Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-666/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-97/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-313/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-97/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icra sənədi üzrə Borclu məvburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan icra vərəqəsinə əsasən Borclu 30 yanvar 2018-ci il tarixdən başlayaraq, 29 sentyabr 2007-ci il təvəllüdlü X2 və 25 noyabr 2008-ci il təvəlludlu X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində aliment alinib Musaeva Aishenə ödənilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi 08.11.2019-cu il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etməmiş, xəbərdarlıqlara baxmayaraq qətnamədən şikayət etməsini və hər ay 150 manat alimentin ödədiyini bildirərək, icra şöbəsinə gəlməyərək, yaxın qohumları vasitəsi ilə şöbəyə qəbzləri təqdim etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-313/2021 saylı, 19 oktyabr 2021-ci il qərardadı ilə Borclu Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi, qərarın icrası Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəradad işin faktiki hallarına uyğun gəlməyən, araşdırılmamış, borclunun real imkanlarını və işin digər hallarını araşdırmadan çıxarılmış qərardaddır. O, artıq 4 ildir ki, uşaqlarını görmür. Amma imkanı daxilində məhkəmə tərəfindən uşaqlar üçün müəyyən olunmuş alimenti hər ay müəyyən qismdə ödəyir. Aliment ödəməkdən yayınmır. Eyni zamanda, o 26.02.2018-ci il tarixdən Nizami Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatdadır, bu günə kimi işlə təmin olunmamışdır. Eyni zamanda, sağlamlığında olan problemlərlə əlaqədar fiziki işləri görə bilmir, bel nahiyəsində "yırtıq” var, yüksək təzyiqi var. Bu səbəbdən iş tapıb işləməsi mümkün deyil. Ağır fiziki işlərdə işləməsi mümkün deyil. Amma, uşaqlar üçün kəsilmiş alimenti anasının pensiyasından qismən ödəyir, yəni alimentin ödənilməsindən imtina etməmişdir. Bildirdiyi kimi, 3 ildir işsiz kimi qeydiyyatdadır. Tələbkar uşaqları ona göstərməməklə- onun valideyn kimi hüququnu pozur. Gürcüstanda yaşadığı üçün uşaqlarla görüşmək imkanından onu məhrum etmişdir və hər iki övladı Azərbaycan vətəndaşıdır. O, işsiz və sağlamlığında problemlər olan borclu kimi hər ay aliment borcunu xeyli miqdarda ödəməsi, onun alimenti ödəməkdən imtina kimi qiymətləndirilə bilməz Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-313/2021saylı, 03 dekabr 2021-ci il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-97/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icrа sənədinə əsаsən, Borclu 30 yanvar 2018-ci il tarixdən başlayaraq, 29 sentyabr 2007-ci il təvəllüdlü X2 və 25 noyabr 2008-ci il təvəlludlu X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində aliment alinib Musaeva Aishenə ödənilməlidir. İcra məmurunun 08.11.2019-cu il tarixli qərarına əsasən həmin icra sənədi üzrə icraata başlanılmış və qərarın surəti Borclu 25.11.2019-cu mil tarixdə təqdim edilərək borclu, icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.3-cü maddəsunə məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Mətnindən göründüyü kimi bu normanın tətbiqi üçün əsas, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-313/2021saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-666/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-666/2021
29.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver