Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-681/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimovadan və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Borclu MMC şikayət verərək, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixdə tərtib etdiyi aktın «Sözügedən icra işi ilə bağlı Borclu MMC-nin yerləşdiyi Bakı-Qazax Şossesi 27 ünvanda Tələbkar yerləşdirildiyi iş otağına baxış keçirilərkən ona əmək fəaliyyətini və əmək funksiyalarını həyata keçirmək üçün lazımi sənədlərin verilməməsi və əmək fəaliyyətini həyata keçirmək üçün lazımi şəraitin yaradılmaması müəyyən edildi» hissəsinin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2796/2023 saylı icra sənədi Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1 icraatındadır. Həmin iş üzrə xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən Tələbkar yerləşdiyi iş otağına baxış keçirilmiş və eyni tarixli akt qəbul edilmişdir. Nəzərə çatdırırlar ki, icra məmuru tələbkarın iş yerinə və əmək şəraitinə baxış keçirərkən işə qərəzli yanaşaraq birtərəfli qaydada akt qəbul etmiş və tələbkarın əmək funksiyalarını həyata keçirmək üçün lazımi sənədlərin verilməməsi, əmək fəaliyyətini həyata keçirmək üçün lazımi şəraitin yaradılmamasını qeyd etmişdir. Belə ki, Borclu MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2796/2023 saylı qətnaməsində qeyd edildiyi kimi Tələbkar əmək fəaliyyətini həyata keçirmək üçün Borclu MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanda yerləşən inzibati binasında təmirli iş otağı ilə təmin edilmişdir. Həmçinin tələbkarın iş otağında əmək funksiyalarını lazımi qaydada həyata keçirə bilməsi üçün kompüter, iş masası, miz, dolab, dəftərxana ləvazimatları ilə təmin edilmiş və "xxxx" MMC tərəfindən tələbkar üçün əmək funksiyalarını yerinə yetirə bilməsi üçün lazımi şərait yaradılmışdır. Bundan başqa, qeyd edilmişdir ki, icra məmuru tələbkarın yerləşdiyi iş otağına baxış keçirərkən özü Tələbkar üçün əmək funksiyalarını yerinə yetirə bilsin deyə təmin edilmiş kompüter qarşısında əyləşərək aktı tərtib etmiş və tələbkara verilmiş dəftərxana ləvazimatlarından istifadə etmişdir. Göstərilənlərdən aydındır ki, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X3 hazırki işə birtərəfli və qərəzli yanaşmış, qanunvericiliyin tələblərini kobud surətdə pozaraq birtərəfli akt tərtib etmişdir. Borclu MMC xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən şikayətin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixli aktın tərtibi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadı ilə Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilmiş; Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X2 xx.xx.2025-ci il tarixli aktın tərtibi ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. Tələbkar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)- 481/2025 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, faktiki olaraq icra məmuru həmin akta istinad edərək hər hansı bir qərar qəbul etməmişdir. İcra məmuru qanuna müvafiq olaraq hərəkət edərək işə bərpa zamanı həyata keçirilən hərəkətkəri etmiş və tələbkarın qətnamə üzrə qeyd ediən inzibati binada yerləşdirilib-yerləşdirilməməsi, “İcra haqqında” Qanunun 70.2-ci maddəsinə əsasən işə bərpa etmək haqqında icra sənədinin dərhal icra edilib-edilməməsi, qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirib-yetirməməsinin müəyyən edilməsi icra məmurunun bir başa vəzifəsidir. Və həyata keçirdiyi hərəkətlər qanuna uyğundur. Heç bir qanuna zidd hərəkəti yoxdur. Faktiki borclu şikayət verməklə “İcra haqqında” Qanunun tələblərindən narazıdır. Faktiki olaraq bu şikayətlə borclu icra məmurunun öz qanuni vəzifə borcunu həyata keçirməsindən şikayət edir. Məhkəmə, icra məmurunun qərardadın nəticə hissəsində tələbkarın əmək funksiyasının bərpa edilib-edilməmsi ilə bağlı aktın tərtib edilməsi ilə bağlı hərəkətlərini qanunsuz hesab etmişdir. İcra məmuru istənilən halda akt tərtib etməli idi. Borclu xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əlavə 1-də göstərilən və yuxarıda qeyd edilən funksiyaların heç birini həyata keçirməsinə şərait yaratmamışdır. Məhkəmə qəradad qəbul edərkən Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə istinad etmişdir ki, hazırki şikayətin həmin maddə ilə əlaqəsi belə yoxdur. İlk olaraq qeyd etmək istəyir ki, Mülki Prosessual Məcəllənin 231-ci maddəsində tərəflərin şikayət ərizəsi ilə məhkəməyə müraciət etmələri nəzərdə tutulmamışdır. Azərbaycan Reespublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində işdə iştirak edən şəxslərin ərizəsi, 231.2-ci maddəsində isə icra məmurunun təqdimatla məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur. MPMnin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Eyni zamanda qeyd etmək istəyir ki, MPM-nin 231.1-ci maddəsinin tələbləri üzrə işə baxmış hakimin hüquqları nəzərdə tutulmuşdur ki, hazırki işdə işə baxmış hakim Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi olmuşdur. Hətta borclu MPM-nin 231.1-ci maddənin tələblərinə uyğun ərizə vermiş olsaydı belə adı çəkilən maddənin tətbiqi zamanı ərazi aidiyyəti Bakı şəhəri Yasamal rayon Məhkəməsi ola bilərdi. Bakı şəhəri Qaradağ rayon Məhkəsinin Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin tələblərini rəhbər tutub qərardad qəbul etməsi qanuna ziddir. Hesab edir ki, hazırki şikayət üzrə qəbul edilmiş qərardad qanunsuzdur və ləğv edilməlidir. Qeyd etmək istəyirəm ki borclu tərəfindən verilən şikayət ərizəsi Mülki Prosessual Məcəllənin 231-ci maddəsində nəzərdə tutulan hallarla uyğun deyildir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmurunun icraata xitam verilmədiyi halda məhkəmənin “İcra haqqında” Qanunun 20-ci maddəsini rəhbər tutaraq qərardad qəbul etməsi müəmmalıdır. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “İcra haqqında” Qanunun tələblərinə əsasən icra məmurunun icraata xitam verilməsi barədə qərarından şikayət nəzərdə tutulmuşdur ki, həmin qərarın məhkəmə tərəfindən ləğvi icra məmurunun sonrakı hərəkətlərinin davam etdirilməsini nəzərdə tutur. Lakin hal-hazırkı məhkəmə qərardadı ilə icra məmurunun hərəkətlərinin nəinki davam etdirməsini zəruri hesab edir, əksinə qəbul edilmiş qərardadla icra məmurunun qanunun tələblərinə uyğun hərəkətlərini qanunsuz hesab edir. Dolayısı ilə icra məmuruna vəzifə borcunu yerinə yetirməsinə maneə törədir. Şikayət ərizəsinə qoşma edilən e-məhkəmə sistemindən çıxarışdan göründüyü kimi 6 məhkəmə iclası keçirilmiş, lakin son məhkəmə iclasında tələbin dəyişdirilmişdir, bu isə qanuna uyğun deyildir. Hüquqi şəxs tərəfindən borclunun nümayəndəsinə verilmiş etibarnamədə tələbin dəyişdirilməsi səlahiyyəti olmadığı halda məhkəmə bunu nəzərə almadan tələbin dəyişdirilməsi barədə ərizəni icraata qəbul edərək qanunu kobud şəkildə pozmuşdur. Məhkəmə qeyd etmişdir ki güya “Outlook” internet proqramı kompüterdə təchiz edilmişdir. Lakin kadrlar şöbəsinin müdiri E-gov.az, İSB.az, esocial.gov.az, DMA.gov.az bu kimi elektron dövlət portallarına daxil olma səlahiyyətləri verilməli olduğu halda bunların heç biri ilə təmin və təchiz edilməmişdir. Məhkəmə bu halı araşdırmamışdır. Eyni zamanda müəssisənin istifadə olunan xüsusi serverə də girişi təmin edilməmişdir. Məhkəmə yerli baxış keçirərkən bu halları müəyyən etsə də öz qərardadında bu hala münasibət bildirməmişdir. Halbuki məhkəmə ilk dəfə yerində baxış keçirərkən tələbkarın iş otağı kimi yerləşdirildiyi otaqda nə telefon, nə internet, nə də kadrların uçot səndləri yox idi. Bü günə qədər kadrların uçot sənədləri hələ də tələbkara təhvil verilməmişdir. Lakin məhkəmə bu halları aydınlaşdırararq münasibət bildirməmişdir. Məhkəmə qərardaddın əsaslandırıcı hissədə qeyd etmişdir ki, tələbkar bir tərəfdən icra məmurunun tərtib etdiyi aktın ləğv edilməsinə razı olmadığını digər tərəfdən isə akta qeyd edilən otaqda deyil, icra sənədində ünvanı qeyd edilən binada istənilən otaqdan birində iş yeri ilə təmin edilməsinin zəruri olduğunu bildirir. Bu halın təzadlı olmaqla tələbkarın öz mənafeini tələb edən məsələlərdə qeyrimüəyyənlik nümayiş etdirdiyini (həm başqa otaqda işlə təmin olunmaq istədiyini, həm də hazırda yerləşdirildiyi otaqda əmək fəaliyyətinin həyata keçirilməsi üçün şəraitin yaradılmasını istədiyini bildirir) göstərir. Hakimin bu fikri tamamilə doğru deyil, tələbkar heç zaman hazırda yerləşdirildiyi binada fəaliyyət göstərməsinə razı olmamışdır. Borclu, tələbkarı məhkəmə qətnaməsi ilə göstərilən binaya buraxmamış və o da iş buraxmamaq üçün məcburən onların göstəridiyi binada oturmuşdur və məhkəməyə bildirmişdir ki, borclu onu nəinki qətnamədə göstərilən binada yerləşdirməyib, hətta məhkəmə qətnaməsinə zidd olaraq yerləşdirdiyi binada belə əmək funksiyalarının həyata keçirməsinə qərəzli şəkildə heç bir şərait yaratmamışdır. Tələbkar bununla məhkəmənin nəzərinə həmin binada oturmaq niyyətinin oduğunu deyil, borclunun heç bir vəchlə ona əmək funksiyalarını həyata keçirməsinə şərait yaratmayıb. Lakin hakim bunu təzadlı hesab edərək səhv qənaətə gəlmişdir. Hakim ona əmək haqqı ödənildiyini əsas gətirərək onun işlədiyini bildirsə də, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “İcra haqqında” Qanunun 70.2-ci maddəsinə əsasən işə bərpa işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra edilmiş sayılır. Lakin icra məmurunun aktından da görünür ki, öz vəzifələrini yerinə yetirmək üçün tələbkara icazə verilmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadından verilmiş şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Borclu MMC tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə şikayətə etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2796/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclunə qarşı işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Borclu əmək müqaviləsinə xitam verilməsi haqqında 11 may 2023-cü il tarixli 203/k əmri ləğv edilməsi, Tələbkar kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməsi barədə irəli gələn əmr və digər aktları etibarsız hesab edilməsi, Tələbkar “Avanqard N" MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında əmək fəaliyyəti bərpa olunması və onun iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməsi, Tələbkar hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi "xxxx" MMC-yə həvalə edilməsi, "xxxx" MMC–dən mənəvi zərərə görə 3 000 (üç min) manat tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar icra vərəqəsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. "xxxx" MMC tərəfindən icra vərəqəsi könüllü olaraq tam şəkildə icra edilərək, Tələbkar əmək müqaviləsinə xitam verilməsi haqqında 11 may 2023-cü il tarixli 203/k əmri ləğv edilmiş, Tələbkar kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş, Tələbkar “Avanqard N" MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında əmək fəaliyyəti bərpa olunmuş və onun iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilmiş, Tələbkar hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilmiş və "xxxx" MMC–dən mənəvi zərərə görə 3 000 (üç min) manat tutularaq Tələbkar ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2796/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi "xxxx" MMC tərəfindən tam icra edilməsinə baxmayaraq, Tələbkar əsassız şikayətlərinə davam etmiş, icra məmuru isə düzgün araşdırma aparmadan, işə qərəzli yanaşaraq birtərəfli qaydada xx.xx.2025-ci il tarixində qanunsuz və əsassız akt tərtib etmişdir. Daha sonra həmin akt Avanqard N” MMC tərəfindən mübahisələndirilərək Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixdə tərtib etdiyi aktın «Sözügedən icra işi ilə bağlı Borclu MMC-nin yerləşdiyi Bakı-Qazax Şossesi 27 ünvanda Tələbkar yerləşdirildiyi iş otağına baxış keçirilərkən ona əmək fəaliyyətini və əmək funksiyalarını həyata keçirmək üçün lazımi sənədlərin verilməməsi və əmək fəaliyyətini həyata keçirmək üçün lazımi şəraitin yaradılmaması müəyyən edildi» hissəsinin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadı ilə Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X2 xx.xx.2025-ci il tarixli aktın tərtibi ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. Tələbkar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)- 481/2025 saylı qərardadından verilmiş şikayətinə münasibət olaraq bildirir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2796/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi üzrə bütün öhdəliklər yerinə yetirildiyindən Tələbkar şikayəti əsassızdır. Hesab edir ki, Tələbkar şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-481/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Tələbkar şikayətində iddia edir ki, guya “qətnamə formal şəkildə icra olunmuşdur” və “əmək funksiyalarının icrası üçün şərait yaradılmamışdır”. Lakin iş materialları, icra sənədinin faktiki icrası barədə sənədlər, əmək müqaviləsinə xitamın ləğvi, vəzifəyə bərpa barədə əmr və digər ödənişlərin tam yerinə yetirilməsi bir daha sübut edir ki, qətnamə tələbləri "xxxx" MMC tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-481/2025 saylı qərardadından da göründüyü kimi məhkəmə tərəfindən Tələbkar yerləşdirildiyi otağa tərəflərin iştirakı ilə tələbkarın hazırda əmək fəaliyyətini icra etdiyi otağa xx.xx.2025-ci il tarixdə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, tələbkar daxili telefonla təmin edilmişdir, telefon işlək vəziyyətdədir. Şəbəkə üzərindən yazışmalar və əlaqə saxlamaq üçün müvafiq proqram təminatı aktivləşdirilmişdir. Rəhbərlik tərəfindən tələbkara müvafiq tapşırıqlar proqram təminatı vasitəsi ilə verilir. Tələbkar həmin proqram təminatı vasitəsi ilə zəruri sənədləri tələb edə bilir. Əmək fəaliyyətinin icra edilməsi üçün yuxarıda sadalanan əmək şəraiti ilə təmin olunub. Qeyd olunan hallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2796/2023 saylı qətnaməsinin icrasının “formal” deyil, tam, faktiki və mahiyyət üzrə icra olunduğunu bir daha sübut edir. Hazırda tələbkar faktiki olaraq işləyir, ona əmək haqqı ödənilir, hazırda yerləşdirildiyi otaqda fəaliyyət göstərmək üçün ofis mebeli, kompüter mövcud olmaqla, kompüter şəbəkəyə qoşulmuş, otaq daxili telefonla təchiz edilmiş, kompüterdə müvafiq proqram təminatı aktiv edilmişdir və həmin proqram təminatından istifadə olunmaqla yazışmalar aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən Tələbkar şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-481/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tələbkar nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə şikayətə əlavə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materialına diqqətlə baxılsa görünər ki borclunun şikayəti icra məmurunun xx.xx.2025-ci il tarxdə tərtib etdiyi aktın bir hissəsindəndir. Hətta bu borclunun öz ərizəsinin əsasını təşkil edir. Yəni şikayətdə qeyd edilmidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 2796/2023 saylı icra sənədi Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1 icraatındadır. Həmin iş üzrə xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən Tələbkar yerləşdiyi iş otağına baxış keçirilmiş və eyni tarixli akt qəbul edilmişdir. Qaradağ Rayon Məhkəməsinin qərardadında isə icra murunun hərəkətlərinə qiymət verilərkən icra məmurunun hərəkətlərindən düz bir ay sonra xx.xx.2025-ci il tarixdə qoşulmuş internet şəbəkəsinə münasibət göstərərək qeyd etmişdir ki icra məmuru qanunsuz olaraq akt tərtib etmişdir. Belə ki, Borclu MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə kadrlar şöbəsinin müdiri vəzifəsində çalışan Tələbkar təhkim edilmiş kompüterdə Outlook proqramı konfiqurasiya olunmuş və təhkim edilmiş otağa daxili telefon quraşdırılmışdır. Tələbkar həm məhkəmə iclaslarıda borclunun şikayətinə dair etiraz edərək izahatlar vermiş, həmçinin məhkəmənin elektron kabineti vasitəsi ilə ərizələr yerləşdirərək məhkəmənin nəzərinə cəlb edilməli məsələləri vurğulamışdır. Lakin Məhkəmə işin təməlini təşkil edən hallara göz yummuş və həmin halları araşdırmamışdır. Məhkəmə iki dəfə yerli baxış edərək iş yerinə baxmaq əvəzinə işə götürənin iş prinsipini hansı ofis proqramları ilə hansı dövlət proqramları ilə qurduğunu araşdırsa idi və tələbkarın həmin proqramlara çıxıının olub olmadığını aydınlaldırsa idi həqiqəti aşkar olunacaqdı. Bəli Məhkəmə yerli baxış keçirərkən sonradan quraşdırılmış outlook proqramına çıxış olduğunu qeyd etsə də həmin proqramın tələbkar ın əmək funksiyasını həyata keçirməsi üçün yetərli olmadığını yəqin edərdi və yekun qərarını obyektiv həqiqətə əsasən vermiş olardı. Tələbkar dəfələrlə bildirmişdir ki nəinki bildirmiş bu Qanunun tələbidir ki həmin əməliyyatlar e-gov.az, isb.az, E-sosial.az, müşgulluq.az dövlət elektron alt sistemləri vasitəsi ilə həyata keçirilməlidir. İşə götürən həmçinin işinin təşkili üçün OMNİSSA HORİZON və 1C proqramları vasitəsi ilə inzibati fəaliyyətini qurub. Bu təməl proqramlara çıxış olmadan kadrlar şöbəsinin rəhbəri öz əmək funksiyasını həyata keçirə bilməz. Məhkəmə özü bu halı aşkar ersə də qərradadını əsaslandırarkın bu halları təhrif etmişdir. Belə ki Məhkəmə qərardadı ilə tələbkarın sonradan məhkəmə güdişi zamanı Outlook proqramına çıxışının olmasını yetərli hesab etmişdir. Bu halı dəqiq müəyyən etmmək üçün mütəxəssis cəlb etməklə konkret tapşırıqların yalnız outlook proqramı vasitəsi ilə həyata keçirilməsinin mümkün olub-olmamasını müəyyən edə bilərdi. Hörmətli Məhkəmə, yazılı icraat olduğundan borclu tərəfindən verilən etiraza qarı borlunun nəzərinə daha sadə dildə izah etmək lazımdırsa izah verim ki, borclunun sonradan da olsa digər proqramlara çıxış vermədən outlook proqramını qoşması qapını qıfıllayıb açarı okeana ataraq onu orada axtarmasına bənzəyir. Okean burada outlook proqramıdır. Açar isə yuxarıda adı çəkilən proqramlara çıxış icazəsi. ........ Və ya başqa misal çəkərək fikrini borclunun nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Filmin göz bəbəyi olan filmlərdən biri “Bəyin oğurlanması” filmində qeyd edildiyi kimi camaat deyir ki - axı musiqini eşidə bilmirik necə oynayaq? orada məşhur ifadə var -Ayə nə təfavütü var , burdan eşit burdan da oyna daa.! Tələbkar qətnaməyə izah verilməsi üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmə qərardad qəbul edərək izaha ehtiyac olmadığını və məhkəmə qətnaməsində açıq aşkar şəkildə işçinin əvvəlki inzibati binada yerləşdirilməsinin qət edildiyini bildirmişdir. Lakin Bakı şəhər Qaradağ rayon Məhkəməsinində qanuna zidd olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə zidd olaraq yenidən işə mahiyyəti üzrə baxırmış kimi işçinin hansı binada əmək fəaliyyətinin mümkün olub olmadığı araşdırılmışdır. Hətta yeni qurulmuş Məhkəmədə də ağlabatmayan inzibati işçinin diskriminasiyaya uğramasına şərait yaradan qərardad qəbul etmişdir. Halbuki işçinin diskriminasiyaya məruz qalması özü də hüquqa zidd əməldir. Əmək Məcəlləsinn 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Tələbkar öz hüquqlarını məhkəmə müstəvisində müdafiə etdiyinə görə ona qarşı qərəzli mövqe nümayiş etdirərək işçilərin gözü önündə onu nüfuzdan salmaq və başqalarına göz dağı vermək kimi anlaşılan hərəkətləri ilə tələbkara qarşı ayrı-seçkilik edilərək onu kollektivdən kənarda tamamilə başqa istehsalat binasında yerləşdirmişlər. Hörmətli Məhkəmə Kollegiyası Qanunun və Ədalətin bərpasına yuxarı instansiya məhkəməsi olaraq sizə inanır və güvənirik. Hörmətli Məhkəmə obyektiv və və qanuni ədalətli qərar qəbul etməklə Avanqard MMC-nin məslul şəxslərinin Azərbaycan Respublkasının qanunlarına hörmətlə yanaşılmalı olduğunu və heç bir ayrı seçkilik olmadan hər kəsin qanun qarşısında bərabər olduğunu əsaslanıdıran qərar qəbul etməyinizi xahiş edirəm. Hörmətli Məhkəmə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadının ləğv edilərək ,borlu tərəfindən verilən şikayətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)- 481/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələri). Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2796/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu MMC-yə qarşı «işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Borclu MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 11 may 2023-cü il tarixli 203/k əmrinin ləğv edilməsi; Tələbkar kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi; Borclu MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 saylı bildirişinin, Bakı şəhəri Sabunçu rayonu Binəqədi şossesi 11B ünvanda digər ofisin təşkil edilməsi barədə qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməsi barədə irəli gələn əmr və digər aktların etibarsız hesab edilməsi; Tələbkar Borclu MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanda yerləşən inzibati binasında əmək fəaliyyətinin bərpa olunması və onun iş yerində əmək fəaliyyətinə buraxılmasına icazə verilməsi; Tələbkar hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi Borclu MMC-yə həvalə edilməsi; Borclu MMC-dən mənəvi zərərə görə 3.000 manatın tutularaq Tələbkar ödənilməsi; Borclu MMC-dən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 6858/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh Borclu MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2796/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 2(102)-1396/2024 saylı qərarından görünür ki, cavabdeh Borclu MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-6858/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2796/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2796/2023 saylı qətnaməsinin izah edilməsi barədə iddiaçı Tələbkar ərizəsi təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən qəbul olunmuş qərardan görünür ki, icra sənədi üzrə Borclu MMC-nin "xxxx" ASC-də və digər banklarda olan bank hesablarına 3.000 manat həcmində həbs qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş aktdan görünür ki, böyük icra məmuru tərəflərin və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2796/2023 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı Borclu MMCnin yerləşdiyi Bakı-Qazax şossesi 27-də ünvanda olmuşlar. İcra sənədinin mahiyyəti və məzmunu tərəflərə izah olunmuşdur. Tələbkar bildirmişdir ki, onun yerləşdirildiyi bina Borclu MMC-nin inzibati binası deyil, Borclu MMC-yə məxsus istehsalat zavodunun ofis binasıdır. Bu isə onun əmək funksiyalarının və əmək fəaliyyətinin həyata keçirilməsinə mane olur. Belə ki, onun yerləşdirildiyi otaq boşdur, ona heç bir kadr uçot sənədləri təhvil verilməmiş və paralel işlədiyi digər bütün inzibati struktur bölmələri inzibati binada yerləşir. Bundan sonra, Borclu MMC-nin nümayəndəsi Xəzər Pənahi bildirmişdir ki, Tələbkar Borclu MMC-nin ərazisinə buraxılmış və inzibati bina 2-yə yerləşdirilmiş və əmək funksiyasının həyata keçirilməsi üçün lazımi avadanlıqlarla təmin edilmişdir. Sözügedən icra sənədinin icrası ilə bağlı Borclu MMC-nin yerləşdiyi Bakı-Qazax şossesi 27 ünvanda Tələbkar yerləşdirildiyi iş otağına baxış keçirilərək əmək fəaliyyətini və əmək funksiyalarını həyata keçirmək üçün lazımi sənədlərin verilməməsi və əmək fəaliyyətinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmaması müəyyən edilmişdir. Borclu tərəfin nümayəndəsi aktda böyük icra məmuru S.Əhmədlinin etdiyi qeydə etiraz etmiş, aktın imzalanmasından imtina etmişlər. Borclu MMC-nin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC Tələbkar müraciət edərək, onun qismən ödənişli məzuniyyətdən qayıtdıqdan sonra yalnız həftənin 5 günü – bazar ertəsindən cümə gününədək işə gəldiyini, işə gəldiyi müddət ərzində Əmək Məcəlləsinin 91 və 244-cü maddəsinə əsasən tətbiq olunan güzəştlərdən tam şəkildə istifadə etdiyini, lakin əmək müqaviləsi üzrə onun 6 günlük iş rejimində çalışdığını bildirmiş və Əmək Məcəlləsinin 11-ci maddəsinin «c» bəndinə əsasən ondan əmək müqaviləsi ilə müəyyən olunmuş şərtlərə və öhdəliklərə vaxtında və keyfiyyətlə əməl etməsi tələb olunmuşdur. Borclu MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə kadrlar şöbəsinin müdiri vəzifəsində çalışan Tələbkar təhkim edilmiş kompüterdə Outlook proqramı konfiqurasiya olunmuş və təhkim edilmiş otağa daxili telefon quraşdırılmışdır. Borclu MMC-nin xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.2025-ci il tarixdə heç bir üzürlü səbəb olmadan işə gəlmədiyinə görə Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışan Tələbkar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilmişdir. Microsoft Outlook proqramından istifadə edilməklə aparılan yazışmalardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:59-da tələbkara Microsoft Outlook proqram təminatı vasitəsi borclu müəssisənin direktoru Alim Bayramov tərəfindən ismarıc göndərilərək, İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə işçilərə məzuniyyətlərin verilməsi üçün növbəlilik cədvəlinin tərtib olunması xahiş olunmuşdur. Tələbkar bu tapşırığın yerinə yetirilməsi üçün əmək müqavilələri ilə tanış olmalı olduğunu bildirmiş, bunun üçün elektron hökumət portalına girişinə icazə verilməsini xahiş etmişdir. Müəssisənin direktoru Alim Bayramov məzuniyyətlə bağlı növbə cədvəlinin tərtib edilməsi üçün əmək müqavilələrinə baxış keçirməyə ehtiyac olmadığını bildirmiş, növbəlilik cədvəlinin təqdim edilməsini xahiş etmiş, hər hansı çətinliyi olarsa müraciət etməsini, zərurət yarandığı halda ona dəstək göstəriləcəyini bildirmişdir. Müəssisənin direktoru X6.xlsx adlı 26 kb həcmində fayl əlavə etməklə Tələbkar göndərmiş, əlavədə işçilərin işə başlama tarixi və məzuniyyət hüququ barədə məlumatların qeyd olunduğu siyahını nəzərə çatdırmış, bu məlumata əsasən 2026-cı il üçün məzuniyyət planının hazırlanması xahiş olunmuş, planlamada hər bir əməkdaşın məzuniyyət tarixlərinin ardıcıl şəkildə qeyd olunması, eyni zamanda iş axınında fasilə yaranmaması üçün uyğun şəkildə tərtib edilməsi Tələbkar nəzərinə çatdırılmışdır. Tələbkar rəhbərliyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işə qəbul edilmiş işçilər barədə ona məlumat verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Tələbkar yerləşdirildiyi otağa tərəflərin iştirakı ilə tələbkarın hazırda əmək fəaliyyətini icra etdiyi otağa xx.xx.2025-ci il tarixdə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, tələbkar yalnız otaqla və ofis mebeli, kompüter ilə təmin edilmişdir. Əmək fəaliyyətinin icra edilməsi üçün əmək şəraiti ilə tam təmin olunmamışdır. Baxış zamanı borclunun nümayəndəsi bildirmişdir ki, otağın zəruri əmək şəraiti ilə təmin edilməsi üçün addımlar atılacaq, zəruri texniki işlər görüləcək, bunlara vaxt tələb olunur. Birinci instansiya məhkəməsi tərəfindən Tələbkar yerləşdirildiyi otağa tərəflərin iştirakı ilə tələbkarın hazırda əmək fəaliyyətini icra etdiyi otağa xx.xx.2025-ci il tarixdə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, tələbkar daxili telefonla təmin edilmişdir, telefon işlək vəziyyətdədir. Şəbəkə üzərindən yazışmalar və əlaqə saxlamaq üçün müvafiq proqram təminatı aktivləşdirilmişdir. Rəhbərlik tərəfindən tələbkara müvafiq tapşırıqlar proqram təminatı vasitəsi ilə verilir. Tələbkar həmin proqram təminatı vasitəsi ilə zəruri sənədləri tələb edə bilir. Əmək fəaliyyətinin icra edilməsi üçün yuxarıda sadalanan əmək şəraiti ilə təmin olunub. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Tələbkar Borclu MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanda yerləşən inzibati binasında əmək fəaliyyətinin bərpa olunmalı və onun iş yerində əmək fəaliyyətinə buraxılmasına icazə verilməlidir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra, verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Daha sonra, icra sənədi icra olunması üçün borclunun yerləşdiyi ünvan üzrə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Aktda tələbkarın yerləşdirildiyi otağın icra sənədində nəzərdə tutulan binada yerləşib-yerləşməməsinə ümumiyyətlə toxunulmamış, tərəflərin xırda izahatları bildirilmiş, ümumi ifadələrlə tələbkara münasibətdə əmək şəraitinin təmin edilməməsi qeyd olunmuşdur. Əmək Məcəlləsinin 54-cü maddəsində əmək şəraitinin təmin edilməsi ilə bağlı maddi hüquq normaları təsbit olunmuşdur. İşəgötürən tərəfindən aşağıdakı əmək şəraiti təmin edilməlidir: - peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; - əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; - əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; - sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; - əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; - əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; - bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; - işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; - işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; - insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; - əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əmək şəraitinin təmin edilməsi dedikdə, digər məsələlərlə yanaşı eləcə də, işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması nəzərdə tutulur. Müəyyən edildi ki, tələbkar cari ilin avqust ayının 1-dən əmək fəaliyyəti göstərir, əmək haqqı alır, hazırda yerləşdirildiyi otaq əvvəllər işlədiyi otaqdan genişdir, sanitariya və gigiyena normalarına cavab verir, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi baxımından hər hansı narahatedici məqam yoxdur. Borclu tərəfin icra məmurunun qeyd olunan aktın tərtib edilməsində ifadə edilən hərəkətlərindən narazı olmasının səbəbi isə işçinin iş otağı, kompüter, müvafiq mebellə təmin olunduğu halda, ümumiyyətlə əmək fəaliyyətini və əmək funksiyalarını həyata keçirmək üçün lazımi sənədlərin verilməməsi və əmək fəaliyyətinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmamasının müəyyən edildiyinin göstərilməsidir. Halbuki, aktı tərtib edən şəxs otaqda olan şəraiti tərəflərin izahatını qeyd etmək şəklində deyil, özü müşahidə etdiyi şəkildə təsvir etməli idi. Bu səbəbdən, borclu tərəf hesab edir ki, akt birtərəfli (burada birtərəfli sözü tələbkarın xeyrinə, tələbkarın sözlərinə uyğun və s. mənasında işlədilir) şəkildə tərtib olunmuşdur. Tələbkar faktiki olaraq işləyir, ona əmək haqqı ödənilir, hazırda yerləşdirildiyi otaqda fəaliyyət göstərmək üçün ofis mebeli, kompüter mövcud olmaqla, kompüter şəbəkəyə qoşulmuş, otaq daxili telefonla təchiz edilmiş, kompüterdə müvafiq proqram təminatı aktiv edilmişdir və həmin proqram təminatından istifadə olunmaqla yazışmalar aparılır. Yuxarıda sadalananlardan göründüyü kimi, sözügedən aktın tərtib edilməsi ilə bağlı icra məmurunun hərəkətləri yuxarıda qeyd edilən hüquqi mövqeyə görə əsaslı olmamışdır. Beləliklə kollegiya hesab edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-481/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-681/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-681/2025
10.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver