Məhkəmə qərarları › İş №8(103)-66/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-66/2023

07.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-66/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 8(007)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından tələbkar X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı X2 cavabdeh Tələbkar qarşı “əmlak tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-172/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.

3. Nizami Rayon Məhkəməsinin 8(007)-143/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə tələbkar X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı icra məmurunun hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-657/2021 saylı, xx.xx.2021- ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Bundan sonra xx.xx.2013-cü il tarixli qətnamə icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır.

6. Tələbkar X2 məhkəməyə şikayət ilə müraciət edərək, Maraqlı şəxs rəisi Rəşad Hacıyevin barəsində, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-172/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsini “icra etmədiyinə və icrasına maneçilik törətdiyinə görə əməllərində vəzifə cinayətləri olduğundan xüsusi qərar çıxarıb prokurora göndərilməsini” məhkəmədən xahiş etmişdir.

7. Nizami Rayon Məhkəməsinin 8(007)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir.

8. Tələbkarın həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-358/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tələbkar X2 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, tələbkar X1 hazırki şikayətinə məhkəmə icraatı qaydasında baxılıb-baxılmamasının mümkünülüyü məsələsinin araşdırılması üçün iş materiallarının Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Nizami Rayon Məhkəməsinin 8(007)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Tələbkar X1 Maraqlı şəxs rəisi Rəşad Hacıyevin barəsində, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 172/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsini “icra etmədiyinə və icrasına maneçilik törətdiyinə görə əməllərində vəzifə cinayətləri olduğundan xüsusi qərar çıxarıb prokurora göndərilməsi” barədə şikayəti geri qaytarılmışdır.

11. Tələbkar tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

14. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, CPM-in 46.1-ci maddəsinə əsasən ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.

16. Bu Məcəllənin 46.2-ci maddəsinə görə cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

17. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır.

18. Göstərilənlərə əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya hesab edir ki, tələbkar X1 Maraqlı şəxs rəisi Rəşad Hacıyevin barəsində, Nizami Rayon Məhkəməsinin 2(007)-172/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsini “icra etmədiyinə və icrasına maneçilik törətdiyinə görə əməllərində vəzifə cinayətləri olduğundan xüsusi qərar çıxarıb prokurora göndərilməsi” barədə şikayətinə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından məhkəmədə baxılmalı olmadığından, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

21. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 8(007)-181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar