Məhkəmə qərarları › İş №8(103)-598/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-598/2025

05.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-598/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün Borclui tərəfindən verilmiş müddətinin bərpa edilməsi barədə ərizə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Tələbkar Hətəmova X5 Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından məhkəməyə şikayət ərizəsi verərək, Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müvafiq icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdırİddiaçı X1 tərəfindən qeyd olunan qərardadlardan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə şikayət verilmişdir Borclui qeyd edilən qərardaddan şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı, xx.xx.2025-ci il nömrəli qərardadının ləğv edilməsini və Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclui tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmışdır. Daha sonra Borclui Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət və müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Azərbaycan Metrologiya İnsitutu” X11 tərəfindən Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi şikayətin təmin edilməsi barədə xx.xx.2025cı il tarixli 8(005)-486/2025 nömrəli qərardaddan şikayət verildiyi zaman, MPM-nin 268-ci maddəsi ilə qərardaddan şikayət verilməsi ilə müəyyən edilmiş 10 (on) günlük prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi müvafiq ərizənin texniki tələblərə və mövcud məhkəmə təcrübəsinin qaydalarına uyğun təqdim olunmaması ilə izah olunur. Bu səbəbdən də “Azərbaycan Metrologiya İnsitutu” X11 tərəfindən xx.xx.2025-ci il tarixində təqdim edilmiş qərardaddan şikayət Məhkəmə tərəfindən geri qaytarılmış və bununla əlaqədar xx.xx.2025-ci il tarixli “məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə” Protokol tərtib olunmuşdur. Nəticədə qərardaddan şikayətin yenidən təqdim olunması üçün tələb olunan prosessual müddət buraxılmışdır. Prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Tələbkar nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, xx.xx.2025-ci il tarixli, 8(005)-486/2025 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardad xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir. İş üzrə Borclui xx.xx.2025-ci il tarixdə qərardaddan şikayət vermişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət MPM-in tələblərinə uyğun tərtib edilmədiyindən, 2 saylı əlavədə göstərilən nümunəvi formaya əməl olunmadığından geri qaytarılmışdır. Bundan sonra, Borclu PHŞ buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə yenidən qərardaddan şikayət vermişdir. Həmin buraxılmış prosessual müddətin bərpasına dair ərizə əsassız, qanunsuz və hüquq cəhətdən vicdansızdır. Belə ki, məhkəmənin qərardadında yalnız şikayətin nümunəvi formasına düzgün əməl olunmaması qeyd olunsa da, şikayət ilk dəfə verilərkən də prosessual müddət buraxılmışdır. İş üzrə Borclu PHŞ-nin Elektron Məhkəmə İnformasiya Sistemində şəxsi elektron kabineti mövcuddur (belə ki, konkret bu iş üzrə şəxsi kabinet vasitəsi ilə etibarnamə təqdim edilib). Buna görə də qərardadın yerləşdirildiyi xx.xx.2025-ci il tarixdə də MPM-in tələblərinə əsasən qərardadı rəsmi qaydada almışdır. Belə olan halda isə qeyd olunan qərardaddan sonuncu şikayət vermə günü xx.xx.2025-ci il tarix olmuş, həmin tarix isə həftənin bazar günü olduğu üçün xx.xx.2025-ci il tarix qərardadı mübahisələndirmək üçün son tarix olmuşdur. Lakin şikayət ilk dəfə verilərkən də şikayət vermə müddəti 2 gün, hazırda isə 4 gün buraxılmışdır. Əgər məhkəmə aktlarını mübahisələndirmək üçün günlərin sayının fərqi olmasaydı, qanunvericilik həmin tarixi təqribən 10-15 gün kimi müəyyən edərdi. Göründüyü kimi qanunvericilik də hüquqi müəyyənlik prinsipindən çıxış edərək, konkret müddət müəyyən etmiş və həmin müddətin pozulduğu halda isə bərpası üçün üzrlü səbəb tələb olunur. Hazırda isə borclu hüquqi şəxs həmin müddətin üzrlü hesab edilməsini məhkəmədən xahiş etsə də, səbəb kimi cəmi 1 arqument göstərilmişdir. Bunun da səbəbi müvafiq ərizənin texniki tələblərə və mövcud məhkəmə təcrübəsinin qaydalarına uyğun təqdim olunmaması ilə izah olunur. Halbuki, şikayətin formasına əməl etmək texniki səbəb yox, prosessual qanundur. Eyni zamanda, bu məsələ məhkəmə təcrübəsi ilə deyil, qanunla (Mülki Prosessual Məcəlləyə 4 il əvvəl - 2021-ci ildə edilmiş dəyişikliklərlə) tənzimlənir. Qanunları bilməmək isə üzrlü səbəb hesab edilə bilməz. Ələlxüsus da bu qanunları bilməyən X6, bu heç bir halda üzrlü hesab edilə bilməz. Hüquqi şəxsə münasibətdə üzrlü səbəb onun fəaliyyətini imkansız edən, gecikdirən fövqəladə və s. bu kimi hallar ola bilər. Bu mövqe Ali Məhkəmənin müxtəlif qərarlarında dəfələrlə öz əksini tapmışdır. Bundan başqa, borclu hüquqi şəxsin müvafiq səlahiyyətli şəxsi elə bilir ki, qərardadı poçt vasitəsilə aldığı tarix onun həmin aktı rəsmi qaydada aldığı tarixdir. Çünki şikayətdə də özləri bu tarixi xx.xx.2025-ci il olaraq göstəriblər. Yenə də qanunları bilməyən borclu hüquqi şəxs nəzərə almamışdır ki, MPM-in tələbinə görə onların qərardadı rəsmi qaydada aldığı tarix xx.xx.2025-ci il, yəni həmin qərardadın onların elektron kabinetinə yerləşdirildiyi tarixdir. Lakin həmişəki kimi borclu təşkilat süründürməçiliyi davam etdirir. İş üzrə mahiyyəti üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsindən də vaxtilə apellyasiya şikayətinin verilməsi üçün müddət buraxılmış və eyni qaydada müddətin bərpasına dair ərizə verilmişdir. Bu, cavabdeh hüquqi şəxsin məhkəməyə, onun qərarlarına, bizə və özünə qarşı olan münasibətini göstərir. Elə ona görə də 2020-ci ildə başlamış mülki iş hazırkı mərhələ ilə birlikdə 6 ilə yaxındır ki, davam edir. Halbuki, əmək mübahisəsinə qanunvericiliklə qısaldılmış müddət ərzində baxılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Ali Məhkəmənin analoji qərarlarında da mövqeyi belə olmuşdur ki, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Borcluinin ərizəsinin təmin edilməsi, Məhkəmənin 8(005)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Tələbkar həmin qərardadla razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında yalnız şikayətin nümunəvi formasına düzgün əməl olunmaması qeyd olunsa da, şikayət ilk dəfə verilərkən də prosessual müddət buraxılmışdı. İş üzrə Borclu PHŞ-nin Elektron Məhkəmə İnformasiya Sistemində şəxsi elektron kabineti mövcuddur (belə ki, konkret bu iş üzrə şəxsi kabinet vasitəsi ilə etibarnamə təqdim edilib). Buna görə də qərardadın yerləşdirildiyi xx.xx.2025-ci il tarixdə də MPM-in tələblərinə əsasən qərardadı rəsmi qaydada almışdır. Belə olan halda isə qeyd olunan qərardaddan sonuncu şikayət vermə günü xx.xx.2025-ci il tarix olmuş, həmin tarix isə həftənin bazar günü olduğu üçün xx.xx.2025-ci il tarix qərardadı mübahisələndirmək üçün son tarix olmuşdur. Lakin şikayət ilk dəfə verilərkən də şikayət vermə müddəti 2 gün, hazırda isə 4 gün buraxılmışdır. Əgər məhkəmə aktlarını mübahisələndirmək üçün günlərin sayının fərqi olmasaydı, qanunvericilik həmin tarixi təqribən 10-15 gün kimi müəyyən edərdi. Göründüyü kimi qanunvericilik də hüquqi müəyyənlik prinsipindən çıxış edərək konkret müddət müəyyən etmiş və həmin müddətin pozulduğu halda isə bərpası üçün üzrlü səbəb tələb olunur. Hazırda isə borclu hüquqi şəxs həmin müddətin üzrlü hesab edilməsini məhkəmədən xahiş etsə də, səbəb kimi cəmi 1 arqument göstərilmişdir – “bunun da səbəbi müvafiq ərizənin texniki tələblərə və mövcud məhkəmə təcrübəsinin qaydalarına uyğun təqdim olunmaması ilə izah olunur”. Halbuki, şikayətin formasına əməl etmək texniki səbəb yox, prosessual qanundur. Eyni zamanda, bu məsələ məhkəmə təcrübəsi ilə deyil, qanunla (Mülki Prosessual Məcəlləyə 4 il əvvəl - 2021-ci ildə edilmiş dəyişikliklərlə) tənzimlənir. Qanunları bilməmək isə üzrlü səbəb hesab edilə bilməz. Ələlxüsus da bu qanunları bilməyən X6, bu heç bir halda üzrlü hesab edilə bilməz. Hüquqi şəxsə münasibətdə üzrlü səbəb onun fəaliyyətini imkansız edən, gecikdirən fövqəladə və s. bu kimi hallar ola bilər. Bu mövqe Ali Məhkəmənin müxtəlif qərarlarında dəfələrlə öz əksini tapmışdır. Bundan başqa, borclu hüquqi şəxsin müvafiq səlahiyyətli şəxsi elə bilir ki, qərardadı poçt vasitəsilə aldığı tarix onun həmin aktı rəsmi qaydada aldığı tarixdir. Çünki şikayətdə də özləri bu tarixi xx.xx.2025-ci il olaraq göstəriblər. Yenə də qanunları bilməyən borclu hüquqi şəxs nəzərə almamışdır ki, MPM-in tələbinə görə onların qərardadı rəsmi qaydada aldığı tarix xx.xx.2025-ci il, yəni həmin qərardadın onların elektron kabinetinə yerləşdirildiyi tarixdir. Məhkəmənin 17 oktyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Borclui məhkəməyə etiraz göndərərək şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-in 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı, xx.xx.2025-ci il tarixdə elektron sistemə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə isə borcluya elektron kabinet vasitəsilə bu barədə məlumat göndərilmişdir. İlk dəfə borclu tərəfindən şikayət xx.xx.2025-ci il tarixdə verilsə də, qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Qərardad xx.xx.2025-ci il tarixdə borclunun elektron kabinetinə yerləşdirilmiş, növbəti şikayət və müddətin bərpası barədə ərizə isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi 8(005)-486/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün müddətin borcluya münasibətdə hesablanmasında xx.xx.2025-ci il tarixinin deyil, xx.xx.2025-ci il tarixinin əsas götürülməli olmasını belə əsaslandırmışdır ki, EMİS-dən çıxarışa əsasən, Borcluinin “Elektron Məhkəmə” İnformasiya Sistemində elektron kabineti mövcud olsa da, sistemdə qeydiyyata alınmış elektron ünvanı (e-mail), mobil nömrəsi və s. yoxdur. Beləliklə, borclunun “Elektron Məhkəmə” İnformasiya Sistemində elektron kabineti olsa da, elektron poçt ünvanının, mobil telefon nömrəsinin sistemdə qeydiyyata alınması iş materialları ilə öz təsdiqini tapmadığından qərardadın borclunun elektron kabinetinə yerləşdirilməsi Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinin tələbləri baxımından rəsmi qaydada verilmə kimi qiymətləndirilə bilməz, sonunculara bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada çatdırıldığı tarix məhkəmə aktının rəsmi qaydada təqdim edildiyi tarix kimi qəbul edilməlidir. Məhkəmə qərardadda həmçinin qeyd etmişdir ki, borclunun hərəkəti hüquqdan sui-istifadəyə deyil, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Kollegiya qeyd edilən mövqe ilə razılaşır və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ilk dəfə şikayət qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən geri qaytarılmış, həmin nöqsanın aradan qaldırılması müəyyən bir vaxt tələb etdiyindən növbəti şikayət tərtib olunarkən müddət üzrlü səbəbdən ötürülmüşdür. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006- cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclu tərəfindən qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməklə düzgün nəticəyə gəlmişdir, ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclui tərəfindən verilmiş şikayət üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar