Məhkəmə qərarları › İş №8(103)-62/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-62/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-62/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-28/2025 saylı işi üzrə 21 yanvar 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Vüqar Qaralov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cu il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(006)-2413/2023-029 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları nəzərə alınmaqla) cavabdeh Borclu hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin dərhal təmin edilməsi müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Məlumat üçün bildirmişdir ki, Borclu mütəmadi olaraq ölkə hüdudlarını tərk edir və yenidən ölkəyə qayıdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu təqdimata etiraz təqdim edərək, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimata əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Aşağıdakı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda. Göründüyü kimi onun adında daşınar və daşınmaz əmlaklar olmasına baxmayaraq icra məmuru məhkəməyə təqdimat vermişdir. Bundan əlavə onun İXM 528.1- ci maddə ilə təqsirli bilinməsi də əsassızdır. Məhkəmə həmin qərarı yazılı formada təqdim edən kimi şikayət verəcəkdir. Bundan əlavə o, heç vaxt borcun icrasından yayınmamışdır. İşsiz olduğu müddət icra vərəqələri üzrə ödənişlər etmişdir. Üç icra vərəqəsi üzrə borc ödəyir. İcra məmuru və məhkəmə bu halı nəzərə almır. Ən əsası icra məmurunun ona hesabladığı borc məbləği həqiqəti əks etdirmir. Belə ki, dəfələrlə məhkəmə sual verdi ki, bu məbləğ necə hesablanıb, icra məmuru buna cavab verə bilməmişdir. Son olaraq da onu qeyd etmişdir ki, icra haqqında göstərilən məcburi icra təqbirlərinin ardıcıllığı mövcuddur ki, icra məmuru bu halı nəzərə almadan təqdimat vermişdir. Qeyd olunanlara əsasən verilmiş təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-28/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu-xx.xx.1978-ci ildə Bakı şəhəri Nəsimi şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)- 2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 17, 129; “ İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3, 84-1.1, 84-1.2; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinadən qeyd edilmişdir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun aliment borcu qalmışdır. tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları eyni zamanda alimentin borcunun yüksək məbləğ olmasını nəzərə almaqla, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: Borclu qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-28/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, təqdimatın təmin edilməməsi xahiş etmişdir. Şikayətdə Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimatın 2-ci bəndinə istinadən qeyd edilmişdir ki, icra məmuru 8 yanvarda könüllü icra barədə bildiriş vermiş, 9 yanvarda məhkəməyə müraciət etmişdir. Borclunun mülkiyyətində əmlak olması və icradan yayınmadığı nəzərə alınmamışdır. Həmçinin tələbkarın birgə nikah dövründə götürdüyü kreditə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə ödənişlər etdiyini nəzərə almamışdır. Məhkəmə son icra tədbiri kimi “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatı təmin edərkən təmin edilməli olan tələblə icra hərəkətinin bir-birinə mütənasib olub-olmamasını, icra məmurunun qərarı ilə borclunun əmlakına həbsin qoyulması üçün axtarış verilməsini, həmin qərarın icra məmuru tərəfindən hər hansı səbəbdən icra edilməməsinin səbəblərini araşdırmamış, borclunun alimentin məbləğinin mübahisələndirilməsi ilə bağlı icra məmuruna verdiyi izahatının olmasını nəzərə almamışdır. Belə olan halda, son icra tədbiri kimi “ölkədən getmək hüququnun məhdudlaşdırılması”nın tətbiqi hazırki halda yetərincə əsaslar olmadan borclunun vəziyyətinin ağırlaşması ilə nəticələnə və onun üçün lüzumsuz məhrumiyyətlər yarada bilər. Məhkəmə aliment borcunun məbləğini müəyyən etməmişdir. Bu barədə icra məmuru təqdimata sübutlar əlavə etməmişdir. Məhkəmə icra məmurunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(006)-129/2025 saylı qanuni qüvvəyə minməmiş qərarına istinad etmişdir. Həmin qərarda icra məmurunun izahatında qeyd edilmişdir ki, icra sənədi üzrə aliment borcu 12700 manat təşkil edir. Məhkəmə sübutlara istinad etmədən, mülahizələrə istinad etmişdir. Halbuki icra məmuru borc məbləğinin hesablanması üçün qanunla müəyyən edilmiş prosessual addımlar atmalı və buna dair sübutları icra işinə əlavə etməli idi. Məhkəmə müəyyən edir ki, “Elektron Məhkəmə” sistemində borclunun sərhədkeçmə məlumatlarına əsasən xx.xx.2025-ci il tarixdə Respublikanı tərk edərək Tbilisi şəhərinə çıxış etmişdir. Borclunun ölkəni tərk etməsi onun qətnamənin icrasından yayındığı mənasına gəlmir. Məhkəmənin bu mövqeyi tərəflərin bərabərlik prinsipinə ziddir. Qərardadın hər hansı cümləsində borcun nə qədər olması barədə borcun olması müəyyən edilmədən , iş üçün əhəmiyyəti olan halların sübut edilməmədən əsassız və qanunsuz nəticəyə gəlinmişdir. Təlimantın 2.5.2-ci bəndinə əsasən borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını icra məmuru araşdırır. Bu işdə qeyd edilən hal araşdırılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-28/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.3, 2.4, 2.6; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-26, 84-1.1; Mülki Prosesual Məcəllənin 231, 385-388, 395-400-cü maddələrinə əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin sübutedici əsası və aidiyyəti olmayan dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Mülki işin materiallarından görünür ki, borclunun ödənilməmiş aliment borcu var və tez-tez ölkə xaricinə gedir. Alimentin gecikdirilməsinin birbaşa uşaqların mənafeyinə təsir göstərməsi və məhkəmə qərarının icrası məcburiliyi nəzərə alınaraq kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığİnı, icra tədbirlərin ardıcıllığı və sair aidiyyəti olmayan dəlillərə münasibətdə isə borcluya öz pozuntusuna görə cavabdeh olduğu öhdəliklərin yerinə yetirilmək zəruriliyini, icra məmurun hərəkətlərindən narazı qaldığı təqdirdə isə onlardan şikayət vermək hüquqlarının mövcudluğunu diqqətə çatdırır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən: məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-28/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar