Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-72/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Tələbkar, Borclunun nümayəndəsi-vəkili Məmişov Anar Mövsüm oğlunun iştmrakı ilə Borclu Vəkil Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)- 799/2019 nömrəli qətnaməsinin ayda 500 manat ödəniş etməklə hissə-hissə icra olunması barədə ərizəsinə dair iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-318/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə borclu Vəkil ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-799/2019 nömrəli qətnaməsinə əsasən Tələbkar xeyrinə ödənilməli olan 63820 manat məbləğində pulun hər ay 500 manat olmaqla hissə-hissə icra ödənilməklə icra edilməsi qərara alınmışdır. Tələbkar Heydərov X1 Rayon Məhkəməsinin 8(010)-318/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-318/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-318/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, borclu Vəkil Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-799/2019 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Borclu Vəkil nümayəndəsi və vəkili Məmişov Anar Mövsüm oğlu qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 318/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və Vəkil icra sənədinin hissə-hissə icrası barədə ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, borclu Vəkil hazırda heç bir yerdə işləmir, onun adına hər hansı daşınmaz əmlak, avtomobil və ya icra sənədinin yönəldilə biləcəyi əmlak yoxdur. Borclu valideynlərinin köməyi ilə hər ay 500 manat pul vəsaitini Tələbkar ödəyə bilir. Məhkəmə qərardad qəbul etdikdən sonra olan müddətdə həmin ödənişlər tələbkara ödənilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq icra məmuru kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmsını xahiş edən borclunun nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin 8(010)-318/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı Tələbkar cavabdehlər “xxxx” MMC-nə və Vəkil qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi zərərə görə 66680 manat pulun, eyni zamanda alıcılıq qabiliyyətinin itirilməsi nəticəsində dəymiş 60000 manat məbləğində ziyanın və 300 manat hüquqi xidmətə görə ödənilmiş pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(009)-2340/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 64020 manat vurulmuş maddi zərərin əvəzi və 300 manat hüquqi xidmət haqqı olmaqla, cəmi 64320 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-799/2019 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlər “xxxx” MMC və Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2340/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin qismən, yəni maddi zərərin və məhkəmə xərclərinin “xxxx” MMC-dən tutulması hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Tələbkar və vəkili Feyzullayev Sərraf Eldar oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək dəymiş maddi ziyanın hər iki cavabdehdən müştərək qaydada alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-4553/2019 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-799/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-799/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icraya yönəldilmiş, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən icraata başlanılmış, xx.xx.2020-ci il tarixli qərarına əsasən icra sənədi aidiyyəti üzrə Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-285/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu Vəkil şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(011)-11/2020 nömrəli qərardadı ləğv edilmiş, Borclu Vəkil əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bibrlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi əsasında, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, borclu Vəkil Tələbkar xeyrinə 63820 manat məbləğində pul tutulmuşdur və borclu tərəfindən həmin məbləğin hissə-hissə icra edilməsi tələbkarın hüquqlarını pozur. Kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın hüququqlarının pozulacağını nəzərə alaraq, borclu Vəkil Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-799/2019 saylı qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu Vəkil şikayəti təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 8(010)-318/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-72/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-72/2021
18.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver