Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-682/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X15 və X13 ibarət tərkibdə, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 3058/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 3058/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3058/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(043)-183/2019 saylı qətnaməsinə əsasən tələbkar X3 Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair iddia təmin edilərək, Borclu ilə X8 arasında 01 iyul 2011-ci ildə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 401 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 20 avqust 2012-ci il təvəllüdlü X10 və 06 mart 2015-ci il təvəllüdlü X12 anaları X3 yanında saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq Borclu hər ay, hər birinə sabit pul məbləğində 154 manat olmaqla, cəmi 308 manat alimentin tutularaq borclu ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X4 verilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3058/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qətnaməsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(043)-183/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin miqdarı dəyişdirilmiş, 20 avqust 2012-ci il təvəllüdlü X5 və 06 mart 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X2na ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3058/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləği tələbkarın övladlarının maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Belə ki, borclu övladlarının saxlanılmasında və digər ehtiyaclarının qarşılanmasında qətnamə ilə müəyyən edilmiş alimentdən savayı heç bir köməklik göstərmir. Bu səbəbdən də tələbkar hesab edir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artırılması məqsədə müvafiqdir. Həmçinin 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Odur ki. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3058/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin artırılaraq bir uşağa görə 246 manat olmaqla, sabit pul məbləğində borcludan tutularaq tələbkara ödənilməsi barədə qətnamə qəbul edilməsi zərurət təşkil edir Yasamal Rayon Məhkəməsinin 88(004)-811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3058/2022 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bu qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iş üzrə faktik halları, düzgün qiymətləndirməmiş, onun maddi vəziyyətini nəzərə almamış və səhv nəticəyə gələrək qanunvericiliyə zidd qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə qərardad qəbul edərkən onun maddi vəziyyətini nəzərə almamışdır, beləki o, hazırda hər ay 636 manat məbləğində əmək haqqı alır. Qərardadda qeyd olunan məbləğdə aliment ondan tutularsa, ona qalan pul şəxsi həyat ehtiyaclarını ödəməyə kifayət etmir. Bundan başqa məhkəmə uşaqların saxlanması vəzifəsinin hər iki valideyin üçün bərabər olduğunu nzərə almayıb. Beləki tələbkar hər ay 1500-2000 manat məbləğində əmək haqqı alır. Qərardadda nəzərdə tutulan aliment məbləği onun əmək haqqının 80 faizindən çoxdur. Məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, beləki, o, məhkəmə iclasında alimentin məbləğinin böyük miqdarda artılacağı təqdirdə onun minimum yaşayış səviyyəsini təmin etməyi faktiki olaraq mümkünsüz hala düşməsini nəzərə almayaraq, ədalətsiz və qanuna zidd qərardad qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qərardadı ilə müəyyən edilmiş aliment məbləği onun aylıq əmək haqqının 80 faizindən artıqdır. Belə ki, aylıq 636 manat əmək haqqı aldığı halda, aliment tutulduqdan sonra bank kartına cəmi 124 manat məbləğ vəsait qalır ki, bu da 2025-ci il üçün əmək qabiliyyətli əhali üzrə müəyyən olunmuş 305 manat yaşayış minimumundan da aşağıdır. Məhkəmə iclasında tələbkarın Azərbycan Respublikası Dövlət Gömrük Komitəsi orqnlarında işləməsini və yüksək əmək haqqı almasını qeyd edərək onunda uşaqların saxlanması borcu olmasını bildirməyinə baxmayaraq, ondan tutulan alimentin miqdarını böyük həcmdə artırdı. Qərardadda qeyd olunan məbləğdə aliment ondan tutulacağı halda o, nəinki, öz zəruri həyat ehtiyaclarını ödəyə bilməyəcəkdir. Heç iş yerinə gedib gəlmək pulu belə olmayacaq ki, son nəticədə işdən çıxmaq məcburiyyətində qalacaqdır. Bu baş verəcəyi halda ödəmə qabiliyyəti olmayacağı səbəbindən, ümumiyyətlə, aliment ödəmək imkanından məhrum olacaqdır. Göründüyü kimi qeyd olunan qərardad təkcə onun yox, uşaqlarında maddi durumuna zərər vuracaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsaəsn alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir; 3-cü maddəsinə əsasən aliment indeksləşdirmənin obyektlərindən biridir; 4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3058/2022 nömrəli qətnaməsinə əsasən 20 avqust 2012-ci il təvəllüdlü X5 və 06 mart 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X6 xeyrinə tutulan alimentin miqdarı hər ay hər uşaq üçün 193 manat müəyyən edilmişdir. 2022-ci ilin iyul ayında ərizəçinin xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 300 manat olmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0.64 (193:300) mislini təşkil etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazırki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı müəyyən edilən zaman həmin il üzrə (2022-ci il) müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir. Qeyd edilənlər də həmin qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiya edilməsini şərtləndirir. Məhkəmə kollegiyası maraqlı şəxsin şikayətinə münasibətdə onu da vurğulayır ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir. Həmçinin, alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Bununla belə, borclunun hazırda rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olmaması alimentin indeksasiya olunmasını istisna etmir. Kollegiya şikayətlə bağlı həmçinin diqqətə çatdırır ki, borclunun narazı qaldığı məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir. Belə ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Belə ki, ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər. Bununla əlaqədar borcluya izah edilir ki, o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3058/2022 nömrəli qətnaməsinə əsasən tələbkarın xeyrinə tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi və s. istinadən alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3058/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimenti indeksasiya etməkdə və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan (maraqlı şəxsdən) sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimenti tutmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-811/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(103)-682/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-682/2025
17.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver