Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-65/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-465/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən təqsirləndirilən şəxslər N.Ə.Kakayevlə Borclu müştərək qaydada onun xeyrinə vurulmuş ziyanın hesabına 34.800 manat pulun tutulması qeyd edilmişdir və icra sənədi icra edilməsi üçün Borclu aid hissədə Astara rayon İcra Qrupu tərəfindən Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Borclu tərəfindən xx xxxxxx 2012-ci il tarixdə ona ödənilməsi üçün 17.460 manat pul vəsaitini Bakı Apellyasiya Məhkəməsinin depozit hesabına yerləşdirmişdir. Həmin məbləğ onun tərəfindən qəbul edilmişdir, lakin qalan 17.400 manat məbləğ ödənilməmiş qalmışdır və icra sənədinin icrası tam həyata keçirilməmişdir. Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov xx xxxxxx 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə məsələyə baxaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli icra sənədinin icraatına Borclu aid hissədə xitam verilməsi barədə qərar çıxarmışdır. Həmin qərar tamamilə əsassızdır, qanunvericiliyin tələblərinin pozulması şəraitində çıxarılmışdır, bu səbəbdən də ləğv edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli icra vərəqəsində ona vurulmuş ziyanın müştərək qaydada ödənilməsi qərara alınmışdır və həmin məbləğin tam yarı hissəsinin Borclu və yarı hissəsinin N.Kakayev tərəfindən ödənilməsi qərar alınmamışdır və icra sənədi üzrə icraata yalnız həmin məbləğ tam şəkildə ödənildikdən və öhdəlik tam icra olunduqdan sonra xitam verilə bilər. İcra məmuru tərəfindən qeyd edilənlər nəzərə alınmamışdır və əsaslandırılmamış qərar çıxarılmışdır. Qərarın surəti ona göndərilməmiş, o bu yaxınlarda məlumat almış və qərarın surəti ona xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. İcraata xitam verilməsi barədə qərar artıq icra sənədinin icrasının həyata keçirilməsinə yol vermir və bu da onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(001)- 465/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 1(101)-95/2011 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi davam etdirilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(001)-465/2020 saylı qərardadından şikayət vərərək, həmin qərardadın ləğv edilməsini və ona aid hissədə icra üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(001)- 465/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ona qarşı çox ədalətsizdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin barəsində xx xxxxxx 2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ona aid hissədə dəyişdirilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş, ona üç il sınaq müddəti verilməklə cəzası şərti hesab edilmişdir. Yəni, bu o deməkdir ki, məhkəmə onun üzərinə düşən öhdəliyi ödədiyini, 17.400 manat pulu məhkəmənin depozit hesabına keçirdiyini əsas götürərək cəzasını yüngülləşdirmişdir. Ali Məhkəmə onun üzərinə düşən öhdəliyin icra etdiyini qəbul etmişdir. Ali Məhkəmənin xx xxx 2012-ci il tarixli qərarının üçüncü səhifəsində dördüncü abzasda birbaşa qeyd edilmişdir ki, “Borclu Bakı Apellyasiya Məhkəməsində törətdiyi əməli etiraf edərək, əməlindən peşman olduğunu bildirmiş və zərərçəkmişlərə dəymiş ziyandan qismən deyil, ümumilikdə 45.960 manatını müştərək ödəmədən azaltmışdır. Yəni Borclu zərərçəkmişlərə borclu olduğu pulun öz payına düşən hissəsini tam ödəmişdir”. Onun öhdəliyini tam ödədiyi Ali Məhkəmənin qərarında birbaşa göstərilmişdir. Vurulmuş ziyan ümumilikdə 34.800 manatdır, o, həmin ziyanın 17.460 manatını ödəmişdir, yəni üzərinə düşən öhdəliyi icra etmişdir. Məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 1(101)-95/2011 saylı icra sənədinin surətindən görünür ki, təqsirləndirilən şəxslər N.Ə.Kakayevlə Borclu müştərək qaydada zərərçəkmiş şəxs H.R.Ağamalıyevin xeyrinə vurulmuş ziyan hesabına 34.800 manat tutulmalıdır. Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Borclu tərəfindən icra sənədi üzrə 17.460 manat pul vəsaiti tələbkar X1na ödənildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2011 saylı, xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə icraata Borclu aid hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)- 465/2020 nömrəli qərardadı ilə X1nun Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(001)- 465/2020 nömrəli qərardadı ilə X1nun məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)- 465/2020 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(103)-492/2020 nömrəli qərardadı ilə X1nun şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)-465/2020 saylı qərardadı ləğv edilmiş və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən qərardadda apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməz. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2011 saylı, xx xxxx 2012-ci il tarixli icra sənədinə əsasən təqsirləndirilən şəxslər N.Ə.Kakayevlə Borclu müştərək qaydada zərərçəkmiş şəxs H.R.Ağamalıyevin xeyrinə vurulmuş ziyan hesabına 34.800 manat tutulmalıdır. İcra məmuru Bəxtiyar İsmayılovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Borclu tərəfindən icra sənədi üzrə 17.460 manat pul vəsaiti X1na ödənildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2011 saylı, xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə icraata Borclu aid hissədə xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, icra sənədində vurulmuş ziyanın borclulardan müştərək qaydada tutulması açıq-aydın göstərilmişdir. Yəni, ziyanın iki borcludan müştərək qaydada tutulması o demək deyil ki, onlarin hər biri həmin ziyanın yarısını ödəməlidirlər. Əgər bu cür qərar yoxdursa, demək onlardan biri də ziyanı tam ödəyə bilər və ödəməlidir. Ziyanı tam ödəmiş şəxs isə sonradan digər tərəfdən bunun əvəzini tələb edə bilər. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarından da görünür ki, icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməz. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-95/2011 saylı, xx xxxx 2012-ci il tarixli icra sənədinə əsasən təqsirləndirilən şəxslər N.Ə.Kakayevlə Borclu müştərək qaydada zərərçəkmiş' şəxs H.R.Ağamalıyevin xeyrinə vurulmuş ziyan hesabına 34.800 manat tutulmalıdır. İcra məmuru Bəxtiyar İsmayılovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020- ci il tarixli qərarından görünür ki, Borclu tərəfindən icra sənədi üzrə 17460 manat pul vəsaiti X1na ödənildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-95/2011 saylı, xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə icraata Borclu aid hissədə xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, icra sənədində vurulmuş ziyanın borclulardan müştərək qaydada tutulması açıq-aydın göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, ziyanın borclu şəxslərdən müştərək qaydada tutulması dedikdə, ödəniləcək məbləğin borcluların sayına görə onlar arasında bərabər şəkildə bölünərək hər birindən ayrı-ayrılıqda tutulmasını deyil, ümumi borc məbləğinin buna maddi vəsaiti olan borcludan (borclulardan) tutulması başa düşülür. Yəni, birgə borcluların birinin ümumi borc məbləğinin bir hissəsini ödəməsi onu həmin borcun digər hissəsini ödəmək vəzifəsindən azad etmir. Həmçinin, ziyanı tam ödəmiş şəxs sonradan digər tərəfdən bunun əvəzini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclu şəxs tərəfindən verilmiş şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(001)- 465/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-65/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-65/2021
08.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver