir.) Eləcə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından da göründüyü kimi, ekspert qarşısında ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı və 62,0 kv.m olan təmirli 2 otaqlı mənzilin hazırki real bazar qiymətinin müəyyən edilməsi sualı qoyulmuşdur. Verilmiş rəydə isə (rəyin istər nəticə, istərsə də əsaslandırma hissələrində) təmirli mənzillərdən söhbət getmir. Ekspert rəyində ümumiyyətlə hər hansı bir araşdırma mövcud deyil və ekspertlərin hansı məlumatlara istinad etmələri də aydın olmur. Həmçinin ekspert rəyindən də görünür ki, ekspertlər tərəfindən tam və hərtərəfli tədqiqat aparılmamış, qeyri-obyektiv rəy verilmişdir. Ekspert rəyinin əsaslandırıcı hissəsində qiymətləndirilməsi tələb olunan mənzillərə yaxın ərazilərdə analoji mənzillərin 1 kv.mnin qiymətinin təqribən 2.128 manat olduğu qeyd edilsə də, yaxın ərazi dedikdə hansı ünvanın nəzərdə tutulması, hansı kriteriyalara əsasən mənzillərin analoji mənzillər hesab edilməsi aydınlaşdırılmamışdır. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq qeyd edilən ekspert rəyini əsas götürürək, hazırda mübahisləndirlən qərardadı qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-265/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərildikdən sonra tələbkarlar Tələbkar1 və Tələbkar2 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə təkrar qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etmişdilər. Borclu MTK isə şikayətə qarşı etiraz və etirazına uyğun olaraq, mübahisəli mənzillərin yerləşdiyi ərazidə satılan mənzillər, o cümlədən onların 1 kv.m. sahəsinin dəyəri barədə elanlardan çıxarışları təqdim etmişdir. Məhkəmə kollegiyası vəsatəti əsassız hesab edərək, iş üzrə əmlakın təkrar qiymətləndirilməsi ekspertizasının keçirilməsinə hər hansı zərurət görməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər . Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-106/2022 saylı qətnaməsinin Borclu MTK tərəfindən tələbkarlara təhvil verilməli olan mənzillərlə bağlı hissəsi icra oluna bilmir. Belə ki, həmin qətnamə ilə ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 81,0 kv.metr olan təmirli, üç otaqlı mənzilin Tələbkar1, ümumi sahəsi 62,0 kv.metr olan təmirli iki otaqlı mənzilin isə Tələbkar2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi nəzərdə tutulsa da, texniki göstəricilər baxımından fərqli olması səbəbindən tələbkarlar onlara təklif edilən mənzilləri qəbul etməmişlər. Həmin mənzillərin yerləşdiyi binada isə həmin ölçüdə hər hansı digər iki otaqlı və üç otaqlı mənzillər mövcud deyil. Nəticədə məhkəmə qətnaməsi icrasız qalmışdır. Bununla belə, hazırda hər iki tərəfin, yəni həm borclunun, həm də tələbkarların bu barədə ərizə təqdim etməsi, onların bu qətnamənin icra üsulunun dəyişdirilməsinə və əmlakın əvəzinə pulun ödənilməsinə razı olmasını təsdiq edir. Lakin tərəflər həm əmlakların sayında, həm də onların əvəzinə ödənilməli olan pulun məbləğində fərqli mövqelərdən çıxış edirlər. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına (arayışda mənzilin 1 kv.m. ölçüsünün dəyərinin 3.000 manat, qaraj sahələrinin hər birinin dəyərinin isə 40.000 manat olduğu göstərilmişdir) əsaslanaraq, tələbkarlar icra üsulunun dəyişdirilməsi qaydasında borcludan 81 kv.m. ölçüdə təmirli mənzilin əvəzinə 243.000 manat, 62 kv.m. ölçüdə təmirli mənzilin əvəzinə 186.000 manat, hər birinin ölçüsü 24 kv.m. olan 2 ədəd təmirli qarajların əvəzinə isə 80.000 manat məbləğində pulun tutulmasını tələb etdiyi bir halda, borclu ondan 81 kv.m. ölçüdə təmirli mənzilin əvəzinə 162.000 manat, 62 kv.m. ölçüdə təmirli mənzilin əvəzinə isə 124.000 manat məbləğində pulun tutulmasını tələb edir və qətnamənin qarajların təhvil verilməsi hissəsində icra olunması ilə bağlı hər hansı çətinliyin olmadığını bildirərək, onların əvəzinə hər hansı məbləğdə pulun ödənilməsi ilə razılaşmır. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində hazırda mənzillərin 1 kv.m. ölçüdə sahəsinin orta bazar dəyərinin 2.128 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə uyğun olaraq, ilk növbədə “qətnamənin icra üsulunun dəyişdirilməsinə dair” ərizənin qarajlarla bağlı hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin icra sənədinə əsasən hər birinin sahəsi 24 kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qaraj mövcuddur və onların təhvil verilməsi hər hansı çətinlik yaratmır. Başqa sözlə, icra sənədinin həmin hissədə icrası mümkündür. Mənzillərin təhvil verilməsinin qeyri-mümkün olması isə qətnamənin icra üsulunun qarajların təhvil verilməsi hissəsində də dəyişdirilməsini şərtləndirmir. Qeyd edilənlər öz növbəsində həmin hissədə icra üsulunun dəyişdirilməsini istisna edir. Birinci instansiya məhkəməsi bu məsələyə düzgün hüquqi qiymət vermişdir. Hər bir halda, Tələbkar2 mövqeyi baxımından ona təhvil verilməli olan iki ədəd qaraj sahəsinin ümumilikdə 80.000 manat dəyəri var və o, bu əmlakları təhvil aldıqdan sonra özü də artıq mülkiyyətçi olaraq, onları münasib bildiyi qiymətə, o cümlədən tələb etdiyi məbləğə özgəninkiləşdirə bilər. Məhkəmə kollegiyası şikayətin digər dəlilləri ilə bağlı qeyd edir ki, mənzillərin 1 kv.m. sahəsinin dəyəri ilə bağlı tələbkarların mövqeyi məhz "xxxx" MMC-nin arayışına əsaslanır. Məzmun etibarı ilə cəmi 1 səhifədən ibarət bu arayışda həmin cəmiyyətin mütəxəssisləri tərəfindən ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına, internet resurslarına (bu resurslar sadalanmışdır) və bu sahədə nəşr edilən qəzet, jurnal və sair daşınmaz əmlak bazarlarındakı vəziyyəti xarakterizə edən operrativ bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edildiyi göstərilsə də, operativ bazar məlumatlarının və etimad doğran açıq mənbələrin məzmunu açıqlanmamış, qeyd edilən məlumatlarda həmin ərazidə yerləşən mənzillərin dəyəri barədə hər hansı qeyd əks etdirilməmişdir. Nəticə etibarı ilə arayış yalnız səlist şəkildə tərtib edilmiş və müqayisəli təhlilin aparılması təəssuratını yaradan cümlələrdən ibarətdir və əmlakların dəyərinin konkret olaraq hansı metodikadan istifadə edilməklə müəyyən edildiyini özündə əks etdirmir. Halbuki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində əmlakın qiymətləndirilməsi ilə bağlı mövcud olan yanaşmalar, qiymətləndirmənin aparılması ardıcıllığı aşıqlanmaqla və bu əmlakların qiymətləndirilməsi zamanı gəlir və xərc yanaşmasından imtina edilməsinin səbəbləri qeyd edilməklə, yalnız müqayisə yanaşmasının tətbiq edildiyi bildirilmiş və bu yanaşmaya uyğun olaraq həmin mənzillərə yaxın ərazidə yerləşən analoji mənzillərin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiymətləri (68,0 kv.metr – 148.000 manat – 1 kv.m. 2.176 manat, 140,0 kv.metr – 300.000 manat – 1 kv.metr 2.142 manat, 45,0 kv.metr – 93.000 manat – 1 kv.metr 2.066 manat) nəzərə alınmaqla aparılmış müqayisəli təhlil nəticəsində bu mənzillərin 1 kv.m. sahəsinin dəyərinin 2.128 manat təşkil etdiyi göstərilmişdir. Borclu tərəfin özünün də təqdim etdiyi elanlardan çıxarışlarda həmin ərazidə satılan mənzillərin 1 kv.m. sahəsinin dəyərinin ekspert rəyində göstərilən qiymətdən də aşağı olduğu (2.090 manat, 1.680 manat, 1.830 manat, 1.900 manat və 1.970 manat) müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası mübahisəli mənzillərin 1 kv.m. sahəsinin dəyərinin müəyyən edilməsi məsələsində məhz ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qətnamənin icra üsulunun dəyişdirilməsi qaydasında tələbkarlara təhvil verilməli olan mənzillərin əvəzinə onların sahələri nəzərə alınmaqla cavabdehdən 172.300 manat və 132.000 manat pulun tutulması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq icra sənədi üzrə icra üsulunun dəyişdirilməsi barədə ərizəni qismən təmin edərək, ümumi sahəsi 81,0 kv.m. olan təmirli, 3 otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 172.300 manat və ümumi sahəsi 62,0 kv.m. olan təmirli, 2 otaqlı mənzilin əvəzinə onun bazar qiymətini təşkil edən 132.000 manat pulun cavabdeh Borclu MTK-dan tələbkarların xeyrinə tutmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231-ci, 263-264-cü, 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkarlar Tələbkar1 və Tələbkar2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-265/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-59/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-59/2024
16.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver