Məhkəmə qərarları › İş №8(103)-606/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-606/2021

30.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-606/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 8(006)- 430/2021 saylı qərardadından tələbkar Maraqlı şəxs Talqatovna tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Maraqlı şəxs Talqatovna şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 8(006)- 430/2021 saylı qərardadı ilə (hakim Rəşid Səmədov) şikayət qaytarılmışdır. Qərardaddan narazı olan tələbkar ondan şikayət verərək ləğv edilməsini xahiş etmiş və şikayətini eyni dəlillərlə əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 8(006)- 430/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı, 18.07.2019-cu il tarixli icra sənədi üzrə icraata tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan xitam verilmişdir. İşdə olan məhkəmə aktlarının surətindən isə görünür ki, tələbkar Maraqlı şəxs Talqatovnanın icra məmurunun qeyd olunan qərarından əvvəllər verdiyi şikayətə mahiyyəti üzrə baxılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-276/2021 saylı, 19.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Bundan sonra, tələbkar yenidən həmin qərardan məhkəmə qaydasında şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-418/2021 saylı, 15.10.2021-ci il tarixli qərardadı ilə qeyd olunan məsələyə artıq mahiyyəti üzrə baxıldığından şikayətin qaytarılması qərara alınmışdır. Hazırda tələbkar icra məmurunun sözügedən qərarından eyni dəlillərlə üçüncü dəfə şikayət vermişdir. Göründüyü kimi, eyni məsələyə artıq dəfələrlə hüquqi qiymət verildiyindən birinci instansiya məhkəməsinin tələbkarın hazırkı şikayət ərizəsinin mahiyyəti üzrə baxılmadan qaytarılması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə məsələnin mahiyyəti ilə bağlı olmaqla, icra məmurunun qərarından məhkəmə qaydasında verilmiş şikayət ərizəsinin mümkünlüyü məsələsinin həlli baxımından əhəmiyyət kəsb etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Maraqlı şəxs Talqatovna tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 8(006)- 430/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar