Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-66/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-593/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Asəm Əhmədov, Tələbkar MMC tərəfindən verilmiş şikayətlərin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-593/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Asəm Əhmədovun Borclu məxsus bağ evin üzərinə həbs qoyulması və tələbin göstərilən torpaq sahəsinə yönəldilməsi ilə bağlı verdiyi təqdimat təmin edilməmiş, icra məmuru Asəm Əhmədov, Tələbkar MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir (iş səh.37, 49). Məhkəmə Kollegiyası müəyyə etmişdir ki, xx.xx.2020 tarixdə sifarişli məktub göndərilsədə qərardadın tələbkara rəsmi qaydada göndərilməsi barədə xəbərnamə iş materiallarına əlavə edilməmiş, tələbkarın özünün təqdim etdiyi məhkəmə zərfində qəbul edilmə tarixi xx.xx.2020 göstərilmiş, apellyasiya şikayəti isə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən qərardad xx.xx.2020-ci il tarixdə alınmış, prosessual müddətin bərpasına dair ərizə təqdim edilmədən apellyasiya şikayəti xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir (iş səh. 34-35, 37, 45-46, 49). Bununla da, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Şərh olunanlara vəAzərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 263, 264, 268-269, 357, 360-366, 395-397,402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-593/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Asəm Əhmədov, Tələbkar MMC tərəfindən verilmiş apellyasiyalar qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-66/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-66/2021
26.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver