Məhkəmə qərarları › İş №8(103)-69/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-69/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-69/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 41/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus ünvan 1ində yerləşən 0,1939 ha torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin, Gədəbəy rayonu, Söyüdlü kəndi, X8 küçəsi, ev 28 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 22.200 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat məbləğində pul, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat məbləğində pul, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,10 manatı tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcu Borclu məxsus ünvan 1ində yeləşən 0,1939 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin və Gədəbəy rayonu, Söyüdlü kəndi, X8 küçəsi, 28 saylı evin olması müəyyən edimişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-41/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin və Gədəbəy rayonu, Söyüdlü kəndi, X8 küçəsi, 28 saylı evin üzərinə həbs qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği nəzərə alaraq, borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, “AZEMİS” Elektron Məhkəmə sistemində Borclu mülkiyyətində ünvan 1ində yerləşən 0,1939 ha torpaq sahəsinin olması müəyyən edilməmiş və həmin torpaq sahəsinin onun mülkiyyətində olması barədə hər hansı sübut təqdimata əlavə edilməmişdir. Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan icra məmurunun təqdimatını təmin edərək, qətnamə üzrə ondan tutulan təxminən 23.000 manata yaxın pul vəsaitinin qarşılığında 500.000 manatdan artıq əmlaklarına həbs qoymuşdur. Halbuki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(005)-127/2023 saylı qərardadı ilə X3 və X4 müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi qismən təmin edilərək həmin məhkəmənin icraatında olan 2(005)- 2267/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Xaçmaz rayonu Aşağı-oba kəndində fərdi yaşayış evinin, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 57.3 kv.metr olan fərdi yaşayış evinin, ünvan 1i ünvanında yerləşən xx.xx.2004-cü il tarixli JN-2370 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və “Volkswagen Touareg” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ona və üçüncü şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(103)-618/2023 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 16(005)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməklə, müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin həmin qərardadını ona görə ləğv etmişdir ki, 29882 manat pul tələbinə görə cavabdehin bütün əmlaklarının özgəninkiləşdirilməsinin qadağan edilməsi tələbə mütənasib deyildir. Bundan sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(005)-12/204 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2267/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 1i ünvanında yerləşən xx.xx.2004- cü il tarixli JN-2370 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, ərizə qalan hissədə təmin olunmamışdır. Üzərinə həbs qoyulmuş ünvan 1i ünvanında yerləşən xx.xx.2004-cü il tarixli JN-2370 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyəri təxminən 150000-200000 manat təşkil edir. Belə olan halda, yenidən əlavə olaraq ona məxsus Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsinin, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin, Gədəbəy rayonu, Söyüdlü kəndi, X8 küçəsi, 28 saylı evin üzərinə həbs qoyulması mülkiyyət hüququnun haqsız və əsassız məhdudlaşdırılmasından başqa bir şey deyildir. Həmin əmlakların ümumi dəyəri qətnamə üzrə tutulmalı pul vəsaitindən qat-qat artıqdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 41/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə təqdimat qismən - Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin və Gədəbəy rayonu, Söyüdlü kəndi, X8 küçəsi, 28 saylı evin üzərinə həbs qoyulması hissəsində təmin edilmişdir. Borclu həmin qərardadın ləğvini xahiş etsə də şikayətin dəlillərinən göründüyü kimi borclu birinci instansiya məhkəməsinin qərardadını məhz təqdimatın təmin edilən hissəsində mübahisələndirmişdir. Təqdimatın təmin edilməyən hissəsinə münasibətdə isə qərardad mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-41/2024 saylı qərardadı təqdimatın təmin edilən hissəsində yoxlanılmalıdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 22.200 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat məbləğində pul, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat məbləğində pul, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,10 manatı tutularaq iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmiş və bildiriş borclu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin, Gədəbəy rayonu, Söyüdlü kəndi, X8 küçəsi, 28 saylı ev mövcuddur. Hazırda icra məmuru tərəfindən qeyd olunan təqdimatla məhkəmə müraciət edilməsi üçün əsas ondan ibarət olmuşdur ki, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olandan qanuna müvafiq qaydada icraya yönəldilməklə, icraata başlamaq haqqında qərar qəbul olunmaqla yanaşı, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilsə də, icra sənədində göstərilən borcun ödənilməsi iş materialları ilə müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). - 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. - 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. - 54.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə görə isə cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, icra sənədinin icrası ilə bağlı tətbiq olunan tədbirlər borclunun ödəməli olduğu məbləğə mütənasib olmalıdır və bu səbəbdən borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği nəzərə alaraq, borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, hazırki təqdimatla icra məmuru yalnız borclunun əmlaklarının üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Bundan başqa borclu şikayətində - həbs qoyulmuş əmlakların ümumi dəyərinin qətnamə üzrə tutulmalı pul vəsaitindən qat-qat artıq olmasını bildirsə də hazırki halda icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən əmlaklar üzərinə həbs qoyulmalı olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə kollegiya razılaşır. Şikayət müəllifinin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(005)- 12/204 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 2267/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 1i ünvanında yerləşən xx.xx.2004- cü il tarixli JN-2370 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilməsinə kollegiya qiymət verərək hesab edir ki, bu müvəqqəti təminat tədbiri digər işlə bağlı qoyulmaqla hazırki işlə heç bir əlaqəsi olmadığından borclunun bu qərardada istinad etməsi də əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 41/2024 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar