Məhkəmə qərarları › İş №8(103)-70/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-70/2021

09.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-70/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Borclu "Borclu" MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından borclu "Borclu" MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərov borclu "Borclu" MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər 3 saylı notariat ofisinin 8İ-63 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli icra sənodinə əsasən, borclu "Borclu" MMC-dən cəmi 2745,36 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "Tələbkar2" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbi könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-426/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu "Borclu" MMC-dən 179762,47 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "Tələbkar1" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxarılmış məlumata əsasən, borclu "Borclu" MMC-yə məxsus olan “Mitsubishi L200 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, "DAF yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF yük" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, "DAF yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF yük" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, "DAF yük" markalı. 99-JA- 379 dövlət qeydiyyat nişanlı, "Mitsubishi L200 minik" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi L200 minik” markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent minik" markalı, 99- PF-986 dövlət qeydiyyat nişanlı, “Ford 2524 yük su daşıyan’Ynarkalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, 'Howo yük" markalı, 99-JA015 dövlət qeydiyyat nişanlı, “Howo yük" markalı, 99- JA016 dövlət qeydiyyat nişanlı, "Howo yük" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, "Howo yük” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz 1523 yük" markalı **-JX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Grandeur minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı, "X3 xüsusi təyinatlı" markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olduğu müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu “Borclu" MMC-yə məxsus olan yuxarıda nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)- 598/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2- 2(103)-426/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhər 3 saylı notariat ofisinin 8İ-63 reyestr nömrəli. xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu “Borclu" MMC-yə məxsus olan "Mitsubishi L200 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, “DAF yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF yük” markalı, 99-JA- 376 dövlət qeydiyyat nişanlı, "DAF yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF yük" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi L200 minik" markalı,**-PX-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi L200 minik" markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent minik" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, "Ford 2524 yük su daşıyan'ırıarkalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “Howo yük” markalı, 99-JA015 dövlət qeydiyyat nişanlı, "Howo yük" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “Howo yük” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, "Howo yük” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz 1523 yük" markalı **-JX-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent minik" markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı, 'Hyundai Grandeur minik” markalı, 90-A3-286 dövlət qeydiyyat nişanlı, "X3 xüsusi təyinatlı" markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Borclu "Borclu" MMC tərəfindən həmin qərardaddan şikayət verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)- 598/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı tam qanunsuz və əsassız olduğundan ləğv edilməldir. Belə ki, sözügedən qərardad icra sənədinin icrası üçün lazım olan həcmdən dəfələrlə çox dəyəri olan “Borclu MMC-nin bütün nəqliyyat vasitələrinə yönəldilmiş, nəticədə şirkətin bütün fəaliyyəti bu qanunsuz qərardadın icrasına görə iflic olmuşdur. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)- 598/2020 saylı qərardadı ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu "Borclu" MMC-nin nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, təqdimat qismən təmin edilməlidir. Belə ki, borlunun nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01/T/21№-li nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə rəydən görünür ki, təqdimatda göstərilmiş və üzərlərinə həbs qoyulmuş “Borclu MMC-yə məxsus 17 ədəd nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixə ümumi bazar dəyəri 603500 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, təqdimatı tam olaraq təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənədək borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası şikayətin dəlillərini eləcə də məhkəmə kollegiyasına təqdim edilmiş qiymətləndirmə barədə rəyi əsas götürərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-426/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu "Borclu" MMC-dən 179762,47 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "Tələbkar1" MMC-nin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən isə həmin borcun ödənilməsi üçün borc məbləğindən xeyli artıq məbləğdə əmlak üzərinə həbs qoyulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən ödənilməli olan borc məbləğinə yönəldilməsi üçün təqdimatda və eləcə də nəqliyyat vasitələrinin qiymətmətləndirilməsinə dair rəydə göstərilmiş, “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı (bazar dəyəri 59000 manat), “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı (bazar dəyəri 60000 manat), “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı (bazar dəyəri 56000 manat), “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **- JA-*** dövlət qeydiyyat nişanlı (bazar dəyəri 40000) nəqliyyat vasitələri üzərinə həbs qoyulması kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli təqdimat qismən təmin edilməklə, “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **- JA-*** dövlət qeydiyyat nişanlı, “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu "Borclu" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərovun borclu "Borclu" MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimatı qismən təmin edilsin. Borclu "Borclu" MMC-nin mülkiyyətində olan “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı, “DAF CF85 410 yük” markalı, 2014-cü il buraxılışlı **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə rədd edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar