Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-724/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən, təqdimat təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 817/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu tərəfindən xx.xx.2025-ci il tarixdə EMİS vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət ilə müraciət edib, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Borclu tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 83/2025 saylı qərardadının ləğv edilməsi, Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Goradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatı təmin edilməməsi qərara alınmışdır. Tələbkar nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermiş və həmçinin tələbkar tərəfindən şikayətin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilmişdir. Borclu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-83/2025 nömrəli qərardadının ləğv edilməsini, müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsini və şikayətin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-83/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-83/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilmədən, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-370/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 8(103)-452/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, Borclu tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayətə yenidən baxılması üçün işin həmin məhkəməyə göndəriməsi qərara alınmışdır. Borclu tərəfindən xx.xx.2025-ci il tarixdə EMİS vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardadından şikayətinə yenidən baxılmışdır. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 817/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatı ilə15.01. 2025-ci tarixli Cıxarış əsasında tam payla Borclu mülkiyyətində olan Binəqədi rayonu, Göradil kəndi , “Rabitəçi” b/ynın 40 saylı bağ sahəsinin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilir ki, “2022-ci ildə Borclu arvadı X3 adına olan Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsindəki Borclu məxsus olan 50% miqdarında payın üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdu. X3 şikayəti əsasında Nərimanov Rayon Məhkəməsinin 8(005)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qəraradadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və 40 saylı, 0.12 ha bağ sahəsinin üzərinə 50% miqdarında qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Daha sonra 40 saylı bağ sahəsinə dair Borclu ilə X5 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilərək X3 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli çıxarış məhkəmə qərarı əsasında ləğv edilmişdir. Elektron informasiya sistemindən əldə olunan Cıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Göradil kəndi 0,12 ha torpaq sahəsində yerləşən “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsi X6 adına qeydiyyata alınmışdır..Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, borcluya məxsus bağ sahəsinin üzərinə həbs qoyulmalıdır”. Yuxarıda göstərilənlərlə əlaqədar bildirir ki, onlar (Borclu və X5) 2016-cı ildən rəsmi nikahda olmaqla birgə təsərrüfat fəaliyyəti ilə məşguldurlar, Binəqədi rayonu, Göradil kəndi 0,12 ha torpaq sahəsində yerləşən “Rabitəçi” b/y-nin 40 saylı bağ sahəsi 2018-ci ildə birgə nikah dövründə əldə edilərək daşınmaz əmlakın dövlət reyestrində **********97 reyestr nömrəsi ilə Borclu adına qeydiyyata alınaraq buna dair xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Daha sonra sözügedən bağ sahəsi bağışlama müqaviləsi əsasında xx.xx.2021-ci il tarixli Çıxarış əsasında X3 adına qeydiyyata alınmışdır. Hazırda, Binəqədi rayonu, Göradil kəndi, "Rabitəçi" b/y-nın 40 saylı, 0.12 ha bağ sahəsi xx.xx.2025-ci tarixli Çıxarış əsasında tam payla Borclu adına qeydiyyatda olmaqla onların ümumi mülkiyyətindədir. (Nikah haqqında şəhadətnamə və Çıxarışların kopyası əlavə edilir). İşin yuxarıda göstərilən hallarına əsasən Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X9 rayonu, Goradil kəndi, Rabitəçi bağ sahəsindəki 40 saylı 0.12 ha torpaq sahəsinin ümumi mülkiyyətdə olmasını bilsə də hazırkı təqdimatla məhkəməyə müraciət edərkən bunu nəzərə almamışdır. Bununla bərabər, işə baxan məhkəmə də qərar qəbul edərkən təqdimata qarşı verdikləri əsaslandırılmış Etirazda irəli sürülən dəlilləri araşdırıb hüquqi qiymət verməmiş, əsassız olaraq sözügedən əmlakın üzərinə tam payla həbs qoyulmasına dair qanunsuz qərardad çıxarmışdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə gəldiyi nəticələr üçün əhəmiyyəti olan halları araşdırıb hüquqi qiymət vermədən, yəni daşınmaz əmlkaın dövlət reyestrində Borclu adına qeydiyyata alınmış əmlakın ümumi mülkiyyətdə olması barədə təkzib edilməz faktları nəzərə alamayaraq, borclunun arvadına məxsus 50% miqdarda payın da üzərinə qanunsuz həbs qoymuşdur. Bununla da məhkəmə X3 Azərbaycan Respublikası Konstitusiyasının 60ci maddəsi ilə təminat verilən ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə dair hüquqları, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrində təsbit edilmiş mülkiyyət hüququ, həmçinin, Avropa Konvensiyasının 6-cı maddəsində ehtiva edilmiş ədalətli məhkəmə araşdırması hüququ, eləcə də Konvensiyaya dair 1 Saylı Protokolun 1-ci maddəsində ehtiva edilmiş mülkiyyət hüququ və bu hüququn qorunmasına dair təminatları pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İcra Haqqında Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Tələbkar şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Rabitə Nazirliyi Rabitəçi Bağlar-TikintiKooperativinin iclasının xx.xx.1989-cu il tarixli 02 saylı protokolundan çıxarışa əsasən Borclu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Nazirliyi Rabitəçi Bağlar-Tikinti Kooperativinin ərazisində 40 saylı 0,12 ha bağ sahəsi istifadəsi üçün verilmişdir. Kirov (Binəqədi) Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 54/446 saylı qərarı və Rabitəçi Bağlar-Tikinti Kooperativinin xx.xx.1989-cu il tarixli 02 saylı protokolu ilə rəsmiləşdirilmiş qərarı əsasında qeyd olunan bağ sahəsi üzrə Borclu Rabitəçi BağlarTikinti Kooperativi tərəfindən xx.xx.1989-cu il tarixli 49 nömrəli order verilmişdir. Sözügedən əmlakın Borclu verilməsi barədə Kirov (Binəqədi) Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli54/446 saylı qərarı və Rabitəçi Bağlar-Tikinti Kooperativinin xx.xx.1989-cuil tarixli 02 saylı protokolu ilə rəsmiləşdirilmiş qərarı qəbul edilərkən, eləcə də Rabitəçi Bağlar-Tikinti Kooperativi tərəfindən xx.xx.1989-cu il tarixli 49 nömrəli order verilərkən G.Q.Əliyeva Borclu ailə üzvü kimi nəzərə alınmamışdır. Borclu sözügedən bağ sahəsi üzrə ona xx.xx.2018-ci il tarixində çıxarışın verilməsinə və xx.xx.2016-cı il tarixdən rəsmi nikaha daxil olduğuna istinad edib həmin əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu irəli sürməklə əmlak üzərinə qoyulmuş həbsin götürülməsinin təmin edilməsini xahiş etsə də, lakin həbsin qoyulması xahiş edilən mübahisəli əmlak rəsmi reyestrdə qeydə alınmazdan əvvəl 1989-cu ildən borcluya məxus olmuş, həmin əmlak birgə nikah dövründə əldə edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası borclunun şikayətdəki dəlillərini əsassız hesab edir. Birinci instansiya məhkəməsi də haqlı olaraq, bu sahəni tənzimləyən qanunvericiliyin müddəalarını rəhbər tutaraq, təqdimatı təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 398, 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-724/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-724/2025
12.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver