Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-76/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlunun və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Borclunun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Borclu X2nın Bakı şəhəri Maraqlı şəxs «İcraata başlamaq haqqında» xx xxxx 2020ci il tarixli qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)-658/2020 saylı qərardadından borclu X2 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X2 Bakı şəhəri Maraqlı şəxs «İcraata başlamaq haqqında» xx xxxx 2020-ci il tarixli qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs böyük icra məmuru Ramin Muradov artıq bir-neçə dəfədir ki, ona bildiriş göndərilmədiyi halda ondan hansısa icra hərəkətlərinin edilməsini tələb edir, hətta onun yaşadığı yerə gələrək ondan icra hərəkətləri etməsini tələb etmişdir. Bildiriş və icraata başlamaq haqqında qərarla tanış olduqdan sonra məlum olmuşdur ki, icra məmuru qətnamədə əks olunmayan bir icra hərəkətini ondan tələb etməkdədir. Məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadəyə yönələn hərəkətlər qanunsuz hesab edilmişdir. Qətnamədə kiminsə hansısa evdən çıxarılması, hansısa söküntü və tikinti işlərinin aparılmasına dair heç bir göstəriş müəyyən edilməmişdir. Lakin icra məmuru ondan hansısa otağı boşaltmağı, divar tikməyi tələb edir ki, bu da onun icra etməli olduğu icra vərəqində və qətnamədə göstərilməyən hallardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)- 658/2020 saylı qərardadı ilə (hakim İlkin Əliyev) şikayət təmin edilməmişdir. Borclu X2 həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclunun şikayətə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, MPM-nin 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Maraqlı şəxs (icra məmuru Ramin Muradov) «icraata başlamaq haqqında» xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə qəbul edilmişdir. «İcra haqqında» Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Bu hal icra məmurunun qanundan irəli gələn vəzifəsi kimi müəyyən edilmişdir. Şikayətdə, həmçinin icra məmurunun icra sənədində göstərilməyən tələblər irəli sürdüyü göstərilsə də, bu barədə hər-hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslandırılmamış, hər hansı sübut təqdim olunmamışdır. Bu səbəbdən də şikayət təmin olunmamalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu X2nın Bakı şəhəri Maraqlı şəxs «İcraata başlamaq haqqında» xx xxxx 2020ci il tarixli qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)-658/2020 saylı qərardadından borclu X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)-658/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-76/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-76/2021
16.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver