Məhkəmə qərarları › İş №8(103)-598/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-598/2021

29.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-598/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Tələbkar və onun vəkili X4, Borclu və onun vəkili X5 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 8(006)-395/2021 nömrəli qərardadından Borclu və maraqlarına toxunan şəxs X6 verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X7 ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(006)- 3166/2019-020 nömrəli icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə Borclu ilə Tələbkar arasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saytı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı mənzilin alqı-satqısına dair müqavilənin bağlanması zamanı borclunun arvadının razılğının zəruri olub-olmaması hissəsində izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 31.05.2021-ci il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(006)-3166/2019-020 nömrəli icra sənədinə əsasən Borclu üzərinə onunla Tələbkar arasında "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı (çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi qoyulmalıdır. Qeyd edilən icra sənədində göstərilən tələbin təmin edilməsi məqsədi ilə 17.06.2021-ci il tarixdə tərəflərin iştirakı ilə Bakı şəhəri 11 saylı notariat ofisinə gedildikdə, həmin notariat ofisinin notariusu X8 qüvvədə olan Ailə və Mülki Məcəlləsinə əsaslanaraq birgə nikah dövründə əldə edilmiş əmlakın alqı-satqısı həyata keçirilərkən ər-arvadın notariat qaydasında təsdiq edilmiş razılığının olmadığı təqdirdə həmin mənzilin alqı-satqısına dair müqavilənin bağlanmasının mümkünsüz olduğunu bildirmiş, bundan sonra icra məmuru tərəfindən Borclu arvadının razılıq verilməsi üçün notariat ofisinə gəlməsi barədə soruşulduqda o həyat yoldaşının həmin alqı-satqıya razılığının olmaması səbəbindən gəlməyəcəyini bildirmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Borclu arvadı qeyd edilən icra sənədi üzrə borclu keçmədiyindən onun barəsində məcburi icra hərəkətinin həyata keçirilməsi mümkünsüz olmuşdur. Qeyd edilən icra sənədini icra etmədiyi üçün Borclu barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 3(001)-2513/2021 saylı qərarına əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata (əməlində inzibati xəta tərkibi olmadığından) xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 8(006)-395/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Borclu və maraqlarına toxunan şəxs X9 qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclunun şikayəti onunla əsaslandırmışdır ki, Tələbkar ilə arasında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı mənzilin alqı-satqısına dair müqavilənin bağlanması öhdəliyinin icrası üçün həyat yoldaşının tərəfindən razılıq verilməsinin zəruri olmaması məsələsi qətnamə ilə müəyyən edilə bilərdi. Mübahisələndirilən mənzil həyat yoldaşı X9 ilə birgə nikah dövründə əldə edildiyi üçün qərardadın nəticə hissəsi onun maraqlarına toxunur. Mübahisələndirilən mənzilin özgəninkiləşdirilməsi məsələsinə baxılarkən həyat yoldaşı müstəqil tələb irəli sürən 3-cü şəxs kimi prosesə cəlb edilməli idi. Maraqlarına toxunan şəxs X6 şikayəti borclunun şikayəti ilə eyni məzmunda tərtib olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 8(006)-395/2021 nömrəli qərardadları ilə şikayətlər təmin edilməmiş və şikayətlər mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı borclu və onun vəkili hər iki şikayətin təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı tələbkar və onun vəkili hər iki şikayətin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(006)-3166/2019 nömrəli qətnaməsinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı (Çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1satqısına dair iddiaçı (tələbkar) Tələbkar ilə müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi Borclu üzərinə qoyulmuş və qətnamədən bu öhdəliyin icrasının iş üzrə tərəf olmayan şəxsin müqavilənin bağlanmasına razılığını verməsindən hər hansı asılılıq müəyyən edilməmişdir. Məhkəmə tərəfindən qətnamənin icra qaydası ümumiyyətlə hazırki mülki işin icraatından kənar yaranmış və ya yarana biləcək hallar ilə şərtləndirilməmişdir. Məhkəmə hesab etmişdir ki, qanuniliyi yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(006)- 3166/2019 nömrəli qətnaməsi cavabdeh tərəfindən qeyd-şərtsiz icra olunmalıdır. Bu, qanuni qüvvəsini almış məhkəmə aktının təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərindən irəli gəlir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir: Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3166/2019 nömrəli, 03.05.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Borclu ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tələbkar qarşı (Bakı şəhəri, 46 saylı notariat kontoru 3-cü şəxs qismində cəlb edilməklə) "müqavilənin ləğv edilməsi və pulun ödənilməsi" tələbinə dair ilkin iddiası rədd edilmiş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tələbkar ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Borclu qarşı "mənzilin alqı-satqı müqaviləsini bağlamaq öhdəlyininin cavabdehin üzərinə qoyulması" tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Borclu üzərinə onunla Tələbkar arasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı (çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi qoyulmuşdur. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X7 tərəfindən qəbul edilən 31.05.2021-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(006)-3166/2019 nömrəli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X7, Bakı şəhəri 11 saylı Notariat ofisinin notariusu X8, Tələbkar, Borclu imzaları ilə təsdiq edilmiş aktın surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(006)-3166/2019 nömrəli icra vərəqəsinə əsasən Borclu üzərinə onunla Tələbkar arasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı mənzilin alqı-satqısına dair müqavilənin bağlanması öhdəliyi qoyulmuşdur. Qeyd edilən icra sənədində göstərilən tələbin təmin edilməsi məqsədilə tərəflərə əvvəlcədən verilmiş məlumata əsasən Bakı şəhəri, Azadlıq pr, 200/36 ünvanında yerləşən ünvan 3fisinin notariusu İ.Məmmədova icra məmuru tərəfindən icra sənədi təqdim olunmuş və o bu işlə bağlı Borclu ona bundan əvvəl yaxınlaşmasını və tərəfindən ona Ailə və Mülki Məcəllənin müddəalarına əsasən birgə nikah dövründə əldə edilən əmlakın alqı-satqısı həyata keçirilərkən ər-arvadın razılığının olmasının zəruri olduğunu bildirməsini izah etmişdir. Bundan sonra icra məmuru tərəfindən Borclu arvadının razılıq verməsi üçün notariat ofisinə gəlməsi barədə sual veilmişdir və o, həyat yoldaşının bu alqı-satqıya razılığının olmaması səbəbindən notariat ofisinə gəlmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.07.2021-ci il tarixli, 3(103)-1681/2021 saylı qərarından görünür ki, Tələbkar şikayəti təmin edilmiş, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Göstərilən maddələrin məzmunundan görünür ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Belə hallarda adətən qətnamənin izah edilməsi zərurəti yaranır ki, bu da məhkəmə qətnamənin icrasından yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir. İş materiallarından görünür ki, qətnamə hal-hazıra qədər icra edilməmiş, qətnamənin icra edilməsinə maneçilik törədən hal isə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı (Çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 4-satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanmasına Borclu arvadının razılığını verməməsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 6-ci maddəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrinin tələblərinə görə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinin 3-cü və 4-cü hissələrinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X10 Zavodu və X1rşı”, 09 dekabr 1994cü il). Göründüyü kimi qanunvericilikdə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələrinin, qərardadlarının, qərarlarının və əmrlərinin bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburiliyi xüsusilə qeyd edilir. Bunun əsasında məhkəmə qərarlarının dövlətin adından çıxarıldığını və onların icrasının məcburi olduğunu təsbit edən konstitusiya müddəası dayanır. Qeyd edilməlidir ki, “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 6-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplərinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi, məhkəmə tərəfindən verilən qərarların icrası hüququ isə “məhkəməyə hüququn” ayrılmaz hissəsi kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, mübahisəli mənzilin alqı-satqısına dair tələbkar (iddiaçı) Tələbkar ilə müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi Borclu üzərinə qoyulduğundan və qətnamədən bu öhdəliyin icrasının iş üzrə tərəf olmayan şəxsin müqavilənin bağlanmasına razılığını verməsindən hər hansı asılılıq müəyyən edilmədiyindən şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin 11.10.2021-ci il tarixli, 8(006)-395/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 397, 398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Borclu və maraqlarına toxunan şəxs X6 şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 8(006)-395/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar