Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-62/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(007)-285/2020 saylı qərardadından borclu Quliyeva Könül Qafar qızı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quliyeva Könül Qafar qızı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-265/2020 saylı qəmaməsinin icrası ilə əlaqədar olaraq Nizami rayon İcra və Probasiya şöbəsinin icraata raşlama haqqında qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(007)- 285/2020 saylı qərardadı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-265/2020 saylı icra sənədi üzrə Bakı Şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin icraata başlama haqqında qərarının ləğv edilməsi barədə borclu Quliyeva Könül Qafar qızının verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Borclu Quliyeva Könül Qafar qızı şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-285/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, verilmiş şikayətin təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin 15.01 2020ci il tarixli, 2(103)-265/2020 saylı icra sənədi üzrə Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icraata başlama haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(008)-1951/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X1 və Quliyeva Könül Qafar qızından müştərək qaydada 37989,45 ABŞ dolları əsas borcun, 5007,67 ABŞ dolları faiz borcunun və 500 ABŞ dolları cərimə borcunun, cəmi 43497,12 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla) və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı 'xxxx” KB ASC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi “xxxx” KB ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş “Mercedes-Benz GL 550” minik markalı, buraxılışı 2013-cü il olan, **-GV-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, avtomobilin satışından əldə olunacaq məbləğdən 43497,12 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla hesablanmalı) “xxxx” KB ASC-nın xeyrinə ödənilməsi, ekspertiza xərci olan 50 manatın cavabdehlər X1 və Quliyeva Könül Qafar qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2(103)- 265/2020 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(008)-1951/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qaldığı üçün kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-4107/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı ıl tarixli 2(103)-265/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)- 4107/2020 saylı qərarı icra olunması üçün Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru Zaur Həmzəyev tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci ıl tarixli, 2(102)-4107/2020 saylı qərarı ilə aşağıdakı əsaslara görə razılaşmır. Belə kı, ipoteka predmeti olan əmlakın hazırda qiymətləndirilməsi düzgün aparılmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci ıl tarixli, 2(102)-4107/2020 saylı qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsi ilə bağlı şikayət ünvanlamaq qərarına gəlmişdir. Bu vəziyyətdə hesab edir ki, icra məmuru hazırkı icra sənədi üzrə hər hansı bir hərəkət edə bilməz. İcra məmuru isə icra sənədinin icrasında maraqlı olduğundan könüllü icra müddəti tamam olmamış tez bazar ipoteka predmeti olan avtomobilin müvafiq dayanacağa gətirilməsini tələb edir. Məhz bu səbəbdən də icra məmurunun qəbul etdiyi icraata başlamaq haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixli 8(007)- 285/2020 saylı qərardada əsasən şikayəti təmin edilməmişdir. Məhkəmə iclası bir dəfə təyin olunmuş və iştirak etməməyinin səbəbinin üzrlü olub-olmaması yoxlanılıb müəyyən edilmədən, iştirakının təmin edilməsi üçün hər hansı tədbir görülmədən işə baxılmışdır. Hansı ki, prosesin təyin edildiyi ərəfələrdə səhhətində bir az problem var idi, hazırda yayılmış koronavirusa yoluxma riskini nəzərə alaraq, məhkəməyə getməmişdi, ümid edirdi ki, məhkəmə iclası təxirə salınıb, bu barədə ona məlumat veriləcəkdir, lakin bu, baş vermədi. Həmin qərardadı rəsmi qaydada, poçt vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə əldə etmişdir. Qərardadla tanış olarkən müəyyən etmişdir ki, məhkəmə öz qərardadını aşağıdakı qaydada əsaslandırmışdır: -“Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Belə ki, işin hallarından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixli qətnamə qanuni qüvvəsini almış və iş icraya yönəldilmişdir. Nizami rayon icra və probasiya şöbəsində həmin iş üzrə icraata başlama haqqında qərar qəbul edilərkən “İcra haqqında” Azərbaycan Respublikası qanununun tələbləri pozulmamışdır”. Lakin qərardadda, şikayətinin hüquqi əsası ilə bağlı hala dair hər hansı münasibət bildirilməmiş, şikayətinin təmin edilməməli olması barədə qənaətə gəlinərkən, qeyd edilənlərin üzərindən sükutla keçilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 4107/2020 saylı qərarından digər cavabdeh (həyat yoldaşı) X2 tərəfindən əlavə kassasiya şikayəti verilmişdir, həmin şikayət xx.xx.2020- ci il tarixdə rəsmi olaraq verilmişdir. Buradan da görünür ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarı mübahisələndirilmiş, ondan şikayət verilmişdir. Belə ki, hesab edir ki, barəsində şikayət verilmiş xx.xx.2020-ci il tarixli qərar düzgün deyil, qərarın əsaslandırıcı hissəsi işin hallarına və qanunvericiliyin tələblərinə söykənməmişdir, iddiaçı tərəfin əsassız olaraq mənafeyi xeyrinə, cavabdehlərin isə hüquq və mənafelərinin pozulması ilə qəbul edilmişdir. Ona görə də Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməlidir. Əgər, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarından şikayət verilmişdirsə, onun əsasında verilmiş icra sənədi hüquqi əsası olmayan sənəddir, bu icra sənədi üzrə icraata başlanılması əsassızdır, ona görə bu barədə qərar ləğv edilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(007)-285/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və icra məmuru iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 7.1.4-cü maddəsinə əsasən, tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı icra sənədində göstərilir. Həmin qanunun 9.1-ci madəsinə əsasən, icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Həmin qanunun 9.2-ci madəsinə əsasən, icra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verir. Beləliklə, işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-4107/2020 saylı qərarı qanuni qüvvəsini almış və iş icraya yönəldilmişdir. Nizami rayon İcra və Probasiya şöbəsində həmin iş üzrə icraata başlama haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(007)-285/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-62/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-62/2021
09.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver