Məhkəmə qərarları › İş №8(103)-69/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-69/2022

14.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-69/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), Vahid Nəriman oğlu Sadıqov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Müstəqil tələb irəli sürməyən Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 «icraata xitam verilməsi haqqında» 04 oktyabr 2019-cu il tarixli qərarından verdiyi şikayət üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-475/2021 saylı işi üzrə 09.12.2021-ci il tarixli qərardadından tələbkar Maraqlı şəxs Talqotovna tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: Maraqlı şəxs “Nəsimi rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi” barədə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli, 8(006)-475/2021 saylı qərardadı ilə iş üzrə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 «icraata xitam verilməsi haqqında» 04 oktyabr 2019-cu il tarixli qərarından verdiyi şikayət geri qaytarılmışdır. Tələbkar Maraqlı şəxs Talqotovna Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 “icraata xitam verilməsi haqqında” 04 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli, 8(006)-475/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Nəsimi Məhkəməsinin icra məmurları Xudaverdiyev Murad və Rövşən Əhmədov – qərarı Nəsimi Məhkəməsinin 2(006)- 1410/2019 saylı qərarı icra etməmiş 4/X/2019 icraatı xitam verilib. Qərarı icra etməmənin cinayət məsuliyyəti var. O, bu barədə xüsusi qərardad çıxarılmasını xahiş edir. Şikayətin dəfələrlə baxılmadan geri qaytarılması səbəbilə o yenidən müraciət etmək məcburiyyətində qalmışdır. 8(006)-475/2021 saylı qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalıdır və Məhkəmə işə yenidən baxmalıdır. O, 4/X/2019-cu il tarixli Nəsimi İcra və Probasiya Şöbəsinin qərarı ləğv edilməli və icraat axıra qədər tam şəkildə davam etdiirilməlidir. O, sonda İcra məmurları Xudaverdiyev Murad və Rövşən Əhmədov barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Nəsimi Məhkəməsinin icra şöbəsinin 4/X/2019-cu il tarixli qərarının ləğv edilməsi və icraatın tam şəkildə axıra qədər davam etdirilməsini, icra məmurları Xudaverdiyev Murad və Əhmədov Rövşən barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.Bakı şəhəri Nəsimi rayonu Məhkəməsinin 05.12.2020-ci il tarixli 8(006)-253/2020 saylı qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli 8(103)- 48/2021 saylı qərardadı ilə bu nəticə düzgün hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Məhkəməsinin 05.12.2020-ci il tarixli 8(006)-253/2020 saylı qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli 8(103)-48/2021 saylı qərardadı ilə bu nəticə düzgün hesab edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ərizəçinin eyni məzmunlu şikayəti, Nəsimi Rayon Məhkəməsinin 8(006)-276/2021 saylı, 19.08.2021-ci il tarixli qərardadına əsasən icra məmuru qərarında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(006)-1410/2019 saylı icra sənədinin tam icra edilərək, ünvan 1 ünvanda borclu X4 tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarıldığına, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın borclu X2 alınaraq Dövlət büdcəsinə ödənilməsinə əsaslanmışdır. 03.10.2019-cu il tarixdə qətnamə icra məmurunun və tərəflərin (tələbkarın və borclunun) iştirakı ilə icra olunmuş, icra prosesində foto və videoçəkilişlər aparılmış, icra barədə akt tərtib olunmuş və icra məmurunun 04.10.2019-cu il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. İcra məmuru qəbul olunmuş qərarın surətini tələbkar və borcluya göndərmişdir. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən tərtib edilmiş aktdan və işə əlavə edilmiş şəkillərdən görünür ki, qətnamə tamamilə icra olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-276/2021 saylı, 19.08.2021ci il tarixli qərardadı ilə iş üzrə tələbkar Maraqlı şəxs Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “icraata xitam verilməsi haqqında” 04 oktyabr 2019- cu il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-418/2021 saylı, 15.10.2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətə mahiyyəti üzrə baxıldığından onun yenidən eyni məsələ ilə bağlı vermiş olduğu şikayətə baxılmadan geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-430/2021 saylı, 20.10.2021-ci il tarixli, 8(006)-45/2022 saylı, 21.01.2022-ci il tarixli, 8(006)-60/2022 saylı 04.02.2022-ci il tarixli qərardadları ilə Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətə mahiyyəti üzrə baxıldığından onun yenidən eyni məsələ ilə bağlı vermiş olduğu şikayətə baxılmadan geri qaytarılması qərara alınmışdır. Yəni eyni məsələyə artıq dəfələrlə hüquqi qiymət verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-475/2021 saylı işi üzrə 17.01..2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, icra sənədi tam icra olunmuşdur, icra məmuru «icraata xitam verilməsi» haqqında 04 oktyabr 2019cu il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. Beləliklə, kollegiya şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, şikayətin özündə göstərildiyi kimi hazırkı mübahisəyə artıq əvvəllər də baxılaraq qiymət verilmişdir, odur ki, şikayətdə göstərilən dəlillər əsassızdır. Odur ki, Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-475/2021 saylı işi üzrə 09.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar