Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-655/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin iştirakı ilə, icra sənədi üzrə tələbkar X2 Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətindən şikayətə dair iş üzrə Yasamal Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qərardadından tələbkar X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İcra sənədi üzrə tələbkar X4 13.04.2021-ci il tarixdə şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 2(004)-539/2018 nömrəli icra vərəqəsi üzrə Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və məcburi icra tədbirlərinin davam etdirilmsi barədə qərar çıxarılmasını xahiş edib. Yasamal Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin. Tələbkar bu qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş edib. Şikayət təmin edilə bilməz. Belə ki, Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-539/2018 nömrəli mülki iş üzrə qəbul olunmuş 28.02.2018-ci il tarixli qətnaməyə görə borclu X1 63.524 ABŞ dolları məbləğində tutularaq tələbkar X3 verilməlidir. Qətnaməyə əsasən icra vərəqəsi verilib. Tələbkar icra məmurunun barəsində olan şikayəti onunla əsaslandırıb ki, icra məmurunun hərəkətsizliyi nəticəsində borclu tərəfindən tələbkara ödənilməli olan pul məbləği hələ də ödənilməyib, bu baxımdan icra orqanının hərəkətsiliyi qanunsuz sayılmalıdır. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Hazırkı işə baxılarkən müəyyən olunub ki, icra məmuru icra üçün zəruri olan hərəkətləri həyata keçirib. İcra məmurunun özü də məhkəmə iclaslarında iştirak edərək bu barədə izahat verib və lazımi sənədləri təqdim edib. İcra sənədinin icrası icra məmurundan asılı olmayan səbəblərə görə hələ ki, mümkün olmayıb. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-655/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-655/2021
24.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver