Məhkəmə qərarları › İş №8(103)-61/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-61/2021

10.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-61/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu X6 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə X6 tərəfindən edilən X2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, 13, qapı 2/3 və X5 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, 13, qapı 4 ünvanlarında olan qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun həyata keçirilməsinə dair maneələr aradan qaldırılması, X6 qeyd olunan ünvanlarda yerləşən qeyri-yaşayış sahələrini boşaltmaqla, həmin qeyri-yaşayış sahələrindən çıxarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli tarixli qətnaməsi ilə Nailə Dadaşovanın apelyasiya şikayəti təmin edilmədən, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Nailə Dadaşovanın kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda borclu Nailə Dadaşova, ərizə verərək, icra sənədi üzrə icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırılmışdır ki, tərəfindən Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarından konstitusiya şikayəti verilmişdir. Ona görə də icra icraatı dayandırılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Borclu, həmin qərardaddan şikayət verərək, onun ləğv olunması, icra icraatının ləğv edilməsi, əmlakın ona qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət, ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən borclu Nailə Dadaşova, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, borclunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 17.1.8-ci maddəsinə əsasən, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İşdə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, xx/xx-1090 saylı məktubunda qeyd olunmuşdur ki, X12 Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti Konstitusiya Məhkəməsinin Palatasına daxil omluş və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 36.3-cü maddəsinə müvafiq olaraq şikayət üzrə mülki iş tələb olunmuş, məsələyə Konstitusiya Məhkəməsində baxılması üçün zəruri sənəd və materiallar toplanır və digər zəruri tədbirlər həyata keçirilir. Göründüyü kimi, borculunun konstitusiya şikayətinin Konstitusiya Məhkəməsinə verilməsi müəyyən edilsə də, məhkəməyə icraata qəbul edilməsi barədə hər hansı prosessual sənəd təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-251/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar