Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-609/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Maraqlı şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 8(006)-418/2021 saylı qərardadından verilmiş şikayətə yazılı icraat baxaraq, müəyyən etdi: Maraqlı şəxs “Nəsimi rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi” barədə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 8(006)- 418/2021 saylı qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətə mahiyyəti üzrə baxıldığından onun yenidən eyni məsələ ilə bağlı vermiş olduğu şikayətə baxılmadan geri qaytarılması qərara alınmışdır. Hazırda Maraqlı şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd olunan qərardadından şikayət verilərək qərardadın ləğv olunmasını xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-609/21 saylı, 15 noyabr 2021-ci il tarixli Qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş və şikayətin surəti cavabdehə göndərilməsi, qərardaddan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında yazılı icraat qaydasında 01 dekabr 2021-ci il tarixində baxılacağı qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10. 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 276/2021 saylı, 19.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə müstəqil tələb irəli sürməyən tələbkar Maraqlı şəxs Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 “icraata xitam verilməsi haqqında” 04 oktyabr 2019- cu il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Beləliklə, eyni mübahisəyə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 8(006)-418/21 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-609/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-609/2021
01.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver