Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-75/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-3167/2018 nömrəli, 19 avqust 2021ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin hissə-hissə icra еdilməsinə dair X2nun ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-14/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərardaddan borclu X5 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-3167/2018 №-li,19 avqust 2021ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin hissə-hissə icra еdilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 8(007)-14/2022 nömrəli qərardadı ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-3167/2018 №-li,19 avqust 2021-ci il tarixli icra sənədinin hissə-hissə icra еdilməsinə dair X2nun ərizəsi təmin olunmamışdır. Həmin qərardaddan borclu X5 şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-3167/2018 №-li,19 avqust 2021-ci il tarixli icra sənədinə əsasən ondan 1 ədəd televizor,1 ədəd soyuducu, 1 ədəd səbət yelləncək,1 ədəd əsas ev telefonu və 1 ədəd divar saatı alınaraq X7 verilməlidir. Həmin icra sənədini birdəfəyə ödəyə bilmir. Belə ki, hal-hazırda işləmir və heç bir qazancı yoxdur. Qeyd olunanlara əsasən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərardadının ləğv olunmasını 2(007)- 3167/2018 №-li,19 avqust 2021-ci il tarixli icra sənədinin hissə-hissə icra еdilməsinə dair qərardad qəbul edilməsini,əks-təqdirdə şikayətə baxılması üçün iş materiallarının Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-14/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız oldğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İcra haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra mahiyyətini dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi iclasın vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər xəbərdar edilməklə məhkəmə iclasında həll edilir. Qətnamədəki yanlışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respublikası MPM-də müddət müəyyən edilmədiyinə görə həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər. Hazırkı iş üzrə icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İcra vərəqəsinin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına icra vərəqəsi üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla icra vərəqəsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya icra vərəqəsinin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun icra vərəqəsini icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun maddi vəziyyətinin aşağı olması qərardadın ləğv edilməsinə əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, borclunun ərizəsində icra vərəqəsinin hissə-hissə icra olunmasına əsas ola biləcək heç bir dəlil göstərmədiyindən, icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən ərizə təmin edilə bilməz. Ona görə də hazırkı iş üzrə icra vərəqəsinin hissə-hissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X1 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-14/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-14/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-75/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-75/2022
15.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver