Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-604/2025 07.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-222/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-222/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 543/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə, 08 mart 2010-cu il təvəllüdlü X2 və 29 yanvar 2011-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli (hər uşağa ayrı-ayrılıqda) həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-222/2025 saylı xx.xx.2025-ci il il tarixli qərardadından şikayət verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-222/2025 saylı xx.xx.2025-ci il il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xəbərsiz olduğundan məhəmədə iştirak edə bilməmişdir. Həmçinin hazırda ailəlidir və övladları var və aliment miqdarının dəyişdirilməsi onun digər övladlarının hüququnu pozur. İndeksasiya edilmiş məbləğ çıxıldıqdan sonra 240,0 manat pul qalır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-222/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə, 09 iyun 2007-ci il təvəllüdlü X6, 08 mart 2010-cu il təvəllüdlü X2 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 03 dekabr 2018-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncama əsasən 2019-cu ildən ölkə üzrə minimum əmək haqqının məbləği 180 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2019-cu ildə qüvvəyə mindiyindən, həmin qətnamə ilə hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 180 manat olduğundan 09 iyun 2007-ci il təvəllüdlü X6, 08 mart 2010-cu il təvəllüdlü X2 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-222/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-222/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-604/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-604/2025
07.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver