Məhkəmə qərarları › İş №8(103)-75/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-75/2021

19.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-75/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Tələbkar, tələbkarın vəkili X9, borclunun vəkili X10 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Borclu nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səvxan Abasov təqdimatla məhkəməyə müraciət edərək, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4436/2017 saylı və xx.xx.2018-ci il tarixli, 2(004)-4960/2017 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu X7 məxsus “Tamam” fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4436/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 85000 ABŞ dolları tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4960/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 111500 ABŞ dolları və 1097 manat tutularaq Tələbkar ödənilməlidir. Sözügedən icra sənədləri üzrə borclu eyni şəxs olduğundan onlar icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərov təqdimatla məhkəməyə müraciət edərək borclu X7 məxsus «Tamam» fərdi firması tərəfindən inşa edilən ünvan 1 (hazırda Şəfayət Mehdiyev 1054) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J(2-ci blok) 60 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(004)-1411/2018 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir. Məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə yuxarıda qeyd olunan mənzil “xxxx” MMC-nin rəyi ilə 286050 manata qiymətləndirilmişdir. Bundan sonra həmin mənzil borc əvəzi olaraq xx.xx.2019-cu il tarixdə tələbkara təklif edilmişdir. Borclu X6 nümayəndəsi və vəkili X11 icra məmurunun icra hərəkətlərinin qanunsuz hesab edilməsi və borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 8(004)- 358/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Daha sonra X6 nümayəndəsi və vəkili X4 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun Borclu məxsus ünvan 1 (hazırda Şəfayət Mehdiyev 1054) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J(2-ci blok) 60 saylı mənzilinin qiymətləndirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, icra məmuru tərəfindən qəbul edilmiş “borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və mənzilə dair icra icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-417/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadında borclu X7 məxsus «Tamam» fərdi firması tərəfindən inşa edilən ünvan 1 (hazırda Şəfayət Mehdiyev 1054) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin xüsusi mülkiyyət kimi Borclu adına dövlət qeydiyyatından keçmədiyi və X6 borcuna görə tutmanın yalnız borclunun «Tamam» fərdi firmasında olan kooperativ üzvünün payına (mənzil) yönəldilə biləcəyi qeyd edilərək şikayət qismən təmin edilmiş və icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, borclu X7 məxsus “Tamam” fərdi firmasında olan kooperativ üzvünün payının üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır (sədrlik edən: Təhminə Xəlilova). xx xxxxxx 2021-ci il tarixdə borclu X6 nümayəndəsi X1 rayon məhkəməsinin 8(004)- 880/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edliməyərək, iş baxılması üçün Bakı apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən borclunun vəkili C.Cavadov şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Tələbkar və onun vəkili A.Kərimbəyli şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, təqdimata əlavə edilmiş sənədlərdən borclu X7 məxsus “Tamam” fərdi firmasında olan kooperativ üzvünün payının olduğu müəyyən edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, təqdimatın təmin olunması və icra sənədi üzrə borcun ödənilməsini təmin etmək məqsədi ilə borclu X7 məxsus “Tamam” fərdi firmasında olan kooperativ üzvünün payı üzərinə həbs qoyulmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, borclu X6 nümayəndəsi X2 şikayəti təmin edilməmli, birinci instansiya məhkəməsinin qəradadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu X6 nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar