Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-721/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 8(011)-1021/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: Tələbkar Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinin icra üsülünün və qaydasının dəyişdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-1021/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan tələbkarın verdiyi şikayət baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Xətai Rayon Məhkəməsinin 8(011)-1021/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından tələbkar tərəfindən verilən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 269-cu maddəsinə əsasən qərardaddan verilən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Əgər şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırkı işin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi 8(011)- 1021/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkarın ərizəsini təmin etməmişdir. Bundan sonra həmin qərardaddan verilən şikayətə isə hər hansı münasibət bildirmədən, MPM-in 269-cu maddəsinin tələblərinə əməl olunmadan şikayəti iş materiallarına əlavə edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu səbəbdən Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2025-ci il tarixli qərardaddan tələbkar tərəfindən verilən şikayətə Xətai Rayon Məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada münasibət bildirilmədiyindən, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalı və şikayət iş materialları ilə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə riayət olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 269, 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Xətai Rayon Məhkəməsinin 8(011)-1021/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət işlə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət olunması üçün həmin məhkəməyə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla, ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-721/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-721/2025
24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver