Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-632/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X11 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, X1, Borclu, onun nümayəndəsi eyni zamanda vəkili X13, İcra məmuru Nümayəndə iştirakları ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-323/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadından Borclu və icra məmuru Nümayəndə Zəyralı oğlu tərəfindən ayrıayrılıqda verilmiş şikayətlərə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə Zəyralı oğlunun “icra sənədinin qaytarılması” barədə 07 sentyabr 2021-ci il tarixli qərarından məhkəməyə şikayət verərək, qeyd olunan qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə X5 apelyasiya şikayəti təmin edilib. Həmin iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli qətnaməsi uşaqların kimin yanında qalması və aliment tutulması hissəsində ləğv edilib.Həmin hissədə ilk iddia tələbi təmin edilib, qarşılıqlı iddia təmin olunmayıb. Nikah pozulduqdan sonra 26 fevral 2008-ci il təvəllüdlü X6 və 13 noyabr 2013- cü il təvəllüdlü X7 yaşamaq üçün X5 yanında saxlanılması,13 noyabr 2013-cü il təvəllüdlü X7 Borclu alınaraq atası X5 himayəsinə verilməsi qət edilib. Məhkəmənin sözügedən qətnaməsi qüvvəyə minib və icra edilməsi üçün Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilib. Lakin çox təəssüf hissi ilə bildirmək istəyir ki, məhkəmənin icra vərəqəsi indiyə kimi icra olunmayıb və 13 noyabr 2013-cü il təvəllüdlü X7 Borclu alınaraq ona verilməyib. Çünki, Borclu bütün vasitələrdən istifadə edərək icra məmurunun qanuni tələblərinə məhəl qoymur, uşağı gizlədir, məhkəmə qərarının icrasına maneə törədir və ən əsası dövlətin adından çıxarılan qərarın icrasın təmin etmir.Halbuki, uşaqın borcludan alınaraq tələbkara verilməsi ən əsası uşaqın mənafeyinə, sağlam inkişafına, sosial tərbiyəsinə, ictiami-fərdi əxlaqına uyqundur. Lakin uşaqın anası yüngül həyat tərzi keçirən, əxlaqdan uzaq olan, tərbiyəsiz həyat tərzi yaşayan şəxsdir. Qız uşağının belə bir şəxsdə hələ də qalması uşağın tərbiyəsinə böyük təsir edir.Basa düşə bilmir ki, qüvvəyə minmiş məhkəmə qətnaməsi nə üçün məcburi səkildə icra edilmir? Qız uşağının fahişənin yanında yaşamasına heç vaxt razı ola bilməz. Bir daha bildirmək istəyir ki, uşağın anası Borclu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək ictimai işlər cəzasına məhkum edilib. Onu da qeyd etmək istəyir ki, işə baxan Bakı Apellyasiya Məhkəməsi məhz yuxarıda qeyd edilən sübuta, bununla yanaşı iş materiallarında olan digər sübutlara da hüquqi qiymət verərək öz qətnaməsində qeyd edib ki, “Hazırkı işdə cavabdehin azyaşlı uşaqların tərbiyəsinə biganə münasibəti yuxarıda qeyd olunan sübutlarla təsdiq olunur. Uşaqların mənafeyi təkcə mənzildə onlara yemək-içmək verməklə, paltarlarını təmiz saxlamaqla məhdudlaşmır. Uşaqların mənafeyi, yəni onların cəmiyyətin kamil bir üzvü kimi yetişmələri onu tələb edir ki, onlar valideynləri ilə fəxr etsinlər, onlardan nümunə götürsünlər, valideynlərinin cəmiyyət içindəki nüfuzu, bir fərd kimi nümunəvi davranışı onlara böyüməyə, inkişaf etməyə cığır, yol olsun, stimul versin. Cavabdehin barəsində yayılan qeyd olunan məlumatlar uşaqlar üçün nümunə deyil, ancaq utanc ola bilər və uşaqların bu mənəvipsixoloji vəziyyəti necə keçirəcəkləri aydın deyil. Cavabdehin ortaya çıxan neqativ hərəkətləri azyaşlı uşaqlar üçün əlavə yükə çevrildi. Belə vəziyyət uşaqların cavabdehin yanında yaşamalarını istisna edir. Lakin, cavabdeh gələcəkdə uşaqları ilə ünsiyyətdə ola bilər, baş verənlərin bir səhv olmasını onlara sübut edə bilər. Onun belə imkanı hər bir halda saxlanılır və gələcəkdə uşaqların istəyindən asılı olaraq yaşayış yerinin dəyişməsi istisna deyir. Ən əsas və vacib məqam ondan ibarətdir ki, işə Nizami rayon Məhkəməsində baxılarkən hakim rəy verilməsi üçün işi Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərib, komissiyanın rəyinə əsasən uşaqların əxlaqsız ananın yanında saxlanması məqsədəmüvafiq hesab edilib. Məhz Bakı Apellyasiya Məhkəməsi Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının verdiyi rəyə tənqidi yanaşıb, məhkəmə 2(103)-1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsində həmin sübuta “Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini hazırkı mübahisənin həlli üçün mötəbər sübut kimi dəyərləndirmir” kimi qiymət verilib. Göründüyü kimi, Nizami rayon İcra Hakimiyyətinin xüsusi olaraq əvvəlki rəhbəri, Qəyyumluq və Himayəçilik Komissiyası bu məsələdə maraqlıdır və məhz əxlaqsız ananın maraqlarından çıxış edir, uşağın deyil ananın mənafeyinə uyğun rəy veririlər. Bir daha hesab edir ki, Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən psixoloji rəy verilib və rəydə bildirilib ki, uşağın ataya qaytarılması yanlış qərar ola bilər. Belə də özbaşınalıq olar? Dövlətin adından çıxarılan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə uşağın anadan alınıb ataya verilməsi yazılıb lakin hansısa bir qabaqcadan razılaşdırılmayan psixoloq rəy verir ki, yanlış qərar ola bilər. Demək psixoloq dövlətin adından çıxarılan məhkəmənin qərarın yanlış qərar adlandırır! Bəs harada qaldı qərarın məcburi icrası, harada qaldı dövlətin adından çıxarılan qərarın icrası! Onu da qeyd edir ki, tərəfindən Nizami rayon İcra şöbəsinə rəy verilməsi üçün Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsinə etiraz edilsə də, etiraza heç bir münasibət bildirilməyib.Etirazda bildirilmişir ki, açıq-aydın bəllidir ki, sözügedən komissiya yenidən ananın Borclu xeyrinə rəy verəcək! Çünki, Borclu, uşağın oxuduğu lakin qəsdən məktəbə aparmadığı, təhsildən yayındırdığı üçün məktəbin direktoruna bildirib ki, “Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası onun xeyrinə rəy verəcək, onun orada adamı var”.Bir daha göründüyü kimi, Rəy verilməmişdən artıq bəllidir ki, rəy tələbkarın ziyanına, uşağın ziyanına olacaq. Əgər rəy verilməsi üçün əsaslı zərurəti yaranmışdırsa, rəy verilməsi üçün Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə göndərilə və yalnız icra məmurunun iştirakı ilə müvafiq rəy verilə bilərdi. Ümumiyyətlə rəyin alınması absurddu, icra şöbəsinin işi icra vərəqəsinin icrasını təmin etməkdi, məhkəmə funksiyasını yerinə yetirmək deyil. Rəy almaq məhkəmənin isidir ki, məhkəmə də müvafiq rəyi alıb. Rəy verilməsi üçün Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət olunmalı olduğunu qeyd etmələrinə baxmayaraq icra məmuru bunu nəzərə almayıb. Nəhayət, Nizami rayon İcra şöbəsi Nizami rayon İcra Hakimiyyəti tərəfindən edilən qeyri-rəsmi təzyiqdən sonra, 07.09.2021-ci il tarixli qərarla icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qanunsuz qərar qəbul etdi. Aşağıda qeyd etdiyi əsaslara görə hesab edir ki, Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanovun 07 sentyabr 2021-ci il tarixli “icra sənədinin qaytarılması barədə” qərarı tamamilə qanunsuz və əsassız qərardır və ləğv edilməlidir. Belə ki, sözügedən qərar yeganə olaraq onunla əsaslandırılıb ki, “13.11.2013-cü il təvəllüdlü X12 ilə profilaktik söhbətlər aparılmasına baxmayaraq o, atasının himayəsinə verilməsinə qəti olaraq etiraz edib və bununla da icra vərəqəsinin icrası mümkün olmayıb. Əvvəla qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin qanunun 23.1.2-ci maddəsinə əsasən, borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda,qanunun 23.1.5-ci maddəsində isə, tələbkar öz hərəkətləri ilə icra sənədinin icrasına mane olduqda icra sənədinin icra sənədini verən məhkəməyə qaytarılması nəzərdə tutulub. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası qanununda hazırki iş üzrə icra sənədinin geri qaytarılmasını tənzimləyən norma mövcud deyildir və icra sənədi icra edilməlidir. Bu mənada Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanovun 07 sentyabr 2021-ci il tarixli “icra sənədinin qaytarılması barədə’’ qərarının heç bir hüquqi əsası yoxdur!. Daha sonra, mübahisələndirilən qərar “İcra haqqında” Azərbaycan Respublikası qanununun hansı maddəsinə əsasən geri qaytarıldığı qeyd edilməyib. Yalnız “İcra haqqında” Azərbaycan Respublikası qanununun 70.4-cü maddəsi qeyd edilib. Hesab edir ki, icra sənədinin geri qaytarılması “İcra haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsində qeyd edilib. Lakin həmin maddənin heç bir bəndində icranın mümkünsüz olduğunu göstərən konkret hallar qeyd edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-323/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə Zəyralı oğlunun “icra sənədinin qaytarılması” barədə 07 sentyabr 2021-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətin təmin olunması, həmin qərarın ləğv olunması və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan 8(007) 323/2021 iş üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar şikayət verərək, qərardadın ləğv edilməsi və ya iş mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 hüququ və müstəqil seçim hüququnu nəzərə alaraq, mübahisələndirilən icra sənədinin icrası mümkünsüzdür. İcra icraatı mərhələsində (aktlar, dindirilmələr, video görüntülər əlavə edilir) məlum oldu ki, X12 atasının anasına qarşı vaxtilə göstərdiyi şiddətlərini görmüş və bu səbəbdən atasına verilməsini qəti istəmir və məcburi olaraq qızının - X7 atasına verilməsi haqlı deyil. Bundan əlavə, 8(007)-323/2021 saylı, 27.10.2021-ci il tarixli Qərardadda onun cinayət məsuliyyətinə cəlb edilməsi göstərilib, lakin X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.2 maddələri üzrə təqsirkar bilinməyi əks olunmamışdır. Bundan başqa Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası X9 dinləyərək, ekspertiza keçirərək, haqlı rəy vermişdir. Məsələ ilə bağlı, məhkəmə iclasına müstəqil yox, qəsdən X3 dəvət edilmişdir. Bildirir ki, bu mütəxəssis qızının qeydiyyatda olmayan məktəbin mütəxəssisi olmuşdur. Qeyd olunan qərardaddan həmçinin icra məmuru Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin 07 sentyabr 2021-ci il tarixli qərarından göründüyü kimi həmin qərar şöbə rəisi Rəşad Hacıyev tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Bundan əlavə İcra Haqqında Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsində icra sənədinin məhkəməyə geri qaytarılması nəzərdə tutulmuşdur. Görülmüş icra tədbirlərinin nəticəsi olaraq İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə istinad edilməsinə lüzum olmadığından həmin maddəyə istinad edilməmişdir, lakin buna baxmayaraq məhkəmə tərəfindən mübahisələndirilən qərarda 23-cü maddənin hər hansı bir bəndinə istinad olunmadığı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu tərəfindən verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi eyni zamanda vəkili X19 tərəflərindən verilmiş şikayəti müdafiə edərək, əlavə olaraq bildirdi ki, icra məmuru tərəfindən icra hərəkətləri düzgün həyata keçirmiş və icra sənədini icra etmək mümkün olmadığından icra sənədi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru Nümayəndə Zəyralı oğlu tərəflərindən verilmiş şikayətin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, azyaşlı Aişə ilə dəfələrlə profilaktik tədbirlər görülsə də, azyaşlı uşaq atası ilə qalmaq istəmədiyini bildirmişdir. Bu barədə psixoloji rəy də əldə edilmişdir. Hesab edir ki, icra sənədinin icrası mümkün olmadığından icra vərəqəsinin geri qaytarılması barədə qərarın ləğv edilməsi əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən X2 şikayətlərə etiraz edərək, əlavə olaraq bildirdi ki, uşağı qaçırdıblar, həmçinin uşağa psixoloji təsir göstərilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, borclunun şikayəti təmin edilməməli, icra məmurunun şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməklə Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması” barədə 07 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməklə icra hərəkətləri davam etdirilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-1721/2020 saylı, 24.02.2020-ci il tarixli icra sənədinə əsasən 13.11.2013-cü il təvəllüdlü X21 qızının Borclu alınaraq atasının himayəsinə verilməlidir. Qeyd olunan icra sənədi 18.06.2020-ci il tarixd icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmiş və həmin tarixdə də icraata qəbul edilərək, məlumat üçün tərəflərə göndərilmişdir. Bakı Apellyasiya Məhkməsinin 2(103)-1721/2020 saylı, 24.02.2020-ci il tarixli icra vərəqəsi "İcra Haqqında Azərbaycan Respublikası" Qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmayan sənəd kimi 07.09.2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi “Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə Zəyralı oğlunun “icra sənədinin qaytarılması” barədə 07 sentyabr 2021-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayəti təmin edərək, həmin qərarın ləğv olunması və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan 8(007)- 323/2021 iş üzrə icra hərəkətləri davam etdirilməsi barədə nəticə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi icra sənədinin geri qaytarılması barədə qərarda qanunun 23-cü maddəsində nəzərdə tutulan 5 haldan heç olmasa birinə istinad olunmaması barədə birinci instansiya məhkəməsinin əsaslandırması yanlış olmuşdur. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göründüyü kimi qeyd olunan maddədə konkret olaraq icra sənədinin mümkün olmadığı halda icra məmuru tərəfindən icra sənədinin qaytarıla bilməsi təsbit edilmişdir ki, belə olan halda da məhkəmə kollegiyası hesab edir ki, icra məmuru hazırki iş üzrə icra sənədinin geri qaytarılması barədə tərtib etdiyi qərarında İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə istinad etməməsi qanun pozuntusu kimi qiymətləndirilməməlidir. Digər tərəfdən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında mübahisə olunan qərarın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunması barədə sübutlar mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırılması ilə də razılaşmır, belə ki iş materiallarından görünür ki, Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin 07 sentyabr 2021-ci il tarixli qərarı şöbə rəisi Rəşad Hacıyev tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qərardadı düzgün əsaslandırmadığından qərardad ləğv edilməklə iş üzrə yeni qərardad qəbul edilməli və tələbkarın şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəməyə dəvət edilən mütəxəssis - 250 saylı tam orta məktəbində psixoloq işləyən X10 göstərmişdir ki, o uşaqla ünsiyyətdə oldu, verdiyi suallardan və onun davranışından,cavablarından məlum oldu ki, uşağa ana tərəfindən təzyiqlər olunur,bunun əsasında ataya qarşı nifrət vardır. Uşağın ataya bu qədər nifrəti olmamalıdır, o, sağlam şəraitdə böyüməlidir. İcra mərhələsi zamanı isə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik ürə komissiyası tərəfindən verilmiş psixoloji rəydən görünür ki, 13.11.2013cü il təvəllüdlü Aişə Nəzərovanın hazırki psixo-emosional vəziyyəti nəzərə alınaraq eyni zamanda daha dəqiq nəticə əldə etmək üçün onun təkrarən psixoloji müayinədən keçirilməsi daha məqsədəuyğundur. Məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş rəylərin tədqiqi onu göstərir ki, 13.11.2013-cü il təvəllüdlü Aişə Nəzərovanın psixo-emosional vəziyyəti yerində olmamış, öz atasını istəməməsi təsir altunda olmuşdur, bu baxımdan da icra məmuru icra sənədi geri qaytarmaq əvəzinə yenidən psixoloji müayinələr aparılmalı idi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti təmin edilməməli, icra məmurunun şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməklə Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması” barədə 07 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməklə icra hərəkətləri davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151,153,363-264,267, 268, 308 və 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclunun şikayəti təmin edilməsin, icra məmurunun şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-323/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması” barədə 07 sentyabr 2021-ci il tarixli qərarı ləğv olunsun və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Fuad Talışinski Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-632/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-632/2021
08.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver