Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-629/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-823/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadından borclu İbrahimov Kamil Cəlil oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Borclu İbrahimov Kamil Cəlil oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli 2(011)-5478/2018 nömrəli icra sənədi ilə müəyyən edilmiş borcun hissə-hissə olmaqla icraya yönəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-823/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadına əsasən borclu İbrahimov Kamil Cəlil oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli 2(011)-5478/2018 nömrəli icra sənədi ilə müəyyən edilmiş borcun hissə-hissə olmaqla icraya yönəldilməsinə dair ərizəsi təmin edilməmişdir. Daha sonra borclu İbrahimov Kamil Cəlil oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli, 8(011)-823/2021 nömrəli şikayət verərək qəraradın ləğv edilməsini və məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-823/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-823/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi qətnamənin icrasına möhlət verilməsinə əsas ola biləcək hallara dair heç bir sübut təqdim etmədiyindən, habelə icra sənədinin borclunun təklif etdiyi şəkildə icra olunması açıq-aşkar tələbkarın mənafeyinə zidd olduğundan təmin oluna bilməz. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-823/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu İbrahimov Kamil Cəlil oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-823/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-629/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-629/2021
08.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver