Məhkəmə qərarları › İş №8(103)-71/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-71/2023

06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-71/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 saylı icra sənədi üzrə “icra hərəkətlərinə dair aktın etibarsız hesab edilməsi və icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli 8(004)-472/2022 saylı qərardadından tələbkar X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Maraqlarına toxunan şəxs qismində X4 xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 saylı, icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsini və icra məmuru Səvxan Abbasov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-472/2022 nömrəli qərardadı ilə X2 şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 saylı, icra sənədi üzrə Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2020-ci il tarixli başlanmış icraata xitam verilməsi haqqında qərarı ləğv edilmiş və həmin icra sənədinin icra olunması barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və icra tədbirlərinin davam etdiirlməsi qərara alınmışdır. Tələbkar X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-472/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3973/2021 nömrəli qərarından müəyyən edilir ki, Musayeva (Mustafayeva) Şəhanə İsa qızı "X9" MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 12-ci mərtəbəsində yerləşən 102,4 kv.m olan 83 saylı 3 otaqlı mənzilində yaşayır. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin icra məmuru Səvxan Abasov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 nömrəli icra sənədi üzrə icraata xitam verərkən səhvə yol vermiş, digər icra məmuru Sahib Allahverdiyevin icraatında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8458/2017 nömrəli icra vərəqəsinə əsasən X1 və istifadəsinə verilməli olan “X9” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı 87 nömrəli mənzilini səhvən 83 nömrəli mənzil kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 nömrəli icra sənədi üzrə tələbkarın nümayəndəsinə təhvil verilməsi barədə xx.xx.2020-ci il tarixli akt tərtib etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5370/2017 nömrəli icra sənədi düzgün icra edilmədiyinə görə icra məmuru “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinad etməklə başlanmış icra icraatına xitam verərkən səhvə yol vermişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi icra hərəkətlərinə dair aktın etibarsız hesab edilməsi və icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin etməkdə haqlı olmuşdur. Ona görə də qərardaddan verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-472/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar