Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-729/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X1 Əziz qızının katibliyi, Borclunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-337/202* saylı, 27.11.202*-ci il il tarixli qərardadından borclu «Vətən-N Mühafizə Xidməti” MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1932/24 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar "xxxx" MMC-yə qarşı xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə ləğv edilməsi haqqında əmr ləğv edilmiş, iddiaçının “Vətən-N" MMC-yə mühafizəçi vəzifəsinə bərpa olunması, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və icra məmuru tərəfindən bununla bağlı müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Borclu "xxxx" MMC icra məmurunun hərəkətlərindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon İcra şöbəsinin İcra məmuru Şəfəq Hüseynovanın 2(003)- 1932/24 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-yə münasibətdə həyata keçirdiyi icra hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi haqda qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu tərəfindən icra sənədinin icra edilməsi üçün bütün hərəkətlər edilmiş, lakin tələbkarın məqsədli şəkildə işə bərpa olunmaqdan yayınması səbəbindən icra sənədinin icra edilməsi yubadılmış, icra məmuru isə həmin vaxtın yubadılmasına tələbkara şərait yaratmış, nəticədə də əsassız olaraq ondan *07* manat borcluya əmək haqqı ödənilməsi üçün şərait yaratmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-337/202* saylı, 27.11.202*-ci il il tarixli qərardadı ilə icra sənədi üzrə Borclu MMC-nin icra məmurunun hərəkətindən şikayət ərizəsi təmin edilməmişdir. Bundan narazı qalan Borclu MMC Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.11.202*-ci il il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 11.12.202*-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayətə məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında borclunun nümayəndəsi izahat verərək bildirdi ki, icra işi hazırda Xəzər rayon İcra şöbəsinin deyil, Xətai Rayon İcra Şöbəsinin icraatındadır və icra işi ilə Xətai Rayon İcra Şöbəsinin icra məmuru məşğul olur. Nümayəndə həmçinin bildirdi ki, işə birinci instansiya məhkəməsində baxılarkən qətnamənin icrası ilə bağlı tələbkara dəfələrlə bildiriş (təklif) göndərilməsinə, onun bu məqsədlə ofisə dəvət olunmasına, lakin tələbkarın hər dəfə bundan yayınmasına, qətnamənin icrasına qəsdən mane olmasına dair sübutlar təqdim olunsa da, işə baxan məhkəmə onları nəzərə almamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini və eləcə də borclunun nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Xəzər Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(003)-1932/24 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Tələbkar "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə bərpa olunması və xx.xx.2024-cü il tarixdən işə faktiki bərpa olunduğu günə qədər məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi borclunun üzərinə qoyulmuşdur. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə borclu məcburi işburaxma dövrü üzrə cəmi 4 aylıq əmək haqqını ödəmiş, tələbkar həmin məbləği almış və bu barədə öz xətti ilə təsdiqedici bildiriş (qəbz) yazmışdır. Tələbkar xx.xx.2024-cü il tarixdə yazdığı həmin bildirişdə (qəbzdə) əmək haqqını tam olaraq aldığını öz imzası ilə təsdiq etmiş və heç bir şikayəti olmadığını göstərmişdir. Həmçinin, müəyyən olunur ki, tələbkar qətnamənin icrasında maraqlı olmamış, bununla bağlı borclunun dəvətlərinə məhəl qoymamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi icra işinin materiallarını tələb etmədən borclunun icra sənədinin icrasından yayındığı qənaətinə gəlmiş, borclunun bununla bağlı dəlillərini, o cümlədən icra sənədinin icrası istiqamətində apardığı hərəkətləri aydınlaşdırmamış, tələbkarın icra sənədinin icrasında rolunu, icra sənədinin icrası ilə bağlı borclunun təkliflərinə (çağırışlarına) cavab verməməsinin səbəblərini araşdırmamışdır. Digər tərəfdən, icra işi hazırda Xətai Rayon İcra Şöbəsinə göndərildiyi halda, birinci instansiya məhkəməsi həmin icra şöbəsindən icra işini tələb edib öyrənməmiş, icra məmuru tərəfindən hansı icra tədbirlərinin həyata keçirildiyini, tələbkarın və borclunun qətnamənin vaxtında icra olunmamasının səbəblərinə dair dəlillərinin nə dərəcədə doğru olduğunu aydınlaşdırmamışdır. Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.11.202*-ci il il tarixli qərardadı ləğv edilməli, iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxılarkən Xətai və Xəzər Rayon İcra Şöbələrindən icra işi tələb edilib araşdırılmalı, habelə icra sənədinin icrasına maneə olan hallar aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq icra məmurunun hərəkətinin əsaslı olub-olmamasına qiymət verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 43.1.*-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu «Vətən-N Mühafizə Xidməti” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-337/202* saylı, 27.11.202*-ci il il tarixli qərardadı ləğv edilsin və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-729/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-729/2025
27.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver