Məhkəmə qərarları › İş №8(103)-594/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-594/2025

04.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-594/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizami oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: X1 “icra məmurunun hərəkətsizliyindən” məhkəməyə şikayət verərək, e-2(004)- 1291/2025 saylı mülki iş üzrə xx.xx.2025 tarixdə çıxarılmış və qanuni qüvvəyə minmiş qiyabi qətnamə əsasında icra sənədinin dərhal və təxirə salınmadan icra olunmasının təmin edilməsi, dərhal bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi, borclunun 5 aydan çox müddət ərzində icra sənədini üzrsüz səbəbdən və qəsdən icra etmədiyi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq və zəruri tədbirlərin görülməsi və 5 aydan çox müddət ərzində Yasamal Rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən həyata keçirilən icra hərəkətləri barədə məhkəmə və tələbkarın məlumatlandırılması (alınmış qərarların surətlərinin təqdim edilməsi ilə birlikdə) haqqında aidiyyəti məhkəmə aktının çıxanlmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Hazırda X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv olunmasını, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi barədə qanunvericiliyə uyğun tədbirlərin görülməsi, icra məmurunun hərəkətsizliyi nəticəsində gecikdirilmiş və icra olunmamış icraatın təxirəsalınmadan icrasının təmin edilməsi və borclunun icra sənədini üzrsüz səbəbdən və qəsdən icra etmədiyi üçün icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən (İXM - maddə 528), borclunun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq və zəruri tədbirlərin həyata keçirilməsi haqqında yeni qərardadın çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 8(004)-731/2025 saylı məhkəmə işində ərizəni verən şəxs qismində (tələbkar) və xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə e2(004)-1291/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “İcra məmurunun hərəkətsizliyi, icraatın gecikdirilməsi və yerinə yetirilməməsi” haqqında verdiyi ərizə əsasında şikayəti yuxarıda sözügedən məhkəmə işi üzrə çıxarılmış aidiyyəti qərardadla təmin edilməmişdir. Qərardada əsasən, məhkəmə, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2025- ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarını əsas göstərərək və İcra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - İcra haqqında qanun və ya İHQ) 24.1.2 maddəsini rəhbər tutaraq, icra məmurunun hərəkətlərində qanunsuzluq aşkar edilmədiyinə və bu səbəbdən, şikayətin təmin edilməməsinə qərar vermişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə və təkrar aşağıda göstərilən fakt və sübutlara əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025-003 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının əsassız, qeyri-obyektiv və başda Azərbaycan Respublikası Konstitusiyası olmaqla, digər qanunvericilik aktlarının da tələblərinə cavab vermədiyi üçün qanuna zidd olduğunu hesab edir. Bu qərardadla, icra məmurunun hərəkətsizliyi ilə borclunun şəxsi maraqlarının qorunmasına, qanunlardan yayınmasına və qanunlara tabe olmamasına şərait yaradıldığı faktı məhkəmə tərəfindən diqqətə və nəzərə alınmadan tələbkarın şikayəti təmin edilməmişdir. Müvafiq olaraq, borclu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ciddi qəbul etməməyə və yerinə yetirilməsini rədd etməyə davam edir, çünkü Yasamal rayon İcra şöbəsi tərəfindən tələbin məcburi icrası təmin edilməmiş və heç bir zəruri tədbir görülməmişdir. Belə ki, İcra haqqında qanuna əsasən, Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərlə icra məmurları tərəfindən həyata keçirilir (İHQ - maddə 2). Həmçinin, icra məmuru sözügedən icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməli idi (İHQ - maddə 12.1). Lakin bu qərardadla Məhkəmə, iş materiallarında olan Yasamal Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarını əsas göstərməklə, icra sənədinin həmin icra şöbəsinə xx.xx.2025-ci il tarixdə göndərildiyini və xx.xx.2025-ci i tarixdə imzalanmış “icraata başlamaq haqqında” qərardan sonra xx.xx.2025-ci il tarixə qədər olan icra müddətini nəzərə almamışdır. Həmçinin, məhkəmə tərəfindən, iş materiallarında olan icra məmurunun xx.xx.2025-ci il tarixdə imzaladığı xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarı və “tələbin könüllü icrası haqqında” bildirişi məcburi icra tədbirləri olaraq qəbul edilmiş, “icraata başlamaq haqqında” qərardan sonra xx.xx.2025-ci il tarixə qədər olan icra müddəti ərzində məcburi icra tədbirlərini tətbiq etməyən icra məmurunun hərəkətsizliyi qanunsuzluq olaraq nəzərə alınmamışdır. Sözügedən qərardadla məhkəmə tərəfindən icra məmurunun borclunun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı hərəkətsizliyi qanunsuzluq olaraq nəzərə alınmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə icra şöbəsinə göndərilmiş icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixdə imzalanmış “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən sonra xx.xx.2025-ci il tarixə qədər olan icra müddəti ərzində tələbin könüllü icrası üçün borcluya verilmiş 10 günlük müddətin keçməsinə və əmək mübahisəsinin həlli ilə bağlı tələbin üzrsüz səbəbdən və qəsdən icra edilməməsinə baxmayaraq, icra məmuru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İnzibati Xətalar Məcəlləsi və ya İXM) 528-ci maddəsinə əsasən, borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilib Yasamal Rayon Məhkəməsinə göndərilməmişdir. Müvafiq olaraq, borclu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ciddi qəbul etmir və yerinə yetirilməsini rədd edir, çünkü müvafiq məsuliyyətə cəlb olunması üçün icra məmuru tərəfindən heç bir tədbir görülməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə icra şöbəsinə göndərilmiş icra sənədində məhkəmə işinin mahiyyətinin əmək mübahisəsi olduğu qeyd edildiyinə baxmayaraq, həmin icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixdə imzalanmış “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən sonra xx.xx.2025-ci il tarixə qədər olan icra müddəti ərzində tələb nəinki təxirəsalınmadan icra olunmamış, həmçinin əmək mübahisəsinin həlli ilə bağlı tələbin icrası üçün borclunun əmlakına həbs qoyulması və onun satılması yolu ilə tələbin borclunun əmlakına yönəldilməsi kimi heç bir məcburi icra tədbiri icra məmuru tərəfindən tətbiq edilməmişdir. Bütün bunlara baxmayaraq, icra qurumunun rəhbəri tərəfindən, icra məmurunun hərəkətsizliyi ilə icrası gecikdirilən icra sənədinin vaxtında və düzgün icra edilməsi üçün öz səlahiyyətləri daxilində heç bir tədbir görülməmişdir. Digər tərəfdən, özünün icraata başlamaq haqqında qərarı ilə sözügedən icra sənədinin xx.xx.2025-ci il tarixdə icraatına daxil olduğunu təsdiq edən icra məmuru, öz hərəkətsizliyini gizlətmək üçün məhkəmə iclasında şifahi olaraq, heç bir əsas və sübut göstərmədən məhkəmə işinin mahiyyətinin əmək mübahisəsi olduğunun icra sənədində qeyd edildiyini qəbul etməmişdir. Məhkəmə qərardadı ilə icra məmurunun borclunun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı hərəkətsizliyi qanunsuzluq olaraq nəzərə alınmamış və ərizəsi təmin edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər: - İcra müddəti ərzində məcburi icraatın təmin edilməməsi və zəruri icra hərəkətlərinin həyata keçirilməməsi: Məhkəmə qərardadı ilə iş materiallarında olan icra məmurunun xx.xx.2025ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı əsas göstərilərək və İcra haqqında qanunun 24.1.2 maddəsi rəhbər tutularaq, icra məmurunun hərəkətlərində qanunsuzluq aşkar edilmədiyinə və bu səbəbdən, şikayətin təmin edilməməsinə qərar verilmişdir. Halbuki, xx.xx.2025-ci il tarixdə icra şöbəsinə göndərilmiş icra sənədində məhkəmə işinin mahiyyətinin əmək mübahisəsi olduğunun qeyd edilməsi, həmin icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixdə imzalanmış “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən sonra xx.xx.2025-ci il tarixə qədər olan icra müddəti ərzində icra məmuru tərəfindən əmək mübahisəsi ilə bağlı icra sənədinin məcburi icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilməməsi, həmçinin tələbin könüllü icrası üçün borcluya verilmiş 10 günlük müddətin keçməsinə və əmək mübahisəsinin həlli ilə bağlı icra sənədinin üzrsüz səbəbdən və qəsdən icra edilməməsinə baxmayaraq, icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən (İXM - maddə 528), borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilib Yasamal Rayon Məhkəməsinə göndərilməməsi kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki hallar araşdırılmadığı üçün məhkəmə qərardadı ilə qanunsuz olaraq, şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər: - Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan icra məmurunun hərəkətlərində qanunsuzluğun aşkar edilməməsi halı: Məhkəmə qərardadı ilə iş materiallarında olan icra məmurunun xx.xx.2025-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarıəsas göstərilərək və İcra haqqında qanunun 24.1.2 maddəsi rəhbər tutularaq, sübut edilməməsinə baxmayaraq, icra məmurunun hərəkətlərində qanunsuzluq aşkar edilmədiyinə və bu səbəbdən, şikayətin təmin edilməməsinə qərar verilmişdir. Lakin, bu qərardadla, icra məmurunun həmin qərarının alınmasına qədər olan icra müddəti ərzində onun hərəkətsizliyi qanunsuzluq olaraq nəzərə alınmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə icra şöbəsinə göndərilmiş icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixdə imzalanmış “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən sonra xx.xx.2025-ci il tarixə qədər olan icra müddəti ərzində icra məmuru tərəfindən, məhkəmə işinin mahiyyətinin əmək mübahisəsi olduğu qeyd edilən icra sənədinin məcburi icrası üçün məcburi icra tədbirləri tətbiq edilməmişdir. Həmçinin tələbin könüllü icrası üçün borcluya verilmiş 10 günlük müddətin keçməsinə və əmək mübahisəsinin həlli ilə bağlı icra sənədinin üzrsüz səbəbdən və qəsdən icra edilməməsinə baxmayaraq, icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən (İXM - maddə 528), borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilib Yasamal Rayon Məhkəməsinə göndərilməmişdir. Şikayəti verən şəxsin tələbi: Yuxarıda qeyd edilənləri nəzərə alaraq, həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 129.İ və 129.İİ, Əmək Məcəlləsinin 301.1, Mülki Prosessual Məcəllənin 15.2, 267-269, İnzibati Xətalar Məcəlləsinin 528, İcra haqqında qanunun 2.1, 12.3 və 82.1-cimaddələrinə əsasən və Mülki Prosessual Məcəlləninaidiyyəti tələblərini rəhbər tutaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025-003 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, həmin məhkəmənin e-2(004)-1291/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi barədə qanunvericiliyə uyğun tədbirlərin görülməsi, icra məmurunun hərəkətsizliyi nəticəsində gecikdirilmiş və icra olunmamış icraatın təxirəsalınmadan icrasının təmin edilməsi və borclunun icra sənədini üzrsüz səbəbdən və qəsdən icra etmədiyi üçün icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən (İXM - maddə 528), borclunun inzibatiməsuliyyətə cəlb olunması ilə bağlı müvafiq və zəruri tədbirlərin həyata keçirilməsi haqqında yeni qərardadın çıxarılmasını xahiş edir. İcra müddəti ərzində məcburi icraatın təmin edilməməsi və zəruri icra hərəkətlərinin həyata keçirilməməsi: Məhkəmə qərardadı ilə iş materiallarında olan icra məmurunun xx.xx.2025-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı əsas göstərilərək və İcra haqqında qanunun 24.1.2 maddəsi rəhbər tutularaq, icra məmurunun hərəkətlərində qanunsuzluq aşkar edilmədiyinə və bu səbəbdən, şikayətin təmin edilməməsinə qərar verilmişdir. Halbuki, xx.xx.2025-ci il tarixdə icra şöbəsinə göndərilmiş icra sənədində məhkəmə işinin mahiyyətinin əmək mübahisəsi olduğunun qeyd edilməsi, həmin icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixdə imzalanmış “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən sonra xx.xx.2025-ci il tarixə qədər olan icra müddəti ərzində icra məmuru tərəfindən əmək mübahisəsi ilə bağlı icra sənədinin məcburi icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilməməsi, həmçinin tələbin könüllü icrası üçün borcluya verilmiş 10 günlük müddətin keçməsinə və əmək mübahisəsinin həlli ilə bağlı icra sənədinin üzrsüzsəbəbdən və qəsdən icra edilməməsinə baxmayaraq, icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən (İXM - maddə 528), borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilib Yasamal Rayon Məhkəməsinə göndərilməməsi kimi Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki hallar araşdırılmadığı üçün Məhkəmə qərardadı ilə qanunsuz olaraq, şikayət təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan icra məmurunun hərəkətlərində qanunsuzluğun aşkar edilməməsi halı: Məhkəmə qərardadı ilə iş materiallarında olan icra məmurunun xx.xx.2025-ci il tarixli“icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı əsas göstərilərək və İcra haqqında qanunun 24.1.2 maddəsi rəhbər tutularaq, sübut edilməməsinə baxmayaraq, icra məmurunun hərəkətlərində qanunsuzluq aşkar edilmədiyinə və bu səbəbdən, şikayətin təmin edilməməsinə qərar verilmişdir. Lakin, bu qərardadla, icra məmurunun həmin qərarının alınmasına qədər olan icra müddətiərzində onun hərəkətsizliyi qanunsuzluq olaraq nəzərə alınmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə icra şöbəsinə göndərilmiş icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixdə imzalanmış “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən sonra xx.xx.2025-ci il tarixə qədər olan icra müddəti ərzində icra məmuru tərəfindən, məhkəmə işinin mahiyyətinin əmək mübahisəsi olduğu qeyd edilən icra sənədinin məcburi icrası üçün məcburi icra tədbirləri tətbiq edilməmişdir. Həmçinin tələbin könüllü icrası üçün borcluya verilmiş 10 günlük müddətin keçməsinə və əmək mübahisəsinin həlli ilə bağlı icra sənədinin üzrsüz səbəbdən və qəsdən icra edilməməsinə baxmayaraq, icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən (İXM - maddə 528), borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilib Yasamal Rayon Məhkəməsinə göndərilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 129.İ və 129.İİ, Əmək Məcəlləsinin 301.1,Mülki Prosessual Məcəllənin 15.2, 267-269, İnzibati Xətalar Məcəlləsinin 528, İcra haqqında qanunun 2.1, 12.3 və 82.1-ci maddələrinə əsasən və Mülki Prosessual Məcəllənin aidiyyəti tələblərini rəhbər tutaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025-003 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, həmin Məhkəmənin e-2(004)-1291/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrəicra məmurunun hərəkətsizliyi barədə qanunvericiliyə uyğun tədbirlərin görülməsi, icra məmurunun hərəkətsizliyi nəticəsində gecikdirilmiş və icra olunmamış icraatın təxirəsalınmadan icrasının təmin edilməsi və borclunun icra sənədini üzrsüz səbəbdən və qəsdən icra etmədiyi üçün icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən (İXM - maddə 528), borclunun inzibati məsuliyyətə cəlb olunması ilə bağlımüvafiq və zəruri tədbirlərin həyata keçirilməsi haqqında yeni qərardadın çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1291/2025 nömrəli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsində icraat başlanılmışdır. Borcluya icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-1291/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli sənədi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1291/2025 nömrəli icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsində icraat başlanılmışdır. Borcluya icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən icra sənədi aşağıdakı hallarda aidiyyəti üzrə göndərilmiş hesab edilir: 24.1.1. icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə; 24.1.2. icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə. Həmin Qanunun 24.3-ci maddəsinə əsasən icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir. Beləliklə, məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1291/2025 nömrəli icra sənədi üzrə borclunun faktiki fəaliyyət göstərdiyi ünvanın Binəqədi rayon olması əsası ilə icra sənədinin icra olunması üçün xx.xx.2025-ci il tarixində aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərdiyini, icra sənədinin hazırda Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icraatında olmasını, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 hərəkətlərində heç bir qanunsuzluq aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 tərəfindən icra məmurunun hərəkətsizliyindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-731/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar