Məhkəmə qərarları › İş №8(103)-63/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-63/2023

07.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-63/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərardadından X2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə kənar yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019-022 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1.114.703 manat məbləğində pul iddiaçı "Azinteroil” MMC-nin təsisçiləri X10 və X5 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Eyni zamanda icra sənədi barədə cavabdeh Borclu etibarnamə üzrə nümayəndəsi Vəkil1 məlumatlandırılmışdır. Məcburi icra tədbirləri nəticəsində icra sənədi üzrə tələbin 630.000 manatı Borclu əmlakına yönəldilmiş, lakin icra sənədi üzrə borcun qalıq məbləği 484.703 manat borclu tərəfindən tələbkara ödənilməmişdir. Hal-hazırda borclu ölkə hüdudlarından kənara çıxmışdır. Belə ki, tələbkar X11 şöbəyə ərizə ilə müraciət edərək Borclu "xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25%, "RiyadRenta" şirkətində nizamnamə kapitalındakı payı 25% və "xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25 % təşkil etdiyini və icra sənədi üzrə tələbin qalıq hissəsinin təmin edilməsi məqsədilə həmin payların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Borclu məxsus olan səhmlərin üzərinə həbs qoyulamsı barədə qərardad şıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu "xxxx" MMC-də Nizamnamə kapitalındakı 25% payına, "xxxx" şirkətində Nizamnamə kapitalındakı 25% payına və "xxxx" MMC-də Nizamnamə kapitalındakı 25 % payına həbs qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və işin təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus olan "xxxx" MMCnin nizamnamə kapitalındakı 25% payı, "xxxx" şirkətinin nizamnamə kapitalındakı 25% payı və "xxxx" MMC-nin nizamnamə kapitalındakı 25 % payının üzərinə həbs qoyulması barədə Nəsimi rayon icra şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi qərara alınmışdır. Daha sonra X2 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 8(006)- 248/2022 saylı qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadı ilə X5 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadından verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. X2 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə yenidən müraciət edərək xx.xx.2022-ci il tarixli, 8(006)- 248/2022 saylı qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-248/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)- 248/2022 saylı qərardadından X2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-429/2022 saylı qərardadı ilə, X2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, tələbkarın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı 31 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikаyətə bахılmаsı üçün 7 gün müddətində mülki işlə birlikdə Bаkı Аpеllyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 1.114.703 manat məbləğində pul tələbkar "xxxx" MMC-nin təsisçiləri X10 və X5 xeyrinə tutulmalıdır. Nəsimi rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli qərar və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim olunmuşdur. X2 Nəsimi rayon icra şöbəsinə ünvanlandığı xx.xx.2022-ci il taricli ərizədən görünür ki, o, icra sənədi üzrə tələbin qalıq hissəsinin təmin edilməsi məqsədilə Borclu "xxxx" MMC-nin nizamnamə kapitalındakı payı 25%, "xxxx" şirkətinin nizamnamə kapitalındakı payı 25% və "xxxx" MMC-nin nizamnamə kapitalındakı payı 25 % həmin payların üzərinə həbs qoyulmasını xahiş etmişdir. "xxxx" Şirkətinin nizamnaməsinin 1.3-cü bəndindən görünür ki, Borclu nizamnamə kapitalandakı 25% pay haqqı ilə həmin şirkətin təsisçisidir. "xxxx" MMC-nin nizamnaməsinin 2.2-ci bəndindən görünür ki, Borclu nizamnamə kapitalandakı 25% pay haqqı ilə həmin şirkətin təsisçisidir. "xxxx" MMC-nin nizamnaməsinin 6.3-cü bəndindən görünür ki, Borclu nizamnamə kapitalandakı 25% pay haqqı ilə həmin şirkətin təsisçisidir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-324/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 8(006)-193/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ləğv edilmiş və Borclu məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tblisi pr-ti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin müəyyən qisminin (Borclu aid hissədə), ünvan 2 ünvanında yerləşən “Mehriban” kafesinin müəyyən qisminin (Borclu aid hissədə) və Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ev 48A fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-5261/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, ərizə qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən, ümumilikdə 916,3 kv.m sahəyə malik əmlakın (“Mehriban” kafesi) üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-5261/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-5261/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən, ümumilikdə 916,3 kv.m sahəyə malik əmlakın (“Mehriban” kafesi) üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-5317/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, ərizə qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən sahəsi 916,3 kv.m olan qeyriyaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək cavabdeh Borclu istisna olmaqla digər cavabdehlər X12, X16, X7, X13, X6 və digər şəxslərə qadağan edilməsi, cavabdeh X8 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi, ev 15, 1 mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. JN-0722 saylı, 41017018 saylı kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Şamaxı rayonu Çuxurdyurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 8 ha torpaq sahəsi tikinti məqsədilə X19, X21, X14 və Borclu verilmişdir. 434/21 nömrəli, xx.xx.2021-ci il tarixli hərracın nəticələri haqqında yekun protokoluna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tblisi pr-ti., 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin Borclu aid olan 630 000 ( altı yüz otuz min) manata satılmış ¼ hissəsinin, ½ hissəsinin tələbkar X17, ½ hissəsinin isə tələbkar X1. "xxxx" MMC qiymətləndirmə xidmətinin şöbəyə ünvanladığı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”-a əsasən Borclu məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tblisi pr-ti., 1058 məhəllədə yerləşən torpaq sahəsinin üzərindəki əmlakın 60.000 manat (altmış min manat) dəyərində qiymətləndirilmişdir. Y-712/21 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında yekun protokoluna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tblisi pr-ti., 1058 məhəllədə yerləşən torpaq sahəsi üzərində yerləşən 3/8 hissəsi 60.000 (altmış min) manata X17 və X1. "Sərraf-M” MMC-nin 177/21 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Borclu məxsus ünvan 2 ünvanında yerləşən “Mehriban” kafesinin bugünkü günə bazar dəyəri 1.500.000 manat təşkil edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-cu maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanunun 45.1-ci, 45.2-ci və 45.6-cı maddələrinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Bu Qanunun 50.2-ci və 50.4.1-ci maddələrinin tələblərinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. İş materiallarından görünür ki, müvafiq icra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və xx.xx.2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun və tələbkarların icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilmədiyindən icra məmuru “borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi” növündə məcburi icra tədbirini həyata keçirmək üçün məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 324/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borcluya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin müəyyən qisminin (3 şəxsə aid olduğuna görə), ünvan 2 ünvanında yerləşən “Mehriban” kafesinin müəyyən qisminin (2 şəxsə aid olduğu üçün) və Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ev 48A fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. "Əmlak Ekspert Mərkəzi”nin ƏEM/Y 27-027/21 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə 630.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin Borclu aid hissəsi 434/21 nömrəli, xx.xx.2021-ci il tarixli hərracın nəticələri haqqında yekun protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən ½ hissədə tələbkar X17, ½ hissədə isə tələbkar X1. Həmçinin 60.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti, 1058 məhəllədə yerləşən torpaq sahəsinin 3/8 hissəsi Y-712/21 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında yekun protokoluna və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən X17 və X9 özgəninkiləşdirilmişdir. Təqdimatla Borclu "xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25%, "xxxx" şirkətində nizamnamə kapitalındakı payı 25% və "xxxx" MMC-də nizamnamə kapitalındakı payı 25 % təşkil etdiyini və icra sənədi üzrə tələbin qalıq hissəsinin təmin edilməsi məqsədilə həmin payların üzərinə həbs qoyulması xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik icra sənədinin icrası zamanı icra məmurunun üzərinə tələbin yönəldilməli olduğu əmlakların xüsusi ardıcıllığına riayət etmək vəzifəsini qoyur, həmçinin tələbin yönəldilməsinə yol verilməyən əmlakların dairəsini müəyyən edir. Əgər tələbin borclunun əmlakına yönəldilməsi barədə qanuni əsaslar varsa, icra məmuru bu barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, hazırkı icra sənədi üzrə Borclu məxsus bir neçə əmlakın ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (Borclu aid hissədə) və ünvan 7 ünvanında yerləşən “Mehriban” kafesinin (Borclu aid hissədə) üzərinə həbs qoyulmuşdur. Həmçinin, müəyyən edilir ki, həmin əmlaklardan biri - Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsi (Borclu aid hissədə) özgəninkiləşdirilmiş və əldə edilən vəsait borcun ödənilməsinə yönəldilmişdir. Lakin digər iki əmlakla bağlı hər hansı icra hərəkətlərinin aparılması iş materialları ilə müəyyən edilmir. Belə ki, Borclu məxsus ünvan 2 ünvanında yerləşən “Mehriban” kafesi "Sərraf-M” MMCnin 177/21 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən qiymətləndirilsə də, bu istiqamətdə hər hansı icra hərəkətlərinin aparılmasını müəyyən etmək mümkün olmamışdır. Tələbkarın nümayəndəsi və icra məmuru ünvan 7 ünvanında yerləşən “Mehriban” kafesinin üzərində (Borclu aid hissədə) həbsin mövcud olmasına və bu səbəbdən əmlak barəsində hər hansı icra tədbirinin həyata keçirilməsinin mümkün olmamasına dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-5261/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, “əmlakın üzərinə həbsin qoyulması” növündə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)- 5317/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadına əsasən isə ünvan 2 ünvanında yerləşən sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinə cavabdeh Borclu istisna olmaqla digər cavabdehlərə qadağa qoyulması qərara alınmışdır. Bu məhdudiyyət isə borclunun bu əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi növündə məcburi icra tədbirin görülməsini istisna edən hal kimi nəzərə alına bilməz. Həmçinin qeyd edilməlidir ki, "Sərraf-M” MMC-nin 177/21 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Borclu məxsus ünvan 2 ünvanında yerləşən “Mehriban” kafesinin bugünkü günə bazar dəyəri 1.500.000 manat təşkil edir və bu məbləğ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin təmin edilməmiş hissəsinin ödənilməsi üçün lazım olan məbləğdən də artıqdır. Məhkəmə kollegiyası tələbkarın istinad etdiyi Borclu məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində məhdudiyyətin mövcudluğu ilə əlaqədar isə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5537/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçı X4 cavabdeh Borclu qarşı “birgə nikah dövründə əldə olunmuş payların müəyyən edilməsi” tələbinə dair mülki işin baxılıb yekun qərar verilənədək sözügedən fərdi yaşayış evinin üzərinə həbs qoyulması və s. barədə Borclu ərizəsi rədd edilmiş, həmin evə dair digər müvəqqəti təminat tədbirlərinin və ya qətnamənin icrası üçün icra tədbirlərinin tətbiq edilməsi halı işdə olan sənədlərə əsasən öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, iş materiallarından icra məmuru tərəfindən yuxarıda qeyd edilən əmlaklardan başqa, borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının müəyyən edilməsi və həmin əmlaklara tutmanın yönəldilməsi ilə bağlı hər hansı tədbir görülməsi müəyyən edilmir. Halbuki borclu tərəfin qərardaddan verdiyi şikayətə əlavə edilən sənədlərdən görünür ki, onun mülkiyyətində müxtəlif daşınmaz və daşınar əmlaklar vardır (məsələn, JN-0722 saylı, 41017018 saylı kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Şamaxı rayonu Çuxurdyurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı qərarı ilə verilmiş 8 ha torpaq sahəsinin Borclu aid hissəsi; "xxxx" şirkəti, "xxxx" MMC və "xxxx" MMC-nin balansında olan əmlaklar). Lakin bu əmlaklara tutmanın yönəldilməsi imkanları icra məmuru tərəfindən araşdırılmamış, əgər həmin əmlaklara tutma yönəldilə bilməzsə, bunun səbəbləri müəyyən edilməmişdir. Halbuki Mülki Məcəllənin 94.1-ci maddəsinə əsasən iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Qanunun imperativ xaraket daşıyan bu müddəasının dispozisiya şərtindən göründüyü kimi, borclunun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına onun şəxsi borclarına görə tutmanın yönəldilməsi yalnız o halda mümkündür ki, onun mülkiyyətində borcun yönəldilə biləcəyi başqa əmlakları mövcud olmasın. Hazırkı işin hallarını və verilmiş təqdimatın dəlillərini bu normanın tələbləri baxımından təhlil etdikdə belə qənaətə gəlmək olur ki, Borclu "xxxx" MMC, "xxxx" şirkəti və "xxxx" MMC-nin nizamnamə kapitalındakı payına tutmanın yönəldilməsi yalnız o zaman mümkün ola bilər ki, onun borcuna görə tutmanın yönəldilə biləcəyi başqa əmlakları olmasın. Göründüyü kimi, icra məmuru borclunun başqa əmlakının onun icra sənədi üzrə borclarını ödəməyə kifayət edib-etmədiyi üzrə araşdırma aparmadan borcun məhdud məsuliyyətli cəmiyyətərin nizamnamə kapitalındakı payına yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Halbuki, borclunun tələbin yönəldilə biləcəyi əmlakının olub-olmadığını aşkar etmək, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə Nəsimi rayon icra şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən şikayət əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-248/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar