Məhkəmə qərarları › İş №8(103)-697/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-697/2025

25.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-697/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 icra məmurunun hərəkət (hərəkətsizliyi) barədə şikayətinə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Tələbkar və borclunun nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(005)- 33/2025 saylı qərardadından cavabdeh (icra sənədi üzrə borclu) X9 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq, X4 xx.xx.2009cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 4823/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir.

3. X3 şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icraatında olan 231462/2018-15-12 saylı icra işi üzrə icra məmuru Rafail Səfərovun 2016-2019-cu illər ərzində ödənilmiş alimentlə bağlı təkrar tələbinin qanunsuz hesab edilməsi, 2016-2019-cu illərdə X3 tərəfindən Tələbkar xeyrinə ödənilmiş alimentin nəzərə alınması və hesablanmış keçmiş borcun əsassız hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir.

5. Daha sonra həmin qərardaddan X1 nümayəndəsi-vəkili Vəkil1 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-33/2025 saylı qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 33/2025 saylı qərardadı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-33/2025 saylı qərardadından X1 nümayəndəsi -vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8-(103)-285/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 33/2025 saylı qərardadının ləğv edilməsi və X1 şikayətinə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsi ilə xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 4822/2018 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək 308 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Hazırda Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov 2016-2019-cu illər ərzində aliment ödənişi etmədiyini bildirərək Tələbkar xeyrinə 7200 manat məbləğində aliment pulunun ödənilməsini tələb edir. Hesab edir ki, icra məmurunun hərəkətləri qanuni və əsaslı deyildir. İlkin olaraq qeyd edilməlidir ki, o göstərilən illər ərzində icra sənədində göstərilən alimenti əsasən bank xidmətləri vasitəsilə Tələbkar hesabına ödəmiş və ötən müddət ərzində bununla bağlı hər hansı bir pretenziya olmamışdır, buna baxmayaraq tələbkar hazırda ona 2016-2019-cu illər ərzində aliment ödənilmədiyini iddia edir, borclu düşünür ki, belə olan halda sübutetmə yükü icra məmuru və tələbkarın üzərinə düşməlidir. Bununla bağlı icra şöbəsinə etdiyim şikayətlər əsasında maliyyə təşkilatlarına müvafiq sorğular verilsə də, məlumatların təqdim edilməsindən imtina edilmişdir. Əgər müvafiq təşkilatlara məhkəmə tərəfindən sorğular verilərsə, illər ərzində ödədiyim aliment aşkara çıxacaqdır. Bildirilir ki, o 2016-2019-cu illər ərzində aliment ödənişini vaxtlı-vaxtında həyata keçirmiş, bu səbəbdən ötən müddət ərzində tərəflər arasında hər hansı problem olmamışdır. Uzun müddət keçdikdən sonra ödənilmiş vəsaitin təkrar istənilməsi qəbuledilməzdir və sui-istifadədir.

9. Daha sonra X1 icra məmurunun hərəkət (hərəkətsizliyi) barədə şikayət vermiş və şikayətə yenidən baxılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(005)- 33/2025 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, borclu X11 tərəfindən 2016-2019-cu illər ərzində Tələbkar Ramiz qızının xeyrinə artıq aliment məbləği olaraq ödənilmiş 2303 manat pul məbləğinin icra məmuru tərəfindən nəzərə alınması qərara alınmışdır.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borclunun 2016-2019-cu illər ərzində (13575-11272=) 2303 manat məbləğində artıq aliment ödənişi həyata keçirdiyi müəyyən edilir. Yenə sadə riyazi hesablama yolu ilə müəyyən edilir ki, borclu tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 11088 manat məbləğində aliment ödənişi aparılmalı idi (4*12*308=11088). İcra işinin materialları müəyyən edilir ki, borclu tərəfindən 26-xx.xx.2024-cü il tarixlərində 9000 manat məbləğində ödəniş aparılmışdır. Bundan əlavə hər hansı ödənişin aparıldığı öz təsdiqini tapmır. Borclunun artıq ödədiyi 2303 manat məbləğində artıq ödəniş də nəzərə alındıqda, borclunun 2024-cü ilin sonuna qədər müəyyən məbləğdə aliment borcunun yarandığı müəyyən edilir.

11. Birinci instansiyası məhkəməsi qərardadını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26, 29.1, 87.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ və BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

12. Həmin qərardaddan narazı qalan X1 nümayəndəsi-vəkili Vəkil1 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(005)-33/2025 nömrəli qərardadını qismən ləğv edililib,yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 33/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(005)- 33/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun nümayəndəsi-vəkili Vəkil1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətə münasibətini bildirərək, məhkəmənin mülahizəsinə həvalə etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARİ VƏ APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə Kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 23-cü və 26-cı maddələrini nəzərə alaraq, şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsinə əsasən X9 ilə Tələbkar arasında xx.xx.2008-ci il tarixdə, Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 820 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 anası Tələbkar yanında saxlanması, onların yetkinlik yaşına çatana kimi saxlanmalar üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin X4 tutularaq Tələbkar verilməsi qət edilmişdir;

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 4823/2018 saylı qətnaməsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 anası Tələbkar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X4 hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir;

19. Apellyasiya baxışı zamanı sorğuya əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin “aliment məbləğinin tutulması” tələbinə dair xx.xx.2016-ci il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsinə əsasən X1 icra işinin materialları məhkəməyə təqdim olunmuşdur.

20. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin 16 may 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsinə əsasən icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci və 20.2-ci maddələrinə rəhbər tutaraq icraata xitam verilmişdir.

21. “İcra haqqında” Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, "İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq, tərəflər digər hüquqlarla yanaşı, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Eyni Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin 16 may 2019-cu il tarixli qərarından müəyyən edilir ki, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)-4482/2016 saylı qətnaməsinə əsasən icra sənədi üzrə heç bir aliment borcu qalmadığından icra sənədi üzrə icraata xitam verilmişdir.

23. Odur ki, icra sənədi faktiki icra olunduqda icraatın başa çatması barədə qərar qəbul edilir və bu qərarla borclunun üzərinə qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılır. İcraatın bitməsi borcun tam ödənildiyinin və tərəflər arasındakı hüquqi münasibətin dövlət adından yekunlaşdığının rəsmi təsdiqidir; buna görə də, qüvvədə olan xitam qərarı ləğv edilmədən icra məmurunun yenidən Tələbkar xeyrinə 7.200 manat məbləğində aliment pulunun ödənilməsini tələb etməsi hüquqi müəyyənlik prinsipinin pozulması və vəzifə səlahiyyətlərinin aşılması deməkdir. Belə bir hərəkət birbaşa qanunsuzdur, çünki icraat bitdikdən sonra icra məmuru həmin sənəd üzrə prosessual hərəkət etmək səlahiyyətini itirir.

24. Bu halda məhkəmə kollegiyası hesab edir ki, X1 ödənilməmiş aliment borcu olmadığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 33/2025 saylı qərardadı ləğv edilməli, ərizə (şikayət ərizəsi) təmin edilməli və 2016-2019cu illər ərzində X3 tərəfindən Tələbkar xeyrinə ödənilmiş aliment nəzərə alınaraq, icra məmuru tərəfindən hesablanmış borc əsassız hesab edilməlidir.

25. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli məsələni həll etmək hüququna malikdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(005)- 33/2025 saylı qərardadı ləğv edilsin. Ərizə (şikayət ərizəsi) təmin edilsin. X3 tərəfindən 2016-2019-cu illər ərzində Tələbkar xeyrinə ödənilmiş aliment nəzərə alınaraq, icra məmuru tərəfindən 2016-2019-cu illər üçün hesablanmış borc əsassız hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar