Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-69/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, borclu X1 tərəfindən verilmiş “Bakı Apelyasiya Məhkəməsinin 2(103)-721/2019 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə” ərizəsinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Maqsud Məmmədov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnaməyə və həmin qətnamədən verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli qətnaməyə görə cəmi 40.180,34 manat məbləğində pul borclular Maqsud Məmmədov və Zahid Hüseynovdan tələbkar “xxxx” ASC-nin xeyrinə tutulmalı və tutma ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməlidir. X2 ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilsin. Borclu ərizəni onunla əsaslandırıb ki, maddi vəziyyəti həmin pul məbləğini birdəfəyə ödəməyə imkan vermir. Birinci instansiya məhkəməsinin qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Borclu şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Hazırkı işdə ipoteka saxlayan “xxxx” ASC-nin belə razılığı yoxdur. Ona görə birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-69/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-69/2021
05.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver