Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-81/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Tələbkarın nümayəndəsi-vəkili ismayılov Ülvi Zahid oğlunun, Borclunun vəkili X1 iştirakı ilə Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-376/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Əkbərli borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla Xətai Rayon Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat nunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-7565/16 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 400000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Tanirverdiyev Rövşən Hüseyn oğluna göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə icra olunmamışdır. Borclu bu günədək borcundan 28000 manat ödəniş etmişdir. O, hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-376/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatının rədd edilməsi qərara alınmışdır. Tələbkar məhkəməyə şikayətlə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 8(011)- 376/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-376/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib,şikayəti müdafiə edərək təmin oldunmasını xahiş edən tələbkarın tələbkarın vəkilini, şikayəti qəbul etməyərək rədd iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən tələbkarın şikayəti aşağıda göstərilənlərə əsasən təmin olunmalı, Yasamal Rаyоn Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı, ləğv ediləli, Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Əkbərlinin təqdimatı təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-7565/16 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 400000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2018-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildirş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayarqq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Borclu bu günədək borcundan 28000 manat ödəniş etmişdir. Ona görə də Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.3-cü maddəsunə məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü ira üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almadan icra məmurunun təqdimatını təmin etməməklə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilsin. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Əkbərlinin təqdimatı təmin edilsin. xx.xx.1972-ci ildə Goranboy rayonu, Sarovlu kəndində anadan olmuş, ünvan 1 H, mənzil 10 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-81/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-81/2021
18.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver