Məhkəmə qərarları › İş №8(103)-614/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-614/2021

08.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-614/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 8(006)- 271/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Borclu Əliyev X15 rayon İcra və Probasiya Şöbəsinin hərəkətsizliyindən şikayət verərək, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2(103)-895/2019 saylı icra sənədində göstərilmiş 50.000 ABŞ dolları məbləğində pul ödənilmiş hesab edilməklə icra işi üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən 12 aprel 2021-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət olunmuş və ərizəsində icra məmurundan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2(103)-8951/2019 saylı qətnaməsində göstərilmiş məbləğin ödənilmiş hesab edilməsi və icra işinin icraatına xitam verilməsi barədə qərarın çıxarılması xahiş edilmişdir. Lakin ərizənin üzərindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməmişdir. Belə ki, iddiaçı Tələbkar cavabdehlər X11 və qeyrilərinə qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma» tələbinə, eyni zamanda X9 və qeyrilərinin cavabdeh Tələbkar və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə olan mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2(103)- 8951/2019 saylı qətnaməsi qəbul edilmiş və həmin qətnaməyə əsasən ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, alqı- satqı müqaviləsi etibarsız hesab edilmiş, çıxarış ləğv olunmuş və Borclu 50.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Şöbənin icra məmuru X4 icraatına verilmişdir. Yuxarıda qeyd edildiyi kimi İcra Şöbəsinə müvafiq ərizə ilə müraciət edilərək, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın çıxarılması xahiş olunmuş, lakin heç bir cavab alınmamışdır. Aşağıdakı hallara və əsaslara görə hesab edir ki, icra məmurunun hərəkətsizliyi qanunsuz və əsassızdır. Qeyd edir ki, ona kommersiya məqsədi ilə pul lazım olduğundan əvvəllər sələmə pul verən tanışlarının vasitəsi ilə X13 müraciət etmişdir. Seyidli Cavid ona bildirmişdir ki, bəli, o, bu işlə məşğul olur, aylığı 4 %-ə sələmə pul verir, ancaq verdiyi pulun müqabilində həmin pulun dəyərindən artıq mənzil girov kimi qoyulmalı, notariusda alğı-satqı edilməli, verdiyi sələm pulları tam faizləri ilə birlikdə qaytarıldıqdan sonra həmin mənzili alqı-satqı edilən notariusda, ikitərəfli qaydada alğı-satqını ləğv etməklə, mənzilin çıxarışı özünə qaytarılır. Bu şərtlə ki, «səni mənlə tanış edən şəxslərin də verilən pulun müqabilində 10 % şapkası ödənilməlidir». Onlar belə də razılaşmışlar. Danışıqlarına əsasən o, mənzillərinə aid olan sənədləri hazırlayıb X12 ona bildirdiyi Yasamal rayonunda yerləşən 53 saylı notariusa gəlmişlər. Həmin notariusda Cavidlə birlikdə onu Cavidlə tanış edən Röya, Lətafət və başqa bir tanımadığı qadın da var idi. O, sənədləri Cavidə təqdim etmişdir. Cavid notariusda olan tanışının yanına gedərək həmin sənədləri alqı-satqı prosesinin aparılması üçün ona təqdim etdikdən sonra bildirmişdir ki, danışdıqları 50.000 ABŞ dolları yox, cəmisi 30.000 ABŞ dolları pul gətirmişdir. O, orada tərəddüd edərək bildirmişdir ki, ona lazım olan pul vəsaiti yoxdursa, o bu girovla bağlı alqı-satqı edə bilməz. Cavid onun yanında öz mobil nömrəsindən kiməsə zəng vuraraq 1-2 günə 20.000 ABŞ dollarının ona çatdırılmasını bildirdikdən sonra onunla belə razılığa gəlmişdir ki, mənzillərini 30.000 ABŞ dolları ona verdiyi sələm pulun müqabilində alqı-satqı etməklə notariusa girov qoysunlar və sonradan 20.000 ABŞ dolları pulu da ona çatdıracağına söz vermişdir. Onlar həmin mənzili, yəni ünvan 1 ünvanda yerləşən, həyat yoldaşı X9 adına olan mənzili Cavid Seyidlidən aldıqları 30.000 ABŞ dolları sələm pulunun müqabilində 53 saylı notariusda «alqı-satqı» etmiş və orada olan şahidlərin iştirakı ilə Cavid Seyidlinin öz xətti ilə 29 mart 2017-ci ildəki «alqı-satqı»ya dair əlavə razılaşma qəbzi yazaraq hamısı imzalamışlar. X19ra verdiyi 30.000 ABŞ dolları sələm puldan 10 % əvvəlcədən razılaşdıqları kimi, yəni 3.000 ABŞ dolları və aprel 2017-ci il tarixinə 4 % çıxılmaq şərti ilə 1.200 ABŞ dolları, eləcə də notarius və bank xərclərini çıxmaqla cəmisi 25.600 ABŞ dolları sələmə pul vermişdir. 24 aprel 2017-ci il tarixdə X20 ona zəng vuraraq, ona verməli olduğu 20.000 ABŞ dolları sələm pulunu da düzəltdiyini, lakin həmin pulu ona vermək üçün notariusda kredit müqaviləsi imzalamaları üçün Nərimanov rayonu ərazisində «Metropark» ticarət mərkəzinin yanında yerləşən 21 saylı notariat kontoruna gəlməsini bildirmişdir. Vədələşdikləri vaxt o, həmin notariusa gələndə Cavidlə birlikdə Röya və başqa bir qadın var idi. 24 aprel 2017-ci ildə 21 saylı notariat kontorunda X20 və o, öz aralarında Cavidin ona verdiyi 20.000 ABŞ dolları sələm pulu ilə əlaqədar kredit müqaviləsi imzalamışlar. Əvvəlcədən razılaşdıqlarına görə verilən 20.000 ABŞ dolları sələm pulunun müqabilində Cavid 10 % şapka kimi 2.000 ABŞ dolları və 2017-ci ilin may ayının faizi kimi 800 ABŞ dolları götürdükdən sonra ona 17.200 ABŞ dolları pul vermişdir. Şərtləşdiklərinə görə, hər ayın 29-da o, Caviddən götürdüyü 30.000 ABŞ dollarının faizi kimi 1.200 ABŞ dolları və kredit müqaviləsinə görə götürdüyü 20.000 ABŞ dollarına görə 800 ABŞ dolları verirdi. O, sələmə götürdüyü həmin pulun faizlərini mütəmadi olaraq X13 şəxsən və bəzi hallarda kommersiya işi ilə bağlı şəriki olan Akif Mamedovun qohumu Surxay Axundov vasitəsi ilə X13 çatrıdmışdır, hər dəfə də, o, özündə olan dəftərçəsində qeydlər aparmışdır. 2018-ci ilin mart ayında X20 ona bildirmişdir ki, 30.000 ABŞ dolları ona vermiş olduğu sələm pulu onun qohumu Əfsərin puludur. O, Əfsərdən aldığı pullardan başqa-başqa adamlara da sələmə pul vermiş, lakin onların bəziləri pulu vaxtında qaytara bilmədiklərinə görə Əfsərlə onun arasında narazılıqlar yaranmışdır. Ona görə də «sən 30.000 ABŞ dollarını hazırlayıb mart ayının axırında mənə qaytarmalısan» dedi. O, sonuncu ilə belə danışmadığını, götürdüyü sələm üçün faizlərini vaxtı-vaxtında ödədiyini bildirmiş və danışıqlarında sələmə verilmiş pulun tam geri qaytarılması, əvvəlcədən 6 ay qabağa bildirməsini qeyd etmişdir. Cavidin çoxsaylı təkidləri ilə o, 2017-ci ilin mart ayının ortalarında Tələbkar ünvan 2 ünvanda yerləşən binaların həyətində görüşmüşlər, Tələbkar Cavidə onun sonuncunun yanına gətirilməsini irad tutaraq, martın axırına kimi 30.000 ABŞ dolları pulun ona çatdırılmasını, əks təqdirdə onsuz da Cavidə etibar etmədiyindən 2017-ci ilin mart ayında sələm pulu ilə bağlı alğı-satqı edilmiş mənzillərinin çıxarışını dekabr 2017-ci ildə öz adına rəsmiləşdirildiyini bildirmişdir. Orada çox böyük narazılıqlar yarandığı üçün aralarında böyük mübahisələr düşmüş, Əfsər əgər 30.000 ABŞ dollarının onun dediyi vaxtda, yəni martın axırına kimi çatdırılmadığı təqdirdə, onun qanuni vəkilinin olduğunu, belə adamlarla qanun dilində danışmasını və həmin mənzili şəxsən onların əllərindən alacağını bildirərək, söyüş-təhqirlərə keçmiş və bu işlə artıq Cavidin deyil, onun vəkilinin məşğul olduğunu və həmin vəkilin onun evini qanun yolu ilə əlindən alaraq ailəsi ilə birlikdə oradan qovacağını bildirmişdir. O, bütün faizləri vaxtı-vaxtında Cavidə çatdırmasını və bu işləri Cavidlə gördüyünü bildirmək istəsə də, artıq o nə Cavidi, nə onun adamlarını, nə də onu tanımadığını bildirərək çıxıb getmişdir. 2018-ci il mart ayının 25-də o, yenidən onun yaşadığı ünvanda, ona borclu olan X7, X8 yanında yenidən görüşərək o, sonuncuya bildirmişdir ki, o, sonuncunu heç tanımamışdır, bu işləri Cavidlə görmüşdür, lakin sonuncu ona bildirmişdir ki, «mən nə Cavidi, nə səni tanımaq belə istəmirəm, mənim bütün işlərimi aparan vəkilim var, lazım gəlsə qanun yolu ilə o sizi evdən çıxararaq bütün işləri görəcəkdir. Bir daha səni bir də görmək istəmirəm, bütün işlərimi qanunla mənim vəkilim tənzimləyəcəkdir». Çox təhqiramiz ifadələr işləməklə dönüb çıxıb getmişdir. 2018-ci ilin aprel ayının 10-12-si aralığında yaşadığı ərazi üzrə sahə müvəkkili və onun köməkçisi onu çağıraraq Tələbkar 22-ci PB-yə yazmış olduğu şikayətlə bağlı ondan izahat almışlar. Həmin ərizə ilə Tələbkar guya onların mənzilini 70.000 ABŞ dollarına aldığını, lakin müxtəlif bəhanələrlə həmin mənzildən onun və ailəsinin qeydiyyatdan çıxmadıqlarını, onu isə guya ölümlə təhdid etdiklərini bildirmişdir. Lakin bütün izahat və danışıqlardan sonra sahə müvəkkili Tələbkar zəng vuraraq məsələnin başqa cür olduğunu, burada rəisin və onun kömək edəcəyinin mümkünsüz olduğunu bildirərək, mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Təxminən bir neçə gündən sonra onun mobil nömrəsinə 055 846 91 86 nömrəsindən zəng gələrək özünü Tələbkar nümayəndəsi və vəkili olduğunu, Cavidlə bir yerdə olduqlarını və onunla görüşməyin vacib olduğunu bildirmişdir. O, sonuncularla Yasamal rayonu Cavid prospektində yerləşən Cavid parkındakı çayxanada görüşmüşdür. Özünü vəkil kimi təqdim edən və sonradan adını bildiyi X17 yanında ona bildirmişdir ki, «Tələbkar uzun müddətdir ki, vəkilidir və ona hüquqi yardım göstərir, sizin mənzillə bağlı alğı-satqı müqaviləsi mövcuddur, həmin mənzili Əfsər artıq öz adına rəsmiləşdirmişdir və ona görə də, sizin həmin mənzildən qeydiyyatdan və yaşadığınız ünvandan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün bu işləri mənə həvalə etmişdir». O, Tələbkar əvvəlcədən tanımadığını, həmin mənzilini Caviddən aldığı 30.000 ABŞ dolları sələm pulu müqabilində «girov» adı ilə «alğısatqı» etdiyini və vaxtı-vaxtında Cavidə faizlərini ödədiyini bildirmiş, Cavid də həqiqətən də onun yanında əsl həqiqətin belə olduğunu, lakin Əfsərin onun vasitəsi ilə başqa adamlara verdiyi sələm pullarını tam yığa bilmədiyini, ona görə də, Cavidlə onun arasında böyük mübahisənin yarandığını bildirdikdən sonra, Savalan Məmmədov Tələbkar ona vermiş olduğu etibarnaməni, yaşayış yerindən arayışı, onların mənzilə dair onun adına rəsmiləşdirilmiş çıxarışın surətini və Nəsimi rayon məhkəməsinin onların mənzildən çıxarılması barədə iddia ərizəsini ona göstərərək bildirmişdir ki, «əsl həqiqəti mən indi bildim, lakin Əfsər X1 tərəfindən etibarnamə əsasında sənə vermiş olduğu 30.000 ABŞ dolları sələm pulunu yaxın günlərdə qaytarmaqla, mən Əfsəri razı sala bilərəm. İlk növbədə evlə bağlı 30.000 ABŞ dolları Tələbkar verilməklə, Cavidə olan kredit borcunu 1- 2 il müddətinə hissə-hissə ödəmək lazımdır, Cavidin və eləcə də Əfsərin başqa-başqa rayonlarda sələm pulları ilə bağlı məhkəmə çəkişmələri var, mən onları da yoluna qoyduqdan sonra bütün məsələlər öz həllini tapacaqdır. İlk növbədə yaxın vaxtlarda 30.000 ABŞ dolları pulu mənə çatdır, Əfsərin adına olan mənzil «alğı-satqısı»nı isə sizin özünüzə qaytarmaq üçün Cavidin pulu da tam ödənildikdən sonra mən öz öhdəliyimə götürürəm, ancaq həmin alğı-satqının yenidən sənin həyat yoldaşının adına alğı-satqı edilməsi dövlət rüsumu ilə bağlı rüsum bir qədər artıq olacaq və həmin rüsumu sən özün ödəməlisən». Onlar belə razılaşdıqdan sonra o, sonuncuya yaxın günlərdə 30.000 ABŞ dolları çatdıracağını bildirmiş, sonuncu isə Cavidlə onun yanında Əfsərə zəng vuraraq onunla görüşdüyünü və bu yaxın günlərdə 30.000 ABŞ dolları pulu ondan alıb Əfsərə çatdıracağını bildirmiş və onun da pis adam olmadığını, bir-birilərini anlamadıqlarını demişdir. Bunun da əsl alğı-satqı deyil, sələm pulu ilə olduğunu ona bildirmişdir. O, çox narahat olduğuna görə işlə əlaqədar ona borclu olan Xaliq və Arazdan iki dəfəyə 50.000 manat pul götürərək Surxayla birlikdə 20 aprel 2018-ci il tarixdə yenidən X18 parkında yerləşən çayxanada Savalan Məmmədova məxsus olan boz rəngli «Jeep» maşınında 50.000 manat pulu Əfsərə çatdırılması üçün ona vermişdir. Sonuncu pulları saydıqdan sonra, dollar kursu ilə hesablayaraq, 29.411 ABŞ dolları etdiyini və 29.400 ABŞ dolları şəklində qəbul edərək, Əfsərə çatdıracağını bildirmiş və onlar maşından düşərək həmin çayxanada iltizam imzalamışlar. Mənzillə bağlı narahat olmamasını, danışdıqları kimi, Cavidə çatası olan 20.000 ABŞ dollarını ödəyib qurtardıqdan sonra Əfsərlə bağlı ev alğısatqısını həll edəcəyini bildirmişdir. Dəfələrlə 30.000 ABŞ dolları sələm puluna görə 2018ci ilin mart ayından Tələbkar ona, qohumlarına və başqa-başqa ümumi tanışlarına zəng vurub həmişə narahat edirdi, aprel ayından sonra 2018-ci ilin noyabr ayına qədər Əfsər onu, nə də ki, qohumlarını bir dəfə də olsun narahat etməmişdir və o da, bilirdi ki, ona çatmalı olan 30.000 ABŞ dolları vəkili tərəfindən ona ödənilmişdir. 2018-ci ilin may ayında o, Savalan Məmmədova zəng vurduqda sonuncuya zəng çatmadığı üçün o, Cavidin mobil nömrəsinə zəng vurmuşdur. Cavidin də nömrəsinə zəng çatmırdı. Sonradan, o, Savalan Məmmədovla birlikdə İranda olması barəsində WhatsApp vasitəsi ilə ona məlumat verərək hər şeyin öz qaydasında olduğunu, narahat olmamasını bildirmişdir. 2018-ci ilin noyabrdekabr ayında onların qeydiyyatda olduqları və yaşadıqları ünvana Nəsimi rayon Məhkəməsindən Tələbkar tərəfindən onların ailəliklə qeydiyyatdan və evdən çıxarılmaları barədə iddia ərizəsinin surəti göndərilmişdir. Dərhal o, Savalan Məmmədovun mobil nömrəsinə zəng vurmuş, sonuncunun nömrəsi bağlı olduğundan, Cavidə zəng vuraraq, məhkəmədən ona məktub gəldiyini, Savalan Məmmədova zəng çatmadığını bildirmişdir. Cavid ona bildirmişdir ki, Savalan Məmmədov iyun ayında vəfat edib, məhkəmə ilə bağlı onda heç bir məlumat yoxdur və narahatlığa da əsas ola bilməz. Məhkəmə prosesi zamanı Tələbkar bir dəfə də olsun məhkəmələrdə iştirak etməmiş, vəkili vasitəsi ilə guya ki, Cavidə verdiyi etibarnamə əsasında onlardan mənzil aldığını və həmin mənzildən çıxarılmaları barədə iddia qaldırmışdır. Məhkəmədə şahid qismində iştirak edən X3 təsir dairəsinə düşməklə müxtəlif şahid ifadələri verdiyini, onun yazmış olduğu alğı-satqıya dair əlavə razılaşmaya Nəsimi rayon məhkəməsi tərəfindən vizual baxış keçirilsə də, ona hüquqi qiymət verilməmiş və iş materiallarına əlavə edilməmişdir. İstər qarşılıqlı iddia ərizəsində, istərsə də, Bakı Apellyasiya Məhkəməsinə verdiyi ərizələrində o, Tələbkar çatası 30.000 ABŞ dollarının onun vəkili Savalan Məmmədova verdiyini bildirsə də, əsaslı sübutları olmadığına görə Bakı Apellyasiya Məhkəməsində X12 öz səmimi etirafı və sələmlə bağlı «alqı-satqı» etdiyini, bu məqsədlə müəyyən miqdarda ondan pul aldığını bildirmiş, lakin Savalan Məmmədovla onun arasında olan iltizam tapılmadığına görə bu hissəyə hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi hüquqi qiymətini alsa da, sonradan X2 Gündüz Savalan oğlu uzun müddət Rusiya Federasiyası Voronej şəhərində yaşaması ilə bağlı Bakıya gəldikdən sonra atasında məxsus Quba rayonunda olan bağ evindən bir çox sənədləri götürərək Cavidin vasitəsi ilə Əfsərə vermiş və həmin sənədlərin içərisində atası ilə onun arasında bağlanmış iltizamı ona təqdim etmişdir. O, həmin iltizamı Nəsimi rayon İcra və Probasiya şöbəsinin işçisinə təqdim etsə də, onlar həmin sənədləri ondan qəbul etmiş, lakin həmin borcdan çıxmamışlar. Onların mənzillərini hərraca çıxararaq həmin mənzilə 110.000 manat qiymət qoymaqla (baxmayaraq ki, həmin mənzilin dəyəri 200-220 min manat qiymətləndirilmiş, bu barədə Apellyasiya Məhkəməsi həmin qiyməti mübahisələndirməmişdir), bir neçə dəfə hərrac keçirərək 80.000 manata borc əvəzi Tələbkar protokolla təhvil vermişlər. Bu barədə qiymətləndirmə ilə bağlı Nəsimi rayon Məhkəməsində məhkəmə çəkişmələri gedir, iddianın təmin tədbiri barəsində qərardadla Nəsimi rayon məhkəməsi, eləcə də Apellyasiya Məhkəməsi həyat yoldaşı X9 adına olan mənzili Tələbkar və başqalarının adına rəsmiləşdirilməsi barəsində qərardadla qadağa qoymuşdur. 09 iyun 2020-ci il tarixdə onunla Cavid Seyidli arasında bağlanmış 24 aprel 2017-ci il tarixli 3M-227 reyestr kredit müqaviləsinin ləğvi barədə müqavilə imzalanaraq tərəfindən X13 olan 20.000 ABŞ dolları tam şəkildə ödənilmiş və onun sonunculara heç bir borcu qalmamışdır. Dəyəri 200-220 min manat olan mənzilini ələ keçirmək məqsədi ilə mərhum vəkili X6 ölümündən suiistifadə edən Tələbkar digər şəxslərlə sələmə verdiyi pul müqabilində məhkəmə çəkişmələrindən də görünür ki, Tələbkar verdiyi sələmin tam hissəsi və faizlərini aldıqdan sonra belə şantaj yollara əl atır (başqa şəxslərlə bağlanmış «alğı-satqı» müqavilələrini və eləcə də məhkəmə çəkişmələrini iddia ərizəsinə əlavə edir ki, bu barədə onun haqqında tam təsəvvür yaransın). Göstərilənlərə əsasən hesab edir ki, onun cavabdeh Tələbkar olan 30.000 ABŞ dolları məbləğində olan borcunun məhkəmə qaydasında ödənilmiş hesab edilməsinə dair qətnamə çıxarılmalıdır. İş üzrə digər cavabdeh olan Cavid Seyidliyə olan 20.000 ABŞ dolları dəyərində olan borcunun da ödənilməsinə dair qəbz vardır və iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində Tələbkar qeyd olunan şikayətlə bağlı etiraz təqdim etmiş və həmin etirazda göstərmişdir ki, o, Borclu tərəfindən 07 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış və 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyatdan keçmiş Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2(103)-895/2019 saylı icra sənədində göstərilmiş 50.000 ABŞ dolları məbləğində pulun ödənilmiş hesab edilməsi və icra işi üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi üçün vermiş olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, Borclu tərəfindən 07 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış və 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyatdan keçmiş Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2(103)-895/2019 saylı icra sənədində göstərilmiş 50.000 ABŞ dolları məbləğində pulun ödənilmiş hesab edilməsi və icra işi üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi üçün vermiş olduğu şikayət ərizəsini məhkəmənin qərarını icra etməmək üçün fikirləşib, qurduğu bir ssenari hesab edir və sonuncunun ərizəsində göstərdiyi halların reallıqla heç bir əlaqəsi olmadığını bildirir. Borclu hələ əvvəllər də yekun məhkəmə qərarları qəbul olunmamışdan əvvəl, analoji ssenariləri müxtəlif formalarda məhkəmələrdə işə mahiyyəti üzrə baxılan zamanlar müvafiq məhkəmələr qarşılarında dəfələrlə qaldırmış və həmin məsələlər məhkəmələr tərəfindən geniş araşdırılmış, lakin onların heç biri öz təsdiqlərini tapmamışlar. Nəticədə, borclunun bütün «sübutlarına» məhkəmələr tərəfindən düzgün, qanuni və obyektiv qiymətlər verilmişdir. Əslində isə nəticə etibarı ilə borclu bu hərəkətləri ilə öz borcunu ödəməmək üçün müxtəlif yollara əl atır və hər vasitə ilə borcunu ödəməkdən boyun qaçırmağa çalışır. Belə olan halda, borclu haqqında məhkəmə qərarlarını icra etməkdən boyun qaçırması ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən heç bir müvafiq tədbirlər görülmədiyindən, borclu müxtəlif vasitələrlə borcunu ödəməkdən nəinki qəsdən yayınır, eyni zamanda, borcunu ödəməkdən qəsdən yayınmasına bəraət qazandırmağa çalışır və borcunu ödəməkdən faktiki imtina edir. Bu səbəbdən, şikayətin rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icra məmuru X10 bildirmişdir ki, ona ödəniş edilməsi ilə bağlı heç bir qəbz verilməyib. 2019-cu ilin noyabr ayında iş onun icraatına verilib və iş onun icraatımda olarkən Cavid adlı şəxsə pul ödənilib. Bu ödənişi o, tələbkarın hesabına ödənilmiş kimi qeyd edə bilməzdi. Tərəflərə bildirmişdir ki, Cavid adlı şəxs işdə heç bir tərəfi təmsil etmədiyindən ona ödənilmiş pulu tələbkarın xeyrinə ödənilmiş kimi qəbul edə bilməz. Həmçinin bildirmişdir ki, pulu ödəyəcəksə bilavasitə tələbkarın hesabına ödəsin. Tələbkarın hesabına pulun ödənilməsi barədə qəbz olmasa onu qəbul edə bilməz. Əgər Borclu könüllü icra müddətində pulu ödəməsə tələb X9 müəlkiyyətində olan mənzilə yönəldiləcək. Bunu tərəflərə bildirmişdir. Tələbkar qeyd etmişdir ki, ona heç bir ödəniş olunmayıb. Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim S.Cəfərov, iş № 8(006)-271/2021) şikayət təmin edilməmişdir. Borclu narazı qalaraq həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadda formalaşdırdığı mövqe ilə razı deyil. Çünki, o, kassasiya şikayəti verə bilməzdi. Apellyasiya məhkəməsindən sonra Tələbkarlə razılaşmışlar və o, apellyasiya məhkəməsi gedişində borcdan 30.000 ABŞ dollarını ödəmiş, 20.000 ABŞ dolları borclu qalmışdır. Həmin borcu da qarşılıqlı razılaşma əsasında tələbkara ödəməli idi. Aralarındakı bu razılığa əsasən o, qətnamədən kassasiya şikayəti verməmişdir. Sonradan həmin 20.000 ABŞ dolları pulu da ödəmişdir. Lakin tələbkar şikayətindən əl çəkməmiş və borcun ödənilməsini tələb etmişdir. Əgər bilsə idi ki, tələbkar borcun ödənilməsini tələb edəcək, həmin pulları icra məmurunun vasitəsi ilə ödəyərdi. Bu səbəbdən, məhkəməyə icra qaydasında hazırkı şikayətlə müraciət etmişdir. Qeyd edilənlərə və qanunvericiliyin müvafiq normalarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il arixli 8(006)-271/2021 saylı qərardadının ləğv edilməsini, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin hərəkətsizliyindən verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir. Tələbkar məhkəməyə qeyd olunan şikayətlə bağlı etiraz təqdim etmiş və həmin etirazda göstərmişdir ki, o, Borclu tərəfindən 07 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış və 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyatdan keçmiş Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2(103)-895/2019 saylı icra sənədində göstərilmiş 50.000 ABŞ dolları məbləğində pulun ödənilmiş hesab edilməsi və icra işi üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi üçün vermiş olduğu şikayət ərizəsini məhkəmənin qərarını icra etməmək üçün fikirləşib, qurduğu bir ssenari hesab edir və sonuncunun ərizəsində göstərdiyi halların reallıqla heç bir əlaqəsi olmadığını bildirir. Borclu əvvəllər də yekun məhkəmə qərarları qəbul olunmamışdan əvvəl, analoji ssenariləri müxtəlif formalarda məhkəmələrdə işə mahiyyəti üzrə baxılan zaman müvafiq məhkəmələr qarşısında dəfələrlə qaldırmış və həmin məsələlər məhkəmələr tərəfindən geniş araşdırılmış, lakin onların heç biri öz təsdiqini tapmamışdır. Nəticədə, borclunun bütün «sübutlarına» məhkəmələr tərəfindən düzgün, qanuni və obyektiv qiymətlər verilmişdir. Əslində isə nəticə etibarı ilə borclu bu hərəkətləri ilə öz borcunu ödəməmək üçün müxtəlif yollara əl atır və hər vasitə ilə borcunu ödəməkdən boyun qaçırmağa çalışır. Belə olan halda, borclu haqqında məhkəmə qərarlarını icra etməkdən boyun qaçırması ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən heç bir müvafiq tədbirlər görülmədiyindən, borclu müxtəlif vasitələrlə borcunu ödəməkdən nəinki qəsdən yayınır, eyni zamanda, borcunu ödəməkdən qəsdən yayınmasına bəraət qazandırmağa çalışır və borcunu ödəməkdən faktiki imtina edir. Bu səbəbdən, şikayətin rədd olunmasını xahiş edir. Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, şikayət mahiyyət etibarı ilə icra məmurunun hərəkət və yaxud hərəkətsizliyindən deyil, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti xarakterlidir. Belə ki, borclunun istinad etdiyi hallara məhkəmə icraatı çərçivəsində araşdırılmaqla huquqi qiymət verilmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İş üzrə Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar