Məhkəmə qərarları › İş №8(103)-63/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-63/2021

12.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-63/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi Tələbkarın nümayəndəsi X1 və borclunun qanuni təmilçisi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)-729/2020 nömrəli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-47/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar əmlaklarına yönəldilməsi üçün borclu "Borclu" MMC-yə məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)-729/2020 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardaddan narazı qalan Borclu MMC şikayət verərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 8(005)-729/2020 saylı.xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək Borclu MMC-nin mülkiyyətində olan 1) PİKAP MİTSUBİSHİ L 200 minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomaşın; 2) MİTSUBİSHİ L200 markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 3) MİTSUBİSHİ L200 markalı, 10- PL-770 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 4) MİTSUBİSHİ PAJERO minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə yeni Qərardad çıxarılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borc məbləğinin 120 557 (bir yüz iyirmi min beş yüz əlli yeddi) manat olmasına baxmayaraq icraçı tərəfindən təqdimatla təqribi 1 022 000 (bir milyon iyirmi iki min) manat dəyərində olan nəqliyyat vasitələri üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi icraçı tərəfindən İcra haqqında qanunun müddəaları xüsusilə “borclunun tələbin birinci növbədə hansı əmlaka yönəldilməsi barədə məlumatı icra məmuruna bildirmək”,həmçinin “icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi” hüququ kobud şəkildə pozularaq dəyəri borc məbləğindən qat-qat artıq olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimat məhkəməyə təqdim edilmişdir. Belə ki,yalnız minik maşınlarının üzərinə həbs qoyulması icra məbləğini təmin edir. Bununla da borcun onlara yönəldilməsilə qətnamə bütövlükdə icra edilə bilər. Bundan başqa icraçı tərəfindən böyük həcmdə nəqliyyat vasitələri və digər yardımçı nəqliyyat vasitələri üzərinə həbs qoyularaq satışa çıxarılması müəssisənin iflic vəziyyətinə salınmasına səbəb olacaqdır. Belə ki,müəssisə bir neçə layihədə sub-podrat işləri görməklə Füzuli-Şuşa yolunun bərpasında iştirak edir. Müəssisənin birbaşa fəaliyyətinə təsir edən nəqliyyat vasitələri üzərinə həbs qoyulması nəticəsində böyük əksər işçilər də işsiz qalacaqdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(005)-729/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclun qanuni təmsilçisi şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən tələbkarın nümayəndəsi 3 nəqliyyat vasitəsinin üzərində həbs saxlanılmaqla digərlərinin üzərindən götürülməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmçinin AR Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş üzrə tərəflərin qarşılıqlı razılığı əsasən MAN yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; MAN yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; və HOWO yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində həbs saxlanılmasına, digər nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsinə etiraz etmədiklərindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat qismən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Borclu MMC tərəfindən verilmiş şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)-729/2020 nömrəli qərardadı dəyişdirilməli, Bakı Şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)- 729/2020 nömrəli qərardadı dəyişdirilsin. Bakı Şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat qismən təmin edilsin. MAN yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; MAN yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı Özüboşaldan; və HOWO yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası Baş Dövlət Yol Polisinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar