Məhkəmə qərarları › İş №8(103)-76/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-76/2025

03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-76/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-7/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qərardadından Borclu MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 380/2018 saylı qətnaməsi Tələbkar istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi tələbinin təmin olunmaması hissəsində ləğv olunması, həmin iddia tələbinin qismən təmin edilməsi, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manatın cavabdeh Borclu MTK-dan alınaraq iddiaçı Tələbkar ödənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin olunmaması qət etmişdir. Borclu MMC həmin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qətnamənin 1 il 6 ay müddətində hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-7/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)305/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin Borclu MMC tərəfindən 03 (üç) ay ərzində ödənilməklə hissə-hissə icra edilməsi, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Borclu MTK Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, Nəsimi Rayon Məhkəməsi 8(006)- 7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının qismən ləğv edilməsi və Borclu MTKnın “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165 322.5 manat cavabdeh "xxxx" MTK-dan alınaraq iddiaçı Tələbkar ödənilməsi” barədə 24 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə qətnamənin 1 il 6 ay müddətində hissə-hissə icra edilməsinə Borclu MTK-ya müddət verilməsi” barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-7/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin özünün arzuladığı formada, yəni 1 il 6 ay müddətində hissə-hissə icra edilməsi üçün əsas ola bilməz. Üstəlik tələbkar 03 (üç) ay ərzində ödənilməklə hissə-hissə icra edilməsini mübahisələndirməmişdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-7/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-7/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar