Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-630/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-44/2021 saylı işi üzrə 04 fevral 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi icraata 18.12.2020-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş və elektron portal çıxarışında qeyd edilmiş Borclu mülkiyyətində “VAZ 21060” minik markalı, 10 EU 36 dövlət nömrə nişanlı, “FORD Transit” yük markalı, ** CF *** dövlət nömrə nişanlı, “Hyundai Sonata” minik markalı, ** MN *** dövlət nömrə nişanlı və “Zil 43141” yük markalı, ** NT *** dövlət nömrə nişanlı avtomobillər aşkar edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1273/2020- 021 nömrəli, 04 dekabr 2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində “VAZ 21060” minik markalı, 10 EU 36 dövlət nömrə nişanlı, “FORD Transit” yük markalı, ** CF *** dövlət nömrə nişanlı, “Hyundai Sonata” minik markalı, ** MN *** dövlət nömrə nişanlı və “Zil 43141” yük markalı, ** NT *** dövlət nömrə nişanlı avtomobillərin üzərinə borcun həcmi miqdarında həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-44/2021 saylı işi üzrə 04 fevral 2021-ci il tarixli qərardadı ilə, təqdimatın qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(007)- 1273/2020 icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “FORD Transit” yük markalı, ** CF *** dövlət nömrə nişanlı avtomobılin üzərinə həbs qoyulması və təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardadda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 45.6, 50.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan görünür ki, Borclu mülkiyyətində "VAZ 21060” minik markalı, ** EU *** dövlət nömrə nişanlı, "FORD Transit” yük markalı, ** CF *** dövlət nömrə nişanlı, “Hyundai Sonata” minik markalı, ** MN *** dövlət nömrə nişanlı və “Zil 43141” yük markalı, ** NT *** dövlət nömrə nişanlı avtomobillər vardır. Borc məbləğinə münasibətdə qeyd olunan dörd maşının üzərinə həbs qoyulması tənasübsüz olardı. Belə olan halda, Borclu mülkiyyətində olan “FORD Transit” yük markalı, ** CF *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir . Borclu ərizə ilə mürcaiət edərək, ona məxsus ** CF *** dövlət qeydiyyat nişanlı Ford Tranzit - yük markalı və ** NT *** dövlət qeydiyyat nişanlı ZİL43141 Yük markalı avtomobilin üzərinə Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən, ** HU *** dövlət qeydiyyat nişanlı VAZ21060 minik markalı avtomobilin üzərinə isə, həm Bakı şəhəri Nizami rayon Məhkəməsi, həm də Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən qanunsuz olaraq həbs qovulmuşdur.Onun məhkəmə və icra orqanları qarşısında icra olunmamış heç bir öhdəliyi yoxdur, yeganə aliment öhdəliyini isə, vaxtlı-vaxlında icra edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-44/2021 saylı işi üzrə 05.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar özü tərəfindən qeyd edilən vərəqi məhkəməyə təqdim edərək, 2021-ci ilin yanvar ayında 100 manat, fevral ayında 100 manat, aprel ayında 100 manat, may ayında 70 manat, iyun ayında 80 manat, avqust ayında 60 və 50 manat, oktyabr 60 manat, noyabr ayında 50 manat olmaqla borclunun ödəniş etdiyini, hal-hazırda 300 manata qədər borcunun olduğunu bildirmiş və avtomobillər üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Borclu və Nizami rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26, 43 - 53; Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 26, 29, 33, 60, 71, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26, 43-50; Mülki Prosesual Məcəllənin 9,14,15, 76, 385, 387, 397.2, 399-cu maddələrinə istinadən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsası ilə şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-44/2021 saylı işi üzrə 04 fevral 2021-ci il tarixli qərardadı ləğv edilib, apellyasiya instansiya məhkəməsinin göstərişlərinin məcburiliyi haqqında mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq borcluya məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatın yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yenidən baxılan zaman şikayətin məzmunu üzrə onun mümkünlüyünə ilk növbədə, habelə qanunvericilik tələblərinin təmin edilməsi üzrə icra tədbirlərinin zəruriliyinə diqqət yetirilməli və məcburi icra tədbirlərinin həyata keçirilməsindən öncə borclunun borcu üzrə xəbərdar edilməsi və icra hərəkətlərinin ardıcıllığına riayət edilməklə məcburi icra tədbirlərinin borcun həcminə mütənasibliiyinə qiymət verilməlidir. Hazırki işdə məhkəmə məcburi icra tədbirlərinin zəruriliyinə mahiyyəti üzrə qiymət vermədən borcun müəyyən edilməsi və təqdimatın əsaslandırılması üzrə icra məmurunun vəzifələrinin həyata keçirməsinə qiymət verməmişdir.Qeyd edilənlərə əsasən icra məmurunun qanunvericiliyin tələblərinin pozulmaqla məcburi icra tədbirlərinin həyata keçirməsi üçün əsaslandırılmamış müraciəti müvafiq nəticəyə səbəb kimi təhlil edilməli, təqdimata isə baxılan zaman məhz məcburi icra tədbirlərinin zəruriliyi baxımından icra işi tələb edilməklə sübutlara mahiyyəti üzrə qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin 8(007)-44/2021 saylı işi üzrə 04 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək, təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №8(103)-630/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-630/2021
13.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver