Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-74/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-558/2022 saylı qərardadından maraqlı şəxs X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2925/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 15.135 manat məbləğində borc Tələbkar xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, bildirmişdir ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək, könüllü icra haqqında bildirişlə birlikdə Borclu ünvanına göndərilmişdir. Lakin icra sənədinin icrası onun tərəfindən təmin edilməmişdir. Bununla bağlı həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində Borclu məxsus pul vəsait aşkar edilməmiş, lakin mülkiyyətində “Toyota Avensıs” minik markalı, **- DT-*** dövlət qeydiyyat nişanlı və “Qaz 33021” yük markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olduğu müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və borclunun mülkiyyətində olan həmin avtomobillərin üzərinə həbs qoyulması və avtomobilin duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-558/2022 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2925/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Toyota Avensıs” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı və “QAZ 33021” yük markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Hazırda maraqlı şəxs X4 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-558/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-558/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və “Toyota Avensıs” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 558/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2925/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Toyota Avensıs minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı və QAZ 33021 yük markalı, **- LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 558/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı Toyota Avensıs minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində ləğv olunmalıdır. Belə ki, Toyota Avensıs minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək onun istifadəsindədir. Avtomobili o, müəyyən pul müqabilində X5 almış və avtomobil onun qanuni istifadəsində olduğu müddətdə həbs qərardadı qəbul edilmişdir. Hazırda Borclu barəsində dələduzluq maddəsi ilə ittiham əsasında həbs qətimkan tədbiri seçildiyi üçün həbsdə saxlanılır. O, avtomobili idarə edə bilmir və mütəmadi olaraq DYP əməkdaşları avtomobili cərimə meydançasına aparır. Baxmayaraq ki, həbs qərardadı avtomobilin cərimə meydançasına yerləşdirilmə hissəsində təmin olunmamışdır. Bundan əlavə, qərardaddan görünür ki, onun istifadəsində olan avtomobildən savayı borclunun mülkiyyətində digər avtomobillər də vardır. İcra sənədi üzrə tələb olunan məbləğ Qaz 33021 yük markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan pul məbləğinə mütənasiblik təşkil edir. Buna görə də Toyota Avensıs minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına ehtiyac yoxdur. Bundan əlavə, onun qanuni istifadəsində olan avtomobil barəsində olan həbs qərardadı onun mülkiyyət hüquqlarını kobud şəkildə pozulması ilə nəticələnmişdir. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-558/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, Toyota Avensıs minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-558/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-558/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2925/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 15135 manat məbləğində borc Tələbkar xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2925/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olduqdan sonra şöbə tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə tərəflərə, o cümlədən Borclu göndərilmişdir. Lakin buna baxmayaraq, borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddəti ərzində və bundan sonra da qeyd edilən icra sənədini icra etməmişdir. Bununla da məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün əsas yaranmışdır. Həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində Toyota Avensıs minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı və Qaz 33021 yük markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar olunmuşdur. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Avtomobilin etibarnamə ilə maraqlı şəxsə satılması halına münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 181.1 və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən isə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli fərmanı ilə «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları» təsdiq edilmişdir. Buna görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutmaqla hesab edir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan onların alqı-satqısına dair müqavilələr notariat qaydasında bağlanılmalıdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi isə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir və əmlakın özgəninkiləşdirilməsi nəticəsini doğurmur. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəqliyyat vasitəsinin X2 etibarnaməli idarəçiliyinə verilməsi həmin əmlaka onun mülkiyyət hüquqlarının yaranması üçün əsas olmadığı qənaətinə gəlməklə şikayəti təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)- 558/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-74/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-74/2023
07.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver