Məhkəmə qərarları › İş №8(103)-71/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-71/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-71/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-207/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadından Tələbkar şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Tələbkar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından şikayətlə məhkəməyə müraciət edərək icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3183/2019 saylı icra sənədinin icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra işi həmin şöbənin icra məmuru Səvxan Abasovun icraatına verilmişdir. İcra işi üzrə borclu “Yelo Bank" ASC icra sənədinin icrası ilə əlaqədar 198.500 manat məbləğdə vəsaiti tələbkara ödəmişdir. Tələbkar həmin məbləğlə razılaşmayaraq icra şöbəsinə vəsatət təqdim etmiş və icra sənədi üzrə ödənilməli məbləğin müəyyənləşdirilməsi üçün mütəxəssis dəvət edilməsini xahiş etmişdir. Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “mütəxəssim dəvət edilməsi haqqında” qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədinin icrası ilə bağlı mütəxəssin dəvət edilməsi qərara alınmış və həmin qərar icra olunması üçün “X2" MMC-yə göndərilmişdir. "X2" MMC-nin 14 fevral 2023- cü il tarixli 12 nömrəli rəyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədi üzrə ödənilməli məbləğin 167.743 ABŞ dolları (285.163 manat) təşkil etməsi müəyyən edilmişdir. Bu da o deməkdir ki, icra sənədi tam icra edilməmiş və 86.663 manat ödənilməmiş borc qalmışdır. Belə olan halda geri qalan məbləğin icrası ilə bağlı tədbirlər görmək əvəzinə, ya bankın əsassız və qanunsuz təzyiqlərindən qorxaraq və yaxud başqa korrupsiya əlaqələrinə girərək icra sənədinin tam icra olunması əsası ilə icra işi üzrə icraata xitam verilmişdir. Çünki, icra şöbəsinin özünün əldə etdiyi mütəxəssi rəyi əsasında icra sənədi üzrə ödənilməli məbləğin 167.743 ABŞ dolları (285.163 manat) olması müəyyən edilməsi ilə icra sənədi üzrə 86.663 manat ödənilməmiş borcun qalması dəqiqləşdiyi halda, işə xitam verməsi icra məmuru və onun rəisi Pərviz Zəkəriyəyevin əməllərinin motivi barədə başqa cür düşünmək mümkün deyildir. Odur ki, bu ərizəyə baxarkən həm icra məmurunun, həm də rəis Pərvizin məhkəmə iclasında izahatlarının alınaraq nəyə görə belə bir qərar qəbul etmələrinin məqsədi aydınlaşdırılmalı və vəzifə cinayəti müəyyən edildiyi halda, barələrində xüsusi qərar da qəbul olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-207/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflərin arasındakı mübahisə yalnız əmanətlərə görə ödənilmiş olan faizlərin məbləği barədədir. Mübahisənin mahiyyətini əmanət müqavilələri üzrə əmanətə görə ödənilmiş faizlərin məbləğinə dair fikir ayrılığı təşkil edir. Belə ki, borclu ödənilmiş faiz məbləğinin "xxxx" MMC tərəfindən verilmiş U6gkEjDbgx nömrəli xx.xx.2023-cü il tarixli müstəqil auditor rəyinə istinadən düzgün olduğunu, tələbkar isə icra məmurunun qərarına əsasən “X2” MMC tərəfindən verilmiş 12 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsaslanmaqla faiz məbləğinin az ödənildiyini bildirir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, tərəflərin istinad etdikləri rəylərin əsaslılığı araşdırılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli D13/218 saylı və xx.xx.2014-cü il tarixli D14/023 saylı müddətli əmanət müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmanət məbləği müddət başa çatdıqda əmanətçi tərəfindən tələb olunmazsa, müqavilə eyni müddətə eyni şərtlərlə uzadılmış sayılır. Əgər həmin tarixə bankda bu növ əmanət üzrə yeni müddət və yeni şərtlər mövcud olarsa bu halda həmin müddət və şərtlərlə uzadılmış sayılır və ya bu növdə əmanət ümumiyyətlə mövcud olmaz, onda müddəti və digər şərtləri yaxın olan əmanət üzrə uzadılmış sayılır. Müqavilənin bitmə tarixi qeyri-iş gününə təsadüf edərsə, müqavilə növbəti iş günündən başlayaraq uzadılmış hesab ediləcəkdir. Göründüyü kimi, tələbkar müqavilənin müddətinin uzadılması halında əmanət üzrə yeni şərtlər mövcud olduğu halda həmin şərtlərlə uzadılması şərtini qəbul etməklə müqaviləni imzalamışdır. Bu şərt isə tələbkar tərəfindən mübahisələndirilməmişdir. İşin materiallarından görünür ki, əmanət müqavilələri üzrə qoyulmuş əmanətlərin faiz dərəcələri ilə bağlı yeni şərtlər (xx.xx.2013-cü il tarixli, D13/218 saylı müddətli əmanət müqaviləsi üzrə 13%, 3%, 2.53%, 1.91%, xx.xx.2014-cü il tarixli, D14/023 saylı müddətli əmanət müqaviləsi üzrə 13%, 2.85%, 1.66%) mövcud olmuşdur ki, müqavilələr yuxarıda göstərilən bəndin tələblərinə uyğun olaraq həmin şərtlərlə növbəti müddətə uzadılmışdır. Tələbkarın istinad etdiyi “X2” MMC tərəfindən verilmiş 12 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mütəxəssis faiz dərəcələrini hesablayarkən müqavilənin göstərilən bəndini nəzərə almamış, bütün dövr üzrə faiz dərəcəsini 13% və 12,5% dərəcələr ilə hesablamışdır ki, bu halda göstərilən rəylə müəyyən edilən faizin məbləğinin hesablanması qaydası müqavilələrin tələblərinə zidd olduğundan mötəbər hesab oluna bilməz. Borclunun istinad etdiyi "xxxx" MMC tərəfindən verilmiş U6gkEjDbgx nömrəli xx.xx.2023-cü il tarixli müstəqil auditor rəyindən isə görünür ki, mütəxəssis faiz məbləğinin hesablanması qaydasını müqavilənin 2.3-cü bəndinə istinad etməklə düzgün hesablanması qənaətinə gəlmişdir ki, bu halda məhkəmə hesab edir ki, göstərilən rəylə aparılmış hesablama müqavilələrin tələblərinə uyğun olmuşdur. Eyni zamanda, mübahisənin düzgün həll edilməsi üçün əmanət müqavilələrinin şərtləri nəzərə alınmaqla əmanətlərə görə faiz məbləğlərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5876 saylı ekspert rəyi ilə, Banka qoyulmuş 50.000,00 ABŞ dolları məbləğində əmanət üzrə hesablanmalı faiz 7.937,25 ABŞ dolları, 28.500,00 ABŞ dolları məbləğində əmanət üzrə hesablanmalı faiz 3.736,46 ABŞ dolları məbləğində müəyyən edilmişdir ki, bu halda tələbkara ödənilməli olan məbləğ ümumilikdə 90173,71 ABŞ dolları (153295,31 manat) təşkil edir. İşin hallarından göründüyü kimi borclu tərəfindən tələbkara faizlərlə birlikdə ümumilikdə 198499,09 manat borc məbləği ödənilmiş və tələbkar həmin vəsaiti qəbul etmişdir. Qeyd olunanlardan göründüyü kimi borclu tərəfindən tələbkarın tələbi tam icra olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edildiyindən, eyni zamanda qərarın ləğv olunması üçün başqa əsaslar müəyyən edilmədiyindən şikayət təmin oluna bilməz. Tələbkar (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək qərardadın ləğv edilməsi və icra sənədinin icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətində göstərib ki, “X2” MMC-nin 14 fevral 2023-cü iltarixli 12 nömrəli rəyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədi üzrə ödənilməli məbləğin 167.743 ABŞ dolları (285.163 manat) təşkil etməsi müəyyən edilmişdir. Yəni, icra sənədi tam icra edilməmiş və 86.663 manat ödənilməmiş borc qalmışdır. İşdən göründüyü kimi, icra sənədi üzrə ödənilməli olan vəsaitin məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Qərardadda ekspert qarşısında birinci sual kimi “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ASC tərəfindənTələbkar ödəniləcək vəsaitin məbləği nə qədər təşkil edir?” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/5876 saylı ekspert rəyinin nəticə hissəsində birinci sual üzrə ekspert iki cür hesablama aparmışdır. Birinci hesablamanı əmanət müqavilələrinin 2.3-cü bəndinin birinci hissəsini nəzərə alaraq ödənilən günədək müqavilə faizləri ilə aparmış və ümumilikdə hər iki əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+57.175+28500+31161=166.836 ABŞ dolları (283.621 AZN) təşkil etməsini müəyyən etmişdir. Digər hesablamada isə məhkəmənin qərardadda ekspert qarşısında qoyulan 2 və 3-cü suallarını nəzərə alaraq müqavilənin 2.3-cü bəndinin ikinci hissəsinə uyğun hesablama aparılmış və müqavilə müddətini müqavilə faizi, müqavilə müddətindən sonrakı dövrü isə bank tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilən əmanətlərin orta illik faiz dərəcələri ilə hesablanmışdır. Ümumlikdə hər iki əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+27.437+28.500+14.423=120.360 ABŞ dolları (204.612 manat) təşkil etməsi müəyyən edilmişdir. Məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş qaydada aparılan hesablama əsas götürülməlidir. Belə ki, qərardadda göstərilmişdir ki, “... tələbkar müqavilənin müddətinin uzadılması halında əmanət üzrə yeni şərtlər mövcud olduğu halda həmin şərtlərlə uzadılması şərtini qəbul etməklə müqaviləni imzalamışdır. Bu şərt isə tələbkar tərəfindən mübahisələndirilməmişdir. İşin materiallarından görünür ki, əmanət müqavilələri üzrə qoyulmuş əmanətlərin faiz dərəcələri ilə bağlı yeni şərtlər (xx.xx.2013-cü il tarixli, D13/218 saylı müddətli əmanət müqaviləsi üzrə 13%, 3%, 2.53%, 1.91%, xx.xx.2014-cü il tarixli, D14/023 saylı müddətli əmanət müqaviləsi üzrə 13%, 2.85%, 1.66%) mövcud olmuşdur ki, müqavilələr yuxarıda göstərilən bəndin tələblərinə uyğun olaraq həmin şərtlərlə növbəti müddətə uzadılmışdır...”. Məhkəmənin mövqeyindən göründüyü kimi, məhkəmə icra sənədinin tam icra edilibedilməməsini yoxlayarkən qətnamədəki göstərişlərə uyğun aparılan hesablamanı qəbul etmək əvəzinə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll edilmiş mülki işə hazırki işdə yenidən mahiyyəti üzrə baxaraq tələbkara ödənilməli olan faizin dərəcəsini müəyyən etmişdir. Halbuki, məhkəmə qətnaməsində qət edilmişdir ki, “ ... "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və '‘Nikoyl" İKB ASCnin 5 saylı filialı ilə X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər cavabdeh "xxxx" İnvestisiya Kommersiya BankıAçıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı TələbkarMəhərrəm qızına ödənilsin...”. Göründüyü kimi, qətnamədə sadəcə faizlərin ödənilməsi qət edilmiş və nə qətnamənin əsaslandırıcı, nə də ki, nəticə hissələrində müqavilə faizlərindən (13% və 12.5%) başqa hər hansı faizdən bəhs edilməmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsində tələbkara ödənilməli olan faiz kimi müvafiq müqavilə faizləri nəzərdə tutulmuşdur. Belə olan halda, əmanət müqavilələri üzrə faizlərin hesablanmasında müqavilə faizi əsas götürülməlidir. Lakin işdən göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına nəzarət qaydasında işə baxan məhkəmə səlahiyyət hədlərindən kənara çıxaraq tərəflər arasında həll edilmiş işə yenidən baxmış və yeni faiz dərəcəsi müəyyən etməklə icra sənədinin məzmununa dəyişiklik etmişdir. Bu isə mülki prosessual qanunvericiliyin tələblərinə, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qətilik, müstəsnalıq, icra edilənlik və məcburilik tələblərinə ziddir. Bundan başqa, bir önəmli xüsusat da odur ki, eyni tərəflər arasında başqa əmanət müqaviləsi üzrə başqa məhkəmə çəkişməsi də davam edir. Həmin əmanət müqaviləsi ilə hazırkı işdəki əmanət müqavilələrinin şərtləri, o cümlədən 2.3- cü bəndi eynidir. Həmin iş üzrə əmanət məbləği və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1% hesablanmiş pul vəsaitinin cavabdeh Borclu ASC-dən iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmiş və həmin hissə kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İşə baxan məhkəmələr həmin hissədə iddianı təmin edərkən Mülki Məcəllənin 948, 950 və digər maddələrə əsaslanmışlar (qərar əlavə edilir). Göründüyü kimi, məhkəmələr tərəfindən əmanət məbləğinin faizlərinin tutulması göstərişi müqavilə faizini nəzərdə tutur. Bundan başqa, məhkəmə heç icra sənədi üzrə tələbkara ödənilməli olan məbləği də düzgün hesablanmamışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin bankın mənafeyinə uyğun hesabladığı məbləğ hər iki əmanət məbləği və üzərinə hesablanmış f a i z l ə r l ə birlikdə 50.000+27.437+28.500+14.423=120.360 ABŞ dolları (204.612 manat) təşkil etdiyi halda, məhkəmə sadəcə əmanət məbləğləri və əmanət müqaviləsi başa çatdıqdan sonrakı dövr üçün hesablanmış faizləri nəzərə almış və icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil etməsini müəyyən etmişdir. Məhkəmə müqavilə müddətləri başa çatanadək ekspertin hesabladığı faizləri nəzərə almamışdır. Nəticə etibarilə bu o deməkdir ki, borclu icra sənədi üzrə ödəniş edərkən heç onun (bankın) mənafeyinə uyğun hesablanmış məbləği də tam ödəməmişdir (198499,09 manat ödəmişdir). Bu səbəbdən hesab edirik ki, hər bir halda, məhkəmənin qərardadı qanuni hesab edilə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-207/2023 saylı, 05 fevral 2024-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi «İcra haqqında» Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi mahiyyət etibarı ilə şikayətlə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün əsasdır. Əvvəla, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməzdi. Bundan əlavə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Lakin mübahisələndirilən qərar ümumiyyətlə hər hansı bir formada əsaslandırılmamış, qərarda əsaslandırma kimi yalnız icra sənədində göstərilən tələb təmin olunmuşdur göstərilmişdir. Ancaq birinci instansiya məhkəməsi icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməməsinə əhəmiyyət verməmiş, əksinə borclu tərəfindən tələbkarın tələbinin tam icra olunduğu, icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın “İcra haqqında” Qanununun tələblərinə uyğun qəbul edildiyi və ləğv olunması üçün başqa əsaslar müəyyən edilmədiyi qənaətinə gələrək şikayətin təmin oluna bilməzliyini göstərmişdir. İcra icratında tərəflər arasında yaranmış mübahisə əmanətlərə görə ödənilməli olan faizlərin məbləği barədə olmuş və mübahisənin predmetini də faizlərin məbləğinə dair fikir ayrılığı təşkil edir. Tələbkar şikayətində göstərib ki, “X2” MMC-nin 14 fevral 2023-cü iltarixli 12 nömrəli rəyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədi üzrə ödənilməli məbləğin 167.743 ABŞ dolları (285.163 manat) təşkil etməsi müəyyən edilmişdir. Yəni, icra sənədi tam icra edilməmiş və 86.663 manat ödənilməmiş borc qalmışdır. Borclu isə ödənilmiş faiz məbləğinin "xxxx" MMC tərəfindən verilmiş U6gkEjDbgx nömrəli xx.xx.2023-cü il tarixli müstəqil auditor rəyinə istinadən düzgün olduğunu bildirib. İcra məmuru isə heç bir əsaslandırma aparmadan borclunun təqdim etdiyi rəyi əsas götürərək icra sənədinin tam icra olunduğu qənaətinə gələrək icraata xitam verilməsi qərarına gəlmişdir. Həqiqətən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli D13/218 saylı və xx.xx.2014-cü il tarixli D14/023 saylı müddətli əmanət müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmanət məbləği müddət başa çatdıqda əmanətçi tərəfindən tələb olunmazsa, müqavilə eyni müddətə eyni şərtlərlə uzadılmış sayılır. Əgər həmin tarixə bankda bu növ əmanət üzrə yeni müddət və yeni şərtlər mövcud olarsa bu halda həmin müddət və şərtlərlə uzadılmış sayılır və ya bu növdə əmanət ümumiyyətlə mövcud olmaz, onda müddəti və digər şərtləri yaxın olan əmanət üzrə uzadılmış sayılır. Müqavilənin bitmə tarixi qeyri-iş gününə təsadüf edərsə, müqavilə növbəti iş günündən başlayaraq uzadılmış hesab ediləcəkdir. İşdən və borclunun təqdim etdiyi arayışdan(bax.i.v; 86)görünür ki, əmanət müqavilələri üzrə qoyulmuş əmanətlərin faiz dərəcələri ilə bağlı yeni şərtlər (xx.xx.2013-cü il tarixli, D13/218 saylı müddətli əmanət müqaviləsi üzrə ilkin 13%, sonradan 3%, 2.53%, 1.91%, xx.xx.2014-cü il tarixli, D14/023 saylı müddətli əmanət müqaviləsi üzrə ilkin 12,5%, sonradan 2.85%, 1.66%) mövcud olmuşdur. Borclu müqavilələrin yuxarıda göstərilən bəndin tələblərinə uyğun olaraq həmin şərtlərlə növbəti müddətə uzadılmalı olduğunu bəyan edərk tələbkarın istinad etdiyi “X2” MMC tərəfindən verilmiş 12 nömrəli xx.xx.2023-cü il tarixli rəyində mütəxəssisin faiz dərəcələrini hesablayarkən müqavilənin göstərilən bəndini nəzərə almadığını, bütün dövr üzrə faiz dərəcəsini 13% və 12,5% dərəcələr ilə hesabladığını, bu halda göstərilən rəylə müəyyən edilən faizin məbləğinin hesablanması qaydasının müqavilələrin tələblərinə zidd olduğundan mötəbər hesab oluna bilmədiyini göstərib. Bununla əlaqədar, şikayətə baxarkən icra sənədi üzrə ödənilməli olan vəsaitin məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında üç sual qoyulmuşdur. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023- cü il tarixli 9/5876 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, birinci sual üzrə ekspert iki cür hesablama aparmışdır. Birinci hesablamanı əmanət müqavilələrinin 2.3-cü bəndinin birinci hissəsini nəzərə alaraq ödənilən günədək müqavilə faizləri ilə aparmış və ümumilikdə hər iki əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+57.175+28500+31161=166.836 ABŞ dolları (283.621 AZN) təşkil etməsini müəyyən etmişdir. Digər hesablamada isə müqavilənin 2.3-cü bəndinin ikinci hissəsinə uyğun hesablama aparılmış və müqavilə müddətini müqavilə faizi, müqavilə müddətindən sonrakı dövrü isə bank tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilən əmanətlərin orta illik faiz dərəcələri ilə hesablanmışdır. Ümumlikdə hər iki əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+27.437+28.500+14.423=120.360 ABŞ dolları (204.612 manat) təşkil etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş qaydada aparılan hesablamanın əsas götürülməli olduğu qənaətinə gəlsə belə, yenə də həmin qaydada hesablanma nəticəsindədə ekspert rəyi ilə hər iki əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+27.437+28.500+14.423=120.360 ABŞ dolları (204.612 manat) təşkil etdiyi müəyyən edilir. Lakin məhkəmə yekun qənaətində ekspert qarşısında qoyulmuş ikinci və üçüncü suallar üzrə hesablanmış faizləri nəzərə almış və icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil etdiyini göstərmiş, müqavilə müddətləri başa çatanadək ekspertin birinci sual üzrə hər iki qaydada hesabladığı faizləri nəzərə almamışdır. Başqa sözlə, məhkəmə bir tərəfdən əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş qaydada aparılan hesablamanın əsas götürülməli olduğu qənaətinə gəlir və bu cür hesablama nəticəsində əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+27.437+28.500+14.423=120.360 ABŞ dolları (204.612 manat) təşkil etdiyini görür, digər tərəfdən isə icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil etdiyini göstərir. Belə çıxır ki, birinci instansiya məhkəməsi həm əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş qaydada aparılan hesablamanı düzgün hesab edərək ödənilməli olan yekun məbləğin 120.360 ABŞ dolları (204.612 manat) təşkil etməsini, həm də icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil etdiyini qəbul edir. Yəni, iş üzrə biri digərini təkzib edən iki fərqli nəticəni eyni anda doğru hesab edir. Əlbətdə ki, bu cür nəticəyə gəlmək yolverilməzdir. Ən azından ona görə ki, borclunun icra sənədi üzrə cəmi 198499,09 manat ödəməsi işin mübahisəsiz halı sayılır və məhkəmə də bunu qəbul edib. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil edirsə, deməli borclu tələbkara icra sənədi üzrə əsas və faiz borcunu tam ödəmiş, üstəlik 35000(otuz beş min)manat da artıq vəsait ödəmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin bu cür ziddiyyətli qənaəti heç bir halda düzgün hesab edilə bilməz və şikayətin təmin edilməsi üçün birbaşa əsas hesab edilir. Göstərilənlərdən əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsində qət edilmişdir ki, “ ... "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və '‘Nikoyl" İKB ASC-nin 5 saylı filialı ilə X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər cavabdeh "xxxx" İnvestisiya Kommersiya BankıAçıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Tələbkar ödənilsin...”. Göründüyü kimi, qətnamədə sadəcə faizlərin ödənilməsi qət edilmiş, lakin faizlər hesablanarkən əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş şərtlərin nəzərə alınmasının məcburiliyi əsaslandırılmamış, üstəlik işdə tələbkarın Yasamal rayon İcra Şöbəsinə ərizə ilə(bax.i.v.48-49) müraciət edərək icra sənədində göstərilən “əmanət və onun üzərinə hesablanmış faizlər” ifadəsində hansı faiz dərəcəsinin nəzərdə tutulması barədə izah verilməsi üçün məhkəməyə müraciət olunmasını xahiş etməsinə əhəmiyyət verməmiş, başqa sözlə qəbul etdiyi qərardadda icra sənədinə qeyd olunan məsələ ilə bağlı izah verilməsinə əsas və zərurət olub-olmamasına heç bir münasibət bildirməmişdir. Bundan əlavə, tələbkarın şikayətindən və ona əlavə etdiyi Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-3646/2023 saylı qərarından bəlli olur ki, eyni tərəflər arasında başqa əmanət müqaviləsi üzrə başqa məhkəmə çəkişməsi də davam edir. Həmin əmanət müqaviləsi ilə hazırkı işdəki əmanət müqavilələrinin şərtləri, o cümlədən 2.3-cü bəndi eynidir. Həmin iş üzrə əmanət məbləği və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1% hesablanmiş pul vəsaitinin cavabdeh Borclu ASC-dən iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmiş və həmin hissə kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İşə baxan məhkəmələr həmin hissədə iddianı təmin edərkən Mülki Məcəllənin 948, 950 və digər maddələrə əsaslanmışlar. Göründüyü kimi, məhkəmələr tərəfindən əmanət məbləğinin faizlərinin tutulması göstərişi müqavilə faizini nəzərdə tutur. Ancaq birinci instansiya məhkəməsi şikayətə baxarkən MPM-in 269-cu maddəsində nəzərdə tutulan səlahiyyətlərindən istifadə edərkən şikayətin həmin dəlilinə də ümumiyyətlə münasibət bildirməmiş və qəbul etdiyi qərardadda göstərilən nəticələrin işin hallarına uyğun olduğunu, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyini qeyd edərək şikayətin təmin olunmamasını, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-207/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-207/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar