Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-611/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair Borclu ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Tələbkar Suraxanı rayon Məhkəməsinin 2(010)-914/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə verdiyi ərizəsi təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 914/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya edilərək, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Borclu Əkbərov X1 Rayon Məhkəməsinin 8(010)- 517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Borclu ərizəsi təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərardadın mövcudluğundan xəbəri olmamış, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Sonradan həmin qərardaddan xəbər tutuduqda MXŞ müraciət etmiş ki, ünvanına göndərilmiş məhkəmə aktı rəsmi qaydada təqdim olunmamışdır. Məsələ ilə araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, məhkəmə tərəfindən ünvanıma göndərilmiş məktub gecikmə ilə yəni, xx.xx.2025-ci ildə çatdırılmışdır. Buna görə də, məsul şəxs barəsində intizam tənbeh tədbiri görülmüşdür. Odur ki, şikayət vermə müddəti təqdim olunduğu tarixdən hesablanmalıdır. Belə olan təqdirdə məhkəmə əsassız qərardadda göstərir ki, "buraxılmış müddətin bərpa olunması ilə bağlı tutarlı səbəblər göstərilməmişdir". Halbuki, poçt işçisinin barəsində tənbeh görülmə barədə iş üzrə məktub var. Borclunun həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı tərəflərə poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmiş və Borclu xx.xx.2025-ci il tarixdə xəbərnaməyə şəxsən imza etməklə qərardadın surətini qəbul etmişdir. Borclu xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-517/2025 saylı qərardadına düzəliş edilməsini xahiş etmişdir. Həmin ərizədə bildirmişdir ki, apellyasiya şikayəti vermək əvəzinə qərardada etirazını bildirir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına düzəliş edilməsinə dair ərizəsi rədd edilmişdir. xx.xx.2025-ci il tarixdə Əkbərov X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-517/2025 saylı qərardadından şikayət ərizəsi vermişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2025-ci il tarixli 8(010)-517/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Daha sonra borclu Əkbərov X1 Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxarkən borclunun şikayət vermə üzrə prosessual müddəti ötürüb-ötürməməsi tam və hərtərəfli araşdırılmalı, borclunun qərardad barədə hansı tarixdə məlumatlı olması və ondan sonrakı hərəkətləri yoxlanmalıdır. İşin hallarından məlum olur ki, xx.xx.2025-ci il tarixli qərardad xx.xx.2025-ci il tarixdə Borclu rəsmi qaydada çatdırılmış və həmin qərardad barədə məlumatlı olmuşdur. Bunun nəticəsidir ki, sonuncu xx.xx.2025-ci il tarixdə sözügedən qərardada düzəliş edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qərardaddan şikayət isə ilk dəfə xx.xx.2025-ci il tarixdə verilmiş, beləliklə, borclu tərəfindən qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülmüşdür. Müddətin bərpasına dair ərizəyə münasibətdə kollegiya qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi borclunun xx.xx.2025-ci il tarixli qərardaddan xx.xx.2025-ci il tarixdən məlumatlı olması və müddətin bu səbəbdən ötürülməsinə dair dəlilləri tamamilə əsassızdır. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Qeyd edilən müddəalardan aydın olur ki, borclunun ərizəsində göstərdiyi dəlil müddətin ötürülməsinin üzrlü səbəbi qismində qəbul edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki,Borclu müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(103)-611/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-611/2025
18.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver