Məhkəmə qərarları › İş №8(103)-618/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-618/2021

01.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-618/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X1nun, Borclu nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(004)-469/2021 saylı qərardadından tələbkar Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1975/2014 saylı, 10.07.2014-cü il tarixli icra vərəqəsinə əsasən borclular Borclu və X2 müştərək qaydada 130000 manat məbləğində pul vəsaiti tutularaq, X1na ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradovun 03.08.2018- ci il tarixli qərarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. X1 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Borclu ona aid olan hissədə 65000 manat ödəmiş və ona görə də, ona qarşı heç bir tələbinin olmaması barədə ərizə yazmışdır. Lakin, borclu X3 tərəfindən ona düşən hissədə icra sənədinin icra edlməmişdir. Buna baxmayaraq, Yasamal rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradovun 03.08.2018-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam vermişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1975/2014 saylı, 10.07.2014-cü saylı icra sənədi tam icra edilməmiş və borclularnın icra sənədi üzrə hazırda 65000 manat borcu ödənilməmiş qalmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(004)- 469/2021saylı qərardadı ilə şikayətin təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1975/2014 saylı, 10.07.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Ramin Muradovun 03.08.2018-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(004)-469/2021saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət həmin məhkəmənin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, məhkəmə tərəfindən tələbkarın şikayət hüququnun bağlı olduğu və məhkəmənin ləğv etmək hüququnun bağlı olduğu 10 günlük müddətin ötürülməsi məsələsi araşdırılmamış, məsələyə hüquqi yanaşma qərardadda əks olunmamışdır. Məhkəmə qərardadda tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsini göstərir. Lakin Borclu məhkəmə iclası barədə hər hansı məlumat verilməmişdir. Tələbkar borcunun qalan hissəsinin Borclu tutulmasını istəmir və ona münasibətdə öz tələbindən imtina etdiyi halda, məhkəmə tərəfindən A.Əliyevin 03.08.2018-ci il tarixli ərizəsi araşdırılmamış, məsələyə münasibət bildirilməmişdir. Eyni zamanda, xitam qərarından şikayət müddətini ötürülmüş olduğu halda, məhkəmə şikayətmüddətini bərpa etmədən ərizəni icraata qəbul edərək xitam qərarını ləğv edir. Məhkəmə kollegiyasının iclasında Borclu nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X1 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Borclu X3 və Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası borclunun nümayəndəsini və tələbkarın izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(004)-469/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfındən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Göründüyü kimi, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmədən xitam verildiyindən və qalıq borc borcludan tələb edilərək icra hərəkətləri davam edilməli olduğundan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun 03.08.2018-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(004)- 469/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar