Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-78/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-85/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərardadından Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon icra və probasiya şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı qanunsuz və əsassızdır. İcra məmuru qərar qəbul edilən zaman “İcra haqqında” Qanunun 23.1.2-ci maddəsinin tələblərini pozmuş və yalnış qərar qəbul etmişdir. Belə ki, borclunun ünvanını, adına olan nömrələri müəyyən edə bilməyən icra məmuru əmlakın aşkarlanmadığını qeyd etsə də, onun tərəfindən borclunun adına banklarda hesabların olması ilə bağlı həmin banklara sorğuların göndərilməsi və hesablar üzərinə inkasso sərəncamı qoyulması barədə heç bir sənəd qərara əlavə edilməmişdir. Borclunun cari hesabları olan əsas banklara isə ümumiyyətlə sorğular göndərilməmişdir. AR İqtisadiyyat Nazirliyinin yanında DƏDRX-ə əmlakla bağlı heç bir sorğu göndərilməmişdir. Bütün bu halları araşdırmaq əvəzinə icra məmuru “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etməklə kifayətlənmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsi tələbkar "xxxx" MMC-nin şikayət ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra icraatı zamanı borclunun yaşadığı yeri tapmaq mümkün olmamışdır. Bununla belə icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı “Elektron icra” informasiya sistemi vasitəsi ilə elektron şəkildə sorğular edilmiş, lakin borclunun adına hər hansı əmlak və gəlir aşkar edilməmişdir. “İcra haqqında” AR Qanununun 23.1.2-ci maddəsinin mənasından aydın şəkildə görünür ki, borclu fiziki şəxsin yaşayış yerini müəyyən etmək mümkün olmadıqda icra sənədi məhkəməyə və digər orqana qaytarılır. Qeyd olunan maddədə “və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda” ifadəsi icra məmuruna seçim hüququnu verir, imperativ qaydanı nəzərdə tutmur. Digər tərəfdən xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2021-ci il tarixli, 306 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında əsasnamənin 1.4-cü bəndinə əsasən informasiya sistemi icra sənədlərinin və icra hərəkətlərinin elektron məlumat bazasının yaradılması, icra mexanizmlərinin təkmilləşdirilməsi, icra fəaliyyətində keyfiyyətin və çevikliyin artırılması, fiziki və hüquqi şəxslərə keyfiyyətli xidmətlərin göstərilməsi və onlar üçün informasiyanın əlçatanlığının təmin edilməsi məqsədilə formalaşdırılmışdır; 6.1.5-ci bəndinə əsasən icra hərəkətlərinin aparılmasına dair zəruri məlumatların real vaxt rejimində yoxlanılması; 6.1.11-ci bəndinə əsasən icra hərəkətlərinə dair məlumatların avtomatlaşdırılmış rejimdə və ya sorğular əsasında digər informasiya sistemlərinə və ehtiyyatlarına ötürülməsi; 11.1-ci bəndinə əsasən məlumat-axtarış işinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə informasiya sistemi Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “Banklar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri nəzərə alınmaqla, digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir. Buna görə də "xxxx" MMC-nin şikayət ərizəsində icra məmuru tərəfindən ümumiyyətlə sorğuların göndərilməməsi ilə bağlı göstərdiyi hallar əsassızdır və yalnız formal mülahizələrə əsaslanır. Belə ki, icra məmuru tərəfindən “Elektron icra” informasiya sisteminin imkanlarından istifadə edilməklə aidiyyəti qurumlara sorğuların elektron şəkildə göndərilməsi sistemdən alınmış müvafiq çıxarışda əks olunur. Odur ki, məhkəmədən "xxxx" MMC-nin şikayətinin təmin olunmamasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-85/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsi elektron şəkildə deyil kağız daşıyıcı üzərində verilmişdir. Bu isə öz növbəsində prosessual pozuntudur və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə ziddir. Lakin buna baxmayaraq Yasamal Rayon Məhkəməsi tələbkar "xxxx" MMC-nin şikayət ərizəsini icraata götürməklə mahiyyəti üzrə baxmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 56,29 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi əmr edilmişdir. Yasamal rayon icra şöbəsi tərəfindən icraata başlanılmış qeyd edilən icra sənədi sonradan borclunun qeydiyyat ünvanı üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra icraatı zamanı borclunun yaşadığı yeri (ünvan:Xırdalan şəh., H.Əliyev pr.6, Abşeron RPİ-nin inzibati binası) tapmaq mümkün olmamışdır. Bununla belə icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı “Elektron icra” informasiya sistemi vasitəsi ilə elektron şəkildə sorğular edilmiş, lakin borclunun adına hər hansı əmlak və gəlir aşkar edilməmişdir. Belə olan halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi “İcra haqqında” AR Qanununun 23.1.2-ci maddəsinə əsasən icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə aidiyyəti üzrə məhkəməyə qaytarılmışdır. "xxxx" MMC-nin şikayət ərizəsində icra məmuru tərəfindən ümumiyyətlə sorğuların göndərilməməsi ilə bağlı qeyd etdiyi hallar əsassızdır və yalnız formal mülahizələrə əsaslanır. Belə ki, icra məmuru tərəfindən “Elektron icra” informasiya sisteminin imkanlarından istifadə edilməklə aidiyyəti qurumlara sorğuların elektron şəkildə göndərilməsi sistemdən alınmış müvafiq çıxarışda əks olunur. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-85/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında icra məmurunun qərarının ləğv olunmasına əsas kimi “İcra haqqında” AR Qanununun 23 və 27.1-ci maddələrinin göstərilməsi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Belə ki, “İcra haqqında” AR Qanunaaan 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Normanın mənasından aydın şəkildə görünür ki, borclu fiziki şəxsin yaşayış yerini müəyyən etmək mümkün olmadıqda icra sənədi məhkəməyə və digər orqana qaytarılır. Qeyd olunan maddədə “və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda” ifadəsi icra məmuruna seçim hüququnu verir, imperativ qaydanı nəzərdə tutmur. “İcra haqqında” AR Qanununun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göründüyü kimi “borclu fiziki şəxsin yaşayış yeri barədə məlumat əldə etmək mümkün olmaması” ifadəsi ilə “borclunun yeri məlum olmadıqda” ifadəsi fərqli anlam kəsb edir. İcra məmuru yalnız borclu şəxsin yeri məlum olmadığı halda borclu şəxs barədə axtarış qərarı qəbul edir. Qeyd olunan iş üzrə isə borclu şəxsin ümumiyyətlə yaşadığı yeri tapmaq mümkün deyil, çünki borclu şəxsin ünvanı kimi Abşeron Rayon Polis İdarəsinin inzibati binası qeyd olunmuş, həmin ünvanda isə vətəndaş yaşamır. ünvan 4 fevral 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-85/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X2 kreditor "xxxx" MMC-nin xeyrinə 35,29 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması müəyyən edilərək, icra sənədi üzrə icraata başlanılmış, borclu X3 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Yasamal rayon icra şöbəsi tərəfindən icraata başlanılmış, qeyd edilən icra sənədi sonradan borclunun qeydiyyat ünvanı üzrə Abşeron rayon icra bə probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuşdur. Borclunun ünvanı natamam (Abşeron RPİ-nin inzibati binası) olduğu üçün yaşadığı yeri müəyyən etmək və adına olan nömrələrlə əlaqə yaratmaq mümkün olmamışdır. Bundan başqa, borclunun əmlak vəziyyətini və gəlirlərini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemi vasitəsilə müvafiq sorğular edilmişdir. Nəticə etibarilə borclunun adına hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-9714/2018- 002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. Belə ki, həmin Qanununun 23.1.2-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş icra hərəkətlərinin tam həyata keçirilmədiyini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Abşeron rayon icra və probasiya şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iş üzrə tələbkar "xxxx" MMC tərəfindən şikayət ərizəsi kağız daşıyıcıda verilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə zidd deyil. Çünki qüvvədə olan qanunvericilik mülki işlər üzrə məhkəməyə ilkin müaciətin yalnız elektron şəkildə edilməsi ilə məhdudlaşdırılmamışdır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iş materiallarından icra məmuru tərəfindən qanunvericilikdə göstərilən bütün icra hərəkətləri tam həyata keçirilməsi sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-474/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-85/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-78/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-78/2023
15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver