Məhkəmə qərarları › İş №8(103)-59/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-59/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-59/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov X10 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-378/2024 saylı işi üzrə xx.xx.2024- cü il tarixli qərardadından X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-274/2022 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək iddiaçı Cavabdeh ilə X9 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində bağlanmış 1374 №li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş 13 sentyabr 2013-cü il təvəllüdlü X7 və 06 mart 2019-cu il təvəllüdlü X5 anaları Cavabdeh yanında qalması, X4 Cavabdeh xeyrinə övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay cavabdehdən qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi məbləğində aliment tutulması qət edilmişdir. X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-274/2022 saylı qətnaməsinin icra üsulunu və qaydasının dəyişdirilərək, 2 övladına alimentin hər uşağa 235 manat (iki yüz otuz beş) cəmi 470 manat (dörd yüz yetmiş) sabit pul məbləğində verilməsi, lakin başqa gəlirlərin 1/3 hissəsini Bank hesabına yönləndirliməsi və övladlarının xx.xx.2013cü il tarixdə doğulmuş X7 və xx.xx.2019-cu il tarixində doğulmuş X5 yetkinlik yaşına (18) çatana qədər bank hesabında yığılıb qalmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-378/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi (borclu) X6 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-274/2022 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 231.1, 231.2; “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, X6 qətnamənin icra üsulunun dəyişdirilərək başqa gəlirlərinin 1/3 hissəsini Bank hesabına yönləndirilməsi və övladlarının yetkinlik yaşına çatana qədər bank hesabında yığılıb qalması qətnamənin səmərəli icrasını təmin etməyə xidmət etmir. Belə ki, uşaqlar ananın himayəsindədir və sonuncu da rəsmi olaraq heç bir yerdə işləmir. Uşaqlardan xx.xx.2013-cü il təvəllüdlü X7 talassemiya xəstəsidir və bu barədə Milli Hematologiya və X1 Mərkəzinə xx.xx.2023-cü il tarixli göndərişi mövcuddur. Belə olan halda, hazırkı ərizənin təmin edilməsi uşaqların təminat səviyyəsinin aşağı düşməsinə, gündəlik tələbatlarının ödənilməsində çətinliklərin yaranmasına səbəb olacaqdır. Bu səbəbəbdən də X2nun ərizəsi təmin edilməməlidir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: X2 qərardaddan şikayət verərək, Xəzər Rayon Məhkəməsinin 8(003)-378/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1, 55.2, 55.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 76.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ilk növbədə , Ali Məhkəmənin xx.xx.2024- cü il tarixli qərardadına əsasən hazırki mübahisə iddia icraatı qaydasında baxılmalıdır ki, məhkəməyə bu barədə iddia versə də mübahisəyə qətnamənin icra üsulu qaydasında baxılmalı olduğu əsası ilə hazırki üsulla baxmış və heç bir əsaslı sübut olmadan qanunsuz, əsassız qərardad qəbul edilmişdir. İkincisi isə tələbkar xx.xx.2013-cü il təvəllüdlü X7 talassemiya xəstəsi olduğu barədə yalan məlumat vermiş, məhkəmə isə Milli Hematologiya və X1 Mərkəzinə verilmiş xx.xx.2023-cü il tarixli göndərişi talassemiya xəstəliyinin sübutu kimi qiymətləndirərək qanunsuz qərardad qəbul etmişdir. Bununla yanaşı tələbkarın heç bir yerdə işləməməsi də borclunun ərizəsinin əsassızlığına dəlalət etmir. Belə ki, Ailə Məcəlləsi yalnız 84-cü maddədə qeyd edilən hallarda keçmiş ərin bir-birini saxlamaq vəzifəsindən bəhs edir ki, tələbkarı saxlamaq vəzifəsi olmadığı halda məhkəmə tələbkarın işləmədiyinə görə uşaqlar üçün əldə edilən yaşayış minimumundan artıq məbləği tələbkarın xərcləməli olduğu barədə səhv nəticəyə gəlməsinin deyil qərəzinin birbaşa göstəricisidir. Məhkəmə öz qulluq mövqeyindən, arzularından, istəyindən asılı olaraq qərar qəbul edə bilməyəcəyini bilməməsi mümkün deyilkən formal mülahizələrlə qərar qəbul edilməsi qərəzdən və ya başqa maraqlardan irəli gəlir. Qeyd edilən bütün bu hallar da qərardadın nə qədər qərəzli, əsassız, birtərəfli olduğunu sübut edir. Bu səbəbdən qərardad ləğv edilməli və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmalıdır. Ailə Məcəlləsinin tələbindən də göründüyü kimi aliment uşağa ödənilən məbləğ olaraq ananın sərəncamında olur və yalnız onların saxlanmasına, tərbiyəsinə, təhsilinə xərclənir. Tərəfindən ödənən alimentin çoxluğu nəzərə alındıqda ərizənin haqlı olduğu ortaya çıxır ki, ərizə təmin edilərək həmin məbləğin 50%-i uşağın adına açılmış bank hesabına köçürülməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-378/2024 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissəhissə icrası adlanan İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən: Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 60, 80, 129; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 385, 387, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3 və 15-ci maddələrinə əsasən qeyd edir ki, şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Nəzərə alınmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Borclu şikayətində uşağının talassemiya xəstəsi olmadığını, tələbkarın yalandan belə bir fikir səsləndirdiyini iddia etsə də, bu hal təkzib edilmir və belə olan halda həm xəstəlik, həm də ümumulikdə uşağların artan tələbatları nəzərə alınmaqla şikayətin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Bundan əlavə, şikayət üzrə ümumiyyətlə alimentin məbləğinin və onun xərclənməsi üzrə də arqumentlərini sübut edən əhatəli və sübutedici açıqlama müzakirəyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-378/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar