Məhkəmə qərarları › İş №8(103)-61/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-61/2025

13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-61/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə borclu X1 ərizəsinin təmin edilməməsi barədə icraat üzrə (Açar sözlər: icra ödənişi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə borclu X1 ərizəsinin təmin edilməməsi barədə dair icraat üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Borclu Həşimov (Talışxanlı) X13 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir

2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan 34.601,24 manat məbləğində əsas borc, 717,43 manat məbləğində faiz borcu, 113 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 35.431,67 manat pul vəsaiti və 196,30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətanmə icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmiş və icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin icraatına daxil olmuş, icra sənədi üzrə xx.xx.2023-ci il tarixdə icra məmuru tərəfindən icraat başlanılmışdır. Bununla bağlı Yasmal rayon icra şöbəsinə dəvət olunduqda qəbul edilmiş qətnamənin ona göndərilməməsini bildirərək qətnaməni məhkəmədən götürüb qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4335/2023 saylı qərardadı ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Dəfələrlə Yasamal rayon icra şöbəsinə çağırışa getməyinə baxmayaraq, icra məmuru tərəfindən onun məcburi gətirilməyi barədə Yasamal rayon məhkəməsinə təqdimat verilmiş, lakin məhkəmə tərəfindən həmin təqdimat təmin edilməmişdir. Bu hallar icra məmurunun ona qarşı hansısa səbəbdən qərəzli olduğunu təsdiq edir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş müddətin bərpa edilib qətnamədən şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair onun ərizəsi təmin edilməyərək iş apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya məhkəməsində baxılan dövrdə o «Bank VTB (Azərbaycan)” ASC-yə müraciət edərək onlarla razılığa gəlib borcunu ödəmişdir. «Bank VTB (Azərbaycan)” ASC 26 aprel 2024-cü il tarixli, 134 nömrəli məktubla icra şöbəsinə müraciət edərək həmin məktubda göstərişmişdir ki, «Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(004-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, borclu Həşimov (Tahşxanh) X13 Tələbkar ASC-nin ona qarşı olan borc tələbini (borcun restruksizasiyası nəticəsində verilmiş yeni kredit ilə) xx.xx.2024- cü il tarixdə tam icra etmişdir. Göstərilənlərə və “İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e2(004- 4335/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsini Sizdən xahiş edirik». Onun qəbul edilmiş qətnamə üzrə heç bir borcunun olmamasına və bağlanmış müqavilə üzrə borcu vaxtlı-vaxtında ödəməyinə baxmayaraq, Yasamal rayon icra şöbəsi tərəfindən onun ölkədən çıxmağına məhdudiyyət qoulması barədə qərar qəbul edilmişdir. Onun həmin qərardan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayətindən sonra işi yeni icraatına qəbul etmiş icra məmuru İlqar Abdullayev qeyd edilən qərarı ləğv etmişdir. Ona qanunsuz təsir etməyin başqa yolunu tapa bilməyən icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində, yəni icra sənədi üzrə cavabdeh X3 2493,96 manat məbləğində icra ödənişi tutulması barədə 1 il sonra-11 dekabr 2024-cü il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanasuz və əsassızdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə borclu Həşimov (Talışxanlı) X10 şikayət ərizəsi təmin edilməmişdir.

4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Həşimov (Talışxanlı) X8 ümumilikdə 35.431,67 manat pul vəsaiti və 196,30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4335/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2023cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş borclu Həşimov (Talışxanlı) X16 tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmiş və borcluya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün vaxt verilmişdir. Borclu Həşimov (Talışxanlı) X13 tələbin könüllü icrası haqqında bildirişi qəbul etdiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən 10 gün müddətində icra sənədi üzrə borcunu ödəməmişdir. Bu baxımdan qanunvericiliyin tələbinə müvafiq olaraq icra məmuru könüllü icra üçün borcluya verilmiş müddət keçdiyindən bir sıra məcburi icra tədbirləri (borclunun məcburi gətirilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) görmüşdür. İş materiallarında olan Tələbkar ASC-nin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan da müəyyən edilir ki, borclu Həşimov (Talışxanlı) X13 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4335/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunu könüllü icra üçün müyyən edilmiş 10 günlük müddət ərzində deyil, tələbin könüllü icrası haqqında bildirişi qəbul etdikdən (xx.xx.2023-cü il) sonra 1 ilə yaxın müddət keçdikdən sonra icra etmişdir. Bu baxımdan icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsini rəhbər tutaraq, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, tələb X9 tərəfindən könüllü icra müddətində yəni, 10 gün ərzində icra edilmədiyindən icra sənədi üzrə cavadeh X4 2493,96 manat məbləğində icra ödənişinin tutulması barədə xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə borclu Həşimov (Talışxanlı) X10 şikayət ərizəsi təmin edilməməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Borclu Həşimov (Talışxanlı) X13 xx.xx.2025-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın tamamilə ləğv edilməsi və yeni qərar qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadını aşağıda göstərilənərə əsasən əsassız və qanunsuz hesab edir. Belə ki, «İcra haqqında» qanunun 78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. İcra haqqında qanuna görə borc könüllü olaraq üzürsüz səbəbdən ödənilmədikdə məcburi icra tədbiri həyata keçirilir. Nicat Talışxanlı tərəfindən məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş borc banka könüllü olaraq ödənilmişdir. Ona görə də, icra məmuru tərəfindən heç bir məcburi icra tədbiri həyata keçirilməmişdir. Məcburi icra tədbirləri siyahısı İcra haqqında qanunun 43-cü maddəsinə göstərilmişdir. Bunlar borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq kassasiya şikayəti verilməsi nəzərədə tutulmadığı bildirilməklə tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmuşdur. İşə apellyasiya məhkəməsində baxılan dövrdə o «Bank VTB (Azərbaycan)” ASC-yə müraciət edərək onlarla razılığa gəlib borcunu ödəmişdir. Borcunu könüllü olaraq icra etdiyindən «Bank VTB(Azərbaycan)” ASC 26 aprel 2024-cü il tarixli, 134 №-li məktubla icra şöbəsinə müraciət edərək həmin məktubda göstərilmişdir ki, «Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(004- 4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, borclu Həşimov (Talışxanlı) X13 TələbkarASC-nin ona qarşı olan borc tələbini (borcun restruksizasiyası nəticəsində verilmiş yeni kredit ilə) xx.xx.2024-cü il tarixdə tam icra etmişdir. Göstərilənlərə və “İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e2(004- 4335/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsini Sizdən xahiş edirik». Qəbul edilmiş qətnamədən şikayət etdiyi və həmin şikayət məhkəmənin icraatında olmasına baxmayaraq qanunsuz olaraq onun ölkədən çıxamağına məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayət etmiş və onun şikayətindən sonra iş yeni icraatına qəbul edilmiş icra məmuru İlqar Abdullayev tərəfindən qeyd edilən qərar ləğv edilmişdir. Elə həmin dövrdə işdən verilən apellyasiya şikayəti məhkəmənin icraatında olduğu vaxt Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev onun məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi məsələsinə baxılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Yasamal rayon məhkəməsinin 8(004)-218/2024 №-li, xx.xx.2024-cü il tarixli qərardadı ilə qanunsuz olduğundan həmin təqdimatın təmin olunmaması qərara alınmışdır. Məhkəmənin qərardadında göstərilir ki, icra məmurunun borcun könüllü ödənilməsi barədə tələbini 10 gün müddətinə yerinə yetirməmişdir. Qeyd etdiyi kimi, onun borcunun ödənilməsi və icra işinə xitam verilməsi barədə bank tərəfindən 26 aprel 2024-cü ildə Yasamal rayon icra şöbəsinə məktub göndərilmişdir. Deməli, icra məmurunun fikirinə görə artıq həmin dövrdə icra sənədi icra olunmuşdur. Onda icra məmuru tərəfindən həmin məktub alındıqdan qısa müddət sonra deyil, 7 aydan sonra, yəni 05 dekabr 2024-cü ildə 7 faizin tutulması barədə qərar qəbul olunmuşdur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-11/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadından borclu Həşimov (Talışxanlı) X13 tərəfindən verilən şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. “İcra haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu:

Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Maddə 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir.

Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyriəmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Maddə 78.2. icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. Maddə 78.3. İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Maddə 78.4. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan 34.601,24 manat məbləğində əsas borc, 717,43 manat məbləğində faiz borcu, 113 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 35.431,67 manat pul vəsaiti və 196,30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətanmə icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmiş və icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin icraatına daxil olmuş, icra sənədi üzrə xx.xx.2023-ci il tarixdə icra məmuru tərəfindən icraat başlanılmışdır.

13. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin borclu barəsində “icra ödənişinin alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmişdir.

14. Borclu hal-hazırda qərarın ləğv edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsində qeyd edilir ki, İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.

16. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş borclu X9 tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmiş və borcluya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4335/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün vaxt verilmişdir.

17. İşin halları ilə müəyyən edilir ki, icra məmuru icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Tələbkar ASC-nin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, borclu Həşimov (Talışxanlı) X13 Tələbkar ASC-nin ona qarşı olan borc tələbini xx.xx.2024cü il tarixdə tam icra etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsini xahiş edirlər.

18. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında qərar qəbul edilsə də, icra sənədi xx.xx.2024-cü il tarixdə tam icra edilmiş, bununla bağlı tələbkar tərəfindən Tələbkar ASC tərəfindən xx.xx.2024-cü il tarixli məktub icra məmuruna ünvanlanmışdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyev icra sənədinin icrası ilə bağlı icra ödənişinin tutulması barədə qərar qəbul etməkdə haqlı olmuşdur.

20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar