Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-64/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X3 tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)-739/2020 saylı qərardadından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə (şikayət) təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-3284/2018 saylı icra sənədi üzrə icraatın 2(005)-1898/2020 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər dayandırılmasının Nərimanov İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-3284/2018 saylı icra sənədi icra olunması üçün Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin mülki işlə bağlı X8 iddiaçı qismində “hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” MMC-nin hərracın yekunları barədə 45/01 saylı xx xxxxxxxx 2019-cu il tarixli protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(005)-1898/2020 nömrəli qətnaməsində qərara alınmışdır ki, X1 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC- yə qarşı (Nərimanov rayon İcra və Probasiya Şöbəsi X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1898/2020 saylı qətnaməsinin icra olunması üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndəriİmişdir. Həmin qətnamədə göstərilən hallar X1 hüquqlarını əhəmiyyətli şəkildə pozduğundan və reallıqda mövcud olanların qətnamədə təhrif olunmasından maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulmasından dolayı həmin qətnamə ilə bağlı apellyasiya şikayəti göndərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Baş İdarəsinə icraatın dayandırılması ilə bağlı xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət etsə də həmin müraciətə rəsmi cavab göndərilməmişdir. Dəfələrlə Nərimanov İcra və Probasiya Şöbəsinə icraatın dayandırılması barəsində müraciət etsə də, Nərimanov İcra və Probasiya Şöbəsi də öz növbəsində müraciətinə heç bir rəsmi cavab verməmişdir. Lakin icra məmuru müraciətə məsuliyyətli yanaşıb cavab vermədiyindən həmin icra məmuru haqqında şikayət vermək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)-739/2020 saylı qərardadı ilə X5 şikayət ərizəsi qismən təmin edilərək, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin üzərinə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)- 3284/2018 saylı icra sənədinin icrasının dayandırılması barədə X2 müraciətini cavablandırmaq öhdəliyi qoyulması, şikayətin qalan hissədə rədd olunması qərara alınmışdır. X3 tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)-739/2020 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov İcra və Probasiya Şöbəsinə icraatın dayandırılması barəsində müraciət etsə də, Nərimanov İcra və Probasiya Şöbəsi də öz növbəsində müraciətinə heç bir rəsmi cavab verməmişdir. X3, tələbkar X10 və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)- 739/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, icra işinə əlavə edilmiş Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-3284/2018 saylı icra sənədindən görünür ki, iddiaçı X10 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn 100.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc cavabdeh X4 iddiaçı X6 xeyrinə tutulmalı, tələb üzrə tutma cavabdeh X7 məxsus olan Bakı şəhəri, Ə.R.Rəcəbli küçəsi, ev 5A, mənzil 29-da yerləşən ümumi sahəsi 98,9 kv.metr, yaşayış sahəsi 57,8 kv.metr olan 3 otaqlı mənzilə yönəldilməli, onun ilkin satış qiyməti 250.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya borc tələbi ödənilməsi, mənzilin satışdan əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdeh X7 qaytarılması, Bakı şəhəri, Ə.R.Rəcəbli küçəsi, ev 5A, mənzil 29-da yerləşən ümumi sahəsi 98,9 kv.metr, yaşayış sahəsi 57,8 kv.metr olan 3 otaqlı mənzil açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixli 2(005)-1898/2020 nömrəli qətnaməsi ilə X1 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı (Nərimanov rayon İcra və Probasiya Şöbəsi, X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, hazırda mülki iş üzrə iddiaçı tərəfindən verilmiş apellasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-3284/2018 saylı icra sənədi üzrə X3 2(005)-1898/2020 mülki işə baxılana qədər 2(005)-3284/2018 saylı icra sənədinin icra üzrə icraatın dayandırılması üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş və məhkəməyə verdiyi şikayətində Nərimanov İcra və Probasiya Şöbəsinə dayandırma barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X9 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Qanunun 17.1.4-ci maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır; Qanunun 17.1.7-ci maddəsinə əsasən İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır; 21.1-ci maddəsinə əsasən Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır; Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Qeyd olunmalıdır ki, X14 Məhkəməsi özünün qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kollegiya qeyd edir ki, 2(005)-3284/2018 saylı icra sənədi üzrə X2 icra üzrə icraatın dayandırılması barədə etdiyi müraciətinə Nərimanov İcra və Probasiya Şöbəsinin rəsmi qaydada cavab verilməsi öhdəliyi olduğundan ərizə qismən təmin olunmalıdır. İcra sənədi üzrə icraatın dayandırılması üçün hər hansı hüquqi əsas və zərurət olubolmaması Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarı ilə müəyyən olunmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 21.1-ci maddəsinə görə, Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinə görə, Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinə görə, Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə görə, İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5-ci maddəsinə görə, İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6-cı maddəsinə görə, Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.7-ci maddəsinə görə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. 21.8-ci maddəsinə görə, dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda qeyd olunan qanunvericilik normasından görünür ki, icraatın dayandırılmasının məcburi olduğu və ya icraatın dayandırılmasının mümkün olduğu hallar üzrə qanunvericilikdə müəyyən olunmuş icraatın dayandırılması haqqında məsələyə baxılması qaydası müəyyən olunmuşdur. Şikayətə əlavə edilmiş X2 Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizəsi mövcuddur və borclu həmin müraciətə cavab verilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)- 739/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-64/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-64/2021
03.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver